İrandan Tel-Əvivə daha bir xəbərdarlıq: "...enerji obyektlərini hədəfə alacağıq"

img

04-10-2024 [18:17]


İran İnqilab Keşikçiləri Ordusu komandanının müavini, briqada generalı Əli Fedevi İsrailə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livanın "əl-Meyadin" televiziyasına danışan general İsraildın İrana qarşı hər hansı bir hücum olarsa,  adekvat və sərt cavab verəcəklərini təkrarlayıb.

O, qeyd edib ki, bu dəfə İsrailin təbii qaz yataqları və neft emalı zavodları da daxil olmaqla, bütün enerji resurslarını vuracaqlar: "İsrailin İrana hücumu Təl-Əviv rəhbərliyi üçün məhv mənasına gələcək. İşğalçı rejim səhv edərsə, bu rejimin bütün enerji qaynaqlarını, elektrik stansiyalarını, bütün neftayırma zavodlarını və qaz yataqlarını hədəfə alacağıq".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 07.12.2024

Sabah yağış yağacaq