Təcrübəli məşqçiyə son şans verildi - Ərsun Yanal istefaya göndərilir

img

08-10-2024 [00:05]


Mövsümə superliqa hədəfi ilə başlayan, lakin geridə qalan 8 matçda cəmi 12 xal toplayan "Amedspor"un son olaraq "Esenler Erokspor"a 4:0 hesablı uduzması Baş məşqçi Ərsun Yanalı istefanın bir addımlığına gətirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandanınuğursuz oyunları təcrübəli baş məşqçiyə verilən şansları minimuma endirib.

Türkiyə mətbuatı yazır ki, azarkeşlərin istefaya səslədiyi Ərsun Yanala klub prezidenti qarşıdakı tur üçün son şansı tanıyıb: "Əgər komanda bu oyunda qalib gələ bilməsə, o zaman Ərsun Yanalla yollar ayrılacaq".

Xatırladaq ki, “Amedspor” qarşıdakı turda Ərtoğrul Sağlamın sükanı arxasında olduğu güclü “Gençlerbirliği” ilə qarşılaşacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:11 05.12.2024

Sabah yağış yağacaq