Putin Azərbaycan prezidenti ilə görüşdü - Açıqlamalar (VİDEO, FOTOLAR) - YENİLƏNİB
08-10-2024 [15:11]
Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan Prezident Vladimir Putin dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar, həmkarlar.
Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk.
Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.
Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır.
Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə,- bu isə açıq-aşkardır,- hər hansı düzəlişlər etmək imkanımız var.
Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.
Prezident İlham Əliyev dedi:
-Hörmətli Vladimir Vladimiroviç, bu gün görüşmək imkanına görə sağ olun, həmçinin dünənki nahar yeməyinə görə təşəkkür edirəm. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik etmək istərdim.
Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.
Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.
Görüşə görə bir daha sağ olun.
Prezident Vladimir Putin: Hörmətli İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik.
Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Sağ olun.
***
"Azərbaycan ilə Rusiya arasında nəzərdə tutulan layihələr daimi diqqət və nəzarət tələb edir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib: “Gündəliyimiz (ikitərəfli münasibətlərin-red.) kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir”.
Prezident İlham Əliyev vurğulayıb ki, Vladimir Putinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir.
***
Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər.
Mia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
“Bu gün biz Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışıq. Dünən axşam qeyri-rəsmi olaraq münasibətlərimizin hazırkı vəziyyəti ilə bağlı məsələləri müzakirə etmişik. Dərhal qeyd etmək istərdim ki, əlaqələr müsbət məcrada inkişaf edir. Biz bunu hələ Azərbaycana rəsmi səfərim zamanı qeyd etmişik”, - o bildirib.
V.Putin əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollar təşkil edir, Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi isə 4 milyard dolları ötür: “Həm enerji sektorunda, həm də infrastrukturun inkişafı sahəsində çoxlu sayda yaxşı, maraqlı layihələr var və onların hamısı perspektivli, real, canlı, ikitərəfli və çoxtərəfli layihələrdir”.
Onun sözlərinə görə, sevindirici haldır ki, MDB dövlət başçılarının sammiti çərçivəsində cari məlumat, işlər haqqında məlumat mübadiləsi aparmaq və bu irəliləyişə müəyyən düzəlişlər etmək imkanı var: "Bu irəliləyiş isə göz qabağındadır”(Report).
***
"Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
Dövlət başçısı qeyd edib: “Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.
***
Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü başlayıb.
Mia.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
***
Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Kremlə gəlib.
Mia.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
***
Oktyabrın 8-də Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.
Mia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
O qeyd edib ki, görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə ediləcək.
Lamiyə Əhmədli
MİA.AZ
Sabah yağış yağacaq
Fuat Oktay Bakıda: "Azərbaycanla Ermənistan arasında sülh..."
MANATIN MƏZƏNNƏSİ NECƏ OLACAQ? - “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi təhlil yaydı
Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb
Ağcabədidə qadının başını kəsiblər - Oğlu və kürəkəni tutulub
İran Suriyadan öz diplomatlarını çıxarmağa başlayıb
BƏŞƏR ƏSƏD İRANA QAÇIB - Suriya mediası xəbəri təsdiqləyib, müxalif qruplaşma lideri isə Tehran və Tel-Əvivə əl uzadıb
Lerikdə icra başçısının nümayəndəsinin meyiti tapılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Iran, Iraq və Suriya XIN başçıları toplandı: "Türkiyəni dəvət edəcəyik" - Arakçidən bölgə dövlətlərinə mesaj
Polkovnik-leytenant Ramil İbrahimov həbs olunub
ƏSƏD ORDUSU DƏMƏŞQƏ QISILIR: hərbçilər daha bir strateji şəhərdən qaçdı - Rəsmi Moskva vətəndaşlarına çağırış elədi
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ: hansı qanunlar dəyişəcək? - SİYAHI
Tbilisidə azərbaycanlı sədrlə partiya lideri dalaşıb
Baş nazir Əli Əsədov daha bir qərar imzalayıb
"İnanıram ki..." - Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentinə məktub ünvanlayıb
“Sumqayıt” AFFA nın qərarından şikayəti verəcək
KTN-də 300 minlik qalmaqal - İdarə rəisi nədə ittiham olunur?
“Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirildi - FOTOLAR
Türkiyə kəşfiyyatından Suriyada sensasiyalı əməliyyat - PKK/KCK-nın vəzifəli şəxsi tutulub
TÜRKİYƏ KUBOKU: püşk atılıb, qarşılaşmalar bəlli olub
“Azərbaycan Dəmir Yolları” QSC-yə yeni sözçü təyin edilib
Ərdoğandan Suriya ilə bağlı açıq mövqe: "Hədəf təbii ki, Dəməşqdir, təmənnamız budur ki..."
Kamran Əliyev Sumqayıtda vətəndaşları qəbul edib
Əlaqələndirmə Qərargahı Kəlbəcər şəhərində növbəti iclası keçirilib
MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”... – Sabiq deputat nazirə hansı məsləhətləri verəcək?
BQXK əməkdaşları həbsdəki Qarabağ separatçılarına baş çəkiblər
Növbəti üç gün yağış yağacaq - Xəbərdarlıq
Məşhur futbolçu "Fənərbağça"ya gəlir
Ali Məhkəmənin hakimi İlqar Hüseynov təqaüdə yola salınıb - FOTOLAR
Beynəlxalq Bank 100 milyon manatlıq istiqraz buraxır
ABŞ-ın DƏSTƏKLƏDİYİ YPG 7 KƏNDƏ GİRİB - İraqla sərhəddə vəziyyət dəyişir, İranın Livana uzanan "dəhliz"i təhlükə altına düşüb
İordan çayının qərb sahilində bir fələstinli öldürülüb
Avropa çempionatı: millimizin rəqibləri bəlli olub
İsrail ordusu Suriya-Livan sərhəd məntəqəsini vurub - Səbəb "Hizbullah"la əlaqələndirilir
İsrail ordusu Qolan təpələrində hərbi təlimlərə başlayıb - Ordu rəhbərliyi Suriya sərhədinə toplanıb
Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında “Təlim və məşq kursu” keçirilib - FOTO
BAKIDA RESTORANDA BİR AİLƏ BELƏ DÖYÜLDÜ: saxlanılan 5 nəfər kimlərdir? - Hadisənin VİDEOsu
Fernandu Santuş istefaya göndərilir? - AFFA-nın "səbr kasası" daşıb