14-07-2014 [17:50]
YAP-ın qurucularından olan Arif Rüstəmov
iyulun 14-də RATİ-də mətbuat konfransı keçirib. O, prezidentə müraciət edərək, hakimlərin
ona qarşı etdiyi qanunsuzluqlardan danışıb, ailəsinin qanının batırılmaması
üçün kömək istəyib.
A.Rüstəmov dedi ki, 1992-ci ildə YAP ideyasına
qoşulanlardan, hakim partiyanın ilk üzvlərindən olub: "1992-93-cü illərdə
Heydər Əliyevin prezident seçkilərində iştirakını əngəlləmək üçün ortaya atılan
yaş senzi ilə bağlı qanundakı maddənin dəyişdirilməsini azyaşlı oğlanlarımla
birlikdə Ali Sovetin qarşısında aksiya keçirib, tələb etmişəm. İndi də
ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin
uzaqgörən siyasətini dəstəkləyirəm. Həmçinin
müharibə veteranıyam. YAP-ın qurulmasında və güclənməsində fərqlənməyimə görə
fəxri diplomla təltif edilmişəm, hazırda partiyanın ərazi təşkilatının sədriyəm.
Son beş ildə isə bəzi məmurların, hakimlərin başıma gətirdiyi oyunlardan cana
doymuşam. Qərəzli hakimlər mənim ailəmin
qanını batırırlar. 11 dekabr 2009-cu il tarixdə Rüstəmov Pərvaz
və Rüstəmov Rüstəm (ata-oğul) cinayətkar qrup kimi mənə və ailə üzvlərimə hücum
edərək bizi döymüş, təhqir etmiş, bıçaqlamışlar. Səbəb də odur ki, onlar mənim
Hövsanda qızım üçün tikdiyim evi ələ keçirmək istəyirlər. Buna görə də Rüstəmin
barəsində CM-nin 212.3, Pərvazın barəsində isə 121.2.1-ci maddəsi ilə cinayət
işi başladı, lakin onlar himayədarları olduğu üçün qanunsuz olaraq xeyli müddət
həbs edilmədilər. Nəhayət, Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa
Hüseynovun 25 iyul 2013-cü il tarixli qərarı ilə R.Rüstəmov bizə qarşı törətdiyi
cinayətlərə görə 3 il azadlıqdan məhrum edilmişdi. P.Rüstəmov isə törətdiyi
cinayətlərə görə qanun qarşısında cavab vermədi. Daha sonra cinayət işini
pərdələmək üçün oğlum Rüstəmov Raminə qarşı mülki iddia qaldırıblar ki, guya
həmin evi oğlumla şərikli tikdirib. Rəsmi sənədlərlə isə təsdiq edilir ki, həmin
evi mən özüm tikmişəm”.
A.Rüstəmov deyir ki, qarşı
tərəfin bu iddiası Suraxanı Məhkəməsində rədd olunub: "Rüstəmovların dərhal
qətnamədən verdikləri apelyasiya şikayəti də təmin edilmədi. Bundan sonra o, Ali
Məhkəmədəki havadarları ilə sövdələşərək Apelyasiya Məhkəməsində R.Rüstəmovun
barəsində çıxarılan həbs qərarından şikayət verərək, işi öz yaxınları –
məhkəməyə sədrlik edən İ.K.Hüseynov, hakim R.S.Nəbizadə və əsas yaxın adamları Vafəddin
İbayevin də tərkibində olduğu məhkəmə kollegiyasına saldırdılar. 17 mart
2014-cü il tarixli qərarla R.Rüstəmovun onun cəzasını 1 il 6 aya endirdilər.
Halbuki V.İbayev cinayət yox, mülki kollegiyanın hakimidir və onun cinayət
işinə baxmaq səlahiyyəti yoxdur. Təsəvvür edin, V.İbayev Rüstəmovların işi ilə
nə qədər maraqlıdırsa, onlarla bağlı həm mülki, həm də cinayət işini hər dəfə
özünə saldıraraq Rüstəmovların xeyrinə ədalətsiz qərarlar çıxarır! Həmçinin
Vəfaddin İbayev 15 il əvvəl mənə qarşı da Suraxanı rayon Məhkəməsində mülki işə
baxaraq qərəzli qətnamə qəbul etmişdi, onun qətnaməsi Apelyasiya Məhkəməsi
tərəfindən ləğv edilmişdi. Rüstəmov Pərvaz bir-neçə dəfə qarşımı kəsərək bildirib
ki, onun Ali Məhkəmədə sanballı adamları var, hansı ki, onun oğlunun və özünün
işini həll edirlər, onlardan biri də Vəfaddin İbayevdir. Beş ildir ki, işi
cinayətkarın xeyrinə həll edirlər və cinayətkar da cinayət əməllərindən əl
çəkmir. Rüstəm Rüstəmov 8 nəfərin ölümünə səbəb olan qəzalar törədib. Son 5
ildə o, azadlıqda gəzməsi səbəbindən birinci dəfə "VAZ-
Cənab prezident, çox xahiş
edirəm ki, bu məkrli niyyətin qarşısını alasınız! Sonuncu ümid yerim sizsiniz.
Çox xahiş edirəm ki, bizim ailənin belə hakimlər tərəfindən qanının
batırılmasına imkan verməyəsiniz. Mən həmçinin buradan prezidentimizə müraciət
edərək, məni qəbul etməsini xahiş edirəm. Mənim başıma gətirilənlər bununla
bitmir, istəyirəm prezident məni qəbul etsin, sözümü ona deyə bilim”.
Zaqatalada institutda kütləvi zəhərlənənlər olub
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi