254 milyonluq qanunsuz köçürmə əməliyyatları... - Kimlər hakim qarşısına çıxarılıb?
04-10-2024 [13:58]
Xüsusi külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan 6 nəfərdən ibarət dəstə üzvlərinin məhkəmə prosesinin növbəti iclası keçirilib.
Mia.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər- Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun vəkilləri yekdilliklə hakimə etiraz edərək vəsatətlər təqdim ediblər.
İlk olaraq Fərhad Qasımovun vəkili Vüqar Əliyev çıxış edərək bildirdi ki, verəcəkləri əsaslı vəsatətlərin qəbul olunacağına inam demək olar sıfıra bərabərdir: "Bu işin obyektiv aparılması ilə bağlı məhkəmə sədrinin adına etiraz ünvanlamışıq".
Vəkil Kamandar Nəsibovun fikrinə görə isə, hakimlər məhkəmədə hüquqi terminlərdən istifadə etmirlər: "Yəni etirazımız əsaslıdır. Vəsatətləri qəbul etmirsiz. Sizin işə obyektiv baxacağınıza inanmırıq".
Digər vəkildə eyni məzmunda çıxış etdi: "Mən hüquqlarını müdafiə etdiyim şəxslə bağlı 3 vəsatətdən 2-si təmin olunmayıb, yeganə hüquqlarını müdafiə etdiyim şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ekspertizanın təyin olunması üçün verdiyim vəsatət qəbul olunub. Bu ona əsas vermir ki, mən həmkarlarımın qaldırdığı etiraza əks çıxım".
Dövlət ittihamçısı Elgin Qafarov hakimlərə etiraz üçün heç bir əsasın olmadığını qeyd etdi. Hakimlər müşavirədən qayıtdıqdan sonra hakim Anar Sadıqov onlara qarşı etirazın qəbul olunmaması ilə bağlı qərarı elan etdi.
Vəkil Sadiq Rəsulov hüquqlarını müdafiə etdiyi Bahadır Ağayevin ürəyinin məhz Emin Kərimli adlı həkim tərəfindən müayinə olunmasını istədi və fikrini belə izah etdi ki, Bahadır Ağayev ürəyindəki stimulyator aparatını məhz Emin Kərimlinin söndürməsini istəyir. Həmçinin həmin görüşün onun iştirakı ilə keçirilməsini təklif etdi.
Hakim Anar Sadıqov isə vəsatətin zərurət olmadığından qəbul olunmaması ilə bağlı qərar qəbul etdi və məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdi.
Şahid Rauf Qəribov maddi vəziyyətinin çətin olması ilə əlaqədar qardaşı tərəfindən göndərilən vəsaitləri aldığını etiraf etdi: "Mən özüm biblioqrafiya üzrə mütəxəssisəm. Qardaşım Qəribov Vahid Eldar oğlu Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Təxminən 2022-ci ildən 1il 6 ay ərzində 3-4 dəfə olmaqla 4000 dollar civarında pul göndərib. Hər dəfə də pulumu tam götürürdüm. Toy etdim, evdə sıxıntı var idi. Pulları ona görə göndərib. Mənə zəng gəlmişdi, getdim İst Petrol tərəfdə, Çıraq Plazanın yanında yerləşən ofisə. Ofisin həyətinə girəndə 2 avtomobil gördüm, yuxarıda kamera, kassa var idi. Mən qol çəkib pulumu götürmüşəm. Bu şəxsləri adla tanımıram, bircə Cavid Əzizov yadımda qalıb. Bahadır Qasımovu isə ümumiyyətlə tanımıram. Qardaşıma gəldikdə isə ona hər hansı ittiham verilməyib. Mənə pulu götürməyimlə bağlı gələn nömrəni xatırlamıram".
Məhkəmənin gedişində vəkillər şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını istədilər. Hakim Rauf Qəribovun istintaqda verdiyi ifadəsini elan etdi.
Sonra digər şahid Nailə Səlimova ifadə verdi: "Mənə İstanbul şəhərindən Fuad adlı nişanlım pul göndərirdi. Atam xərçəng xəstəsi idi, həmçinin evimizi təmir edirdik, ona görə nişanlım bizə kömək edirdi. Hər dəfə 10 min dollar göndərirdi, ümumilikdə 40 min dollar pul almışam. Pulu götürdüyüm yer yadımda deyil, pulu götürəndə təkcə şəxsiyyət vəsiqəmi göstərirdim. Mən burda oturanlardan heç kimi tanımıram. Amma ibtidai istintaqda mənə 2 şəkil göstərdilər, onları tanıdım.
Nişanlım Fuad Türkiyə vətəndaşıdır, onu istintaqa ifadə verməyə çağırmayıblar".
Şahidin sərbəst ifadəsindən sonra Nailə xanımın istintaqda verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, Nailə xanıma nişanlısı 40 min yox, ona 50 min dollar pul göndərib.
Hakim şahiddən təqsirləndirilən şəxs Cavid Əzizovu tanıyıb-tanımadığını soruşdu. Nailə Səlimova Cavidi pul verilən yerdə gördüyünü etiraf etdi.
Növbəti şahid Qasımov Rövşən Bahadır oğlu istintaqda verdiyi ifadəsində müəyyən dəyişikliklər olduğunu hakimlərə bildirdi. Belə ki, o, ifadəsinin təhrif olunduğunu, yəni "yadımda deyil, bilmirəm" kimi verdiyi cavabların əvəzinə onun əleyhinə olan sözlərin yazıldığını vurğuladı və ifadəsini davam etdirdi: "Atam 30 il Rusiyada yaşayıb. Bu hadisə vaxtı atam Azərbaycanda idi. Onun həbsi haylı-küylü oldu. Mən Dubayda yaşayıram, ticarətlə məşğul olmuşam. Mənim atamın Bakıda qanunsuz pul köçürməsi ilə məşğul olması barədə məlumatım olmayıb".
Bahadır Qasımov istintaq vaxtı oğluna qarşı təzyiqin olunması ilə bağlı bunları dedi: "Oğluma deyiblər danışmasan ananı da aparıb soxacağıq içəri".
Sonra Rövşən Qasımovun ibtidai istintaqda verdiyi ifadəsi elan olundu. Şahid yazılan ifadə ilə razı olmadığını bildirdi.
Bahadır Qasımovun vəkili Rövşən Qasımovun ifadəsinin tam təzyiqlə alındığını söylədi və ifadənin sübutlar siyahısından çıxarılmasını istədi.
Digər vəkil Vüqar müəllimdə müstəntiq tərəfindən şahidə hüquqlarının izah olunmadığını bildirdi: "Belə ki, hər bir şəxs yaxın qohumuna qarşı ifadə verməyə bilər. Bu normativlər Cinayət Prosessual Məcəllədə də göstərilib".
Dövlət ittihamçısı bu məsələyə hazırlıq iclasında baxıldığı üçün vəsatətin qəbul olunmamasını istədi.
Hakim isə sənədlərin tədqiqi vaxtı bu vəsatətə qiymət veriləcəyini söylədi.
Məhkəmə prosesi 18 oktyabr tarixinə kimi təxirə salındı.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.
Fuat Oktay Bakıda: "Azərbaycanla Ermənistan arasında sülh..."
MANATIN MƏZƏNNƏSİ NECƏ OLACAQ? - “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi təhlil yaydı
Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb
Ağcabədidə qadının başını kəsiblər - Oğlu və kürəkəni tutulub
İran Suriyadan öz diplomatlarını çıxarmağa başlayıb
BƏŞƏR ƏSƏD İRANA QAÇIB - Suriya mediası xəbəri təsdiqləyib, müxalif qruplaşma lideri isə Tehran və Tel-Əvivə əl uzadıb
Lerikdə icra başçısının nümayəndəsinin meyiti tapılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Iran, Iraq və Suriya XIN başçıları toplandı: "Türkiyəni dəvət edəcəyik" - Arakçidən bölgə dövlətlərinə mesaj
Polkovnik-leytenant Ramil İbrahimov həbs olunub
ƏSƏD ORDUSU DƏMƏŞQƏ QISILIR: hərbçilər daha bir strateji şəhərdən qaçdı - Rəsmi Moskva vətəndaşlarına çağırış elədi
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ: hansı qanunlar dəyişəcək? - SİYAHI
Tbilisidə azərbaycanlı sədrlə partiya lideri dalaşıb
Baş nazir Əli Əsədov daha bir qərar imzalayıb
"İnanıram ki..." - Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentinə məktub ünvanlayıb
“Sumqayıt” AFFA nın qərarından şikayəti verəcək
KTN-də 300 minlik qalmaqal - İdarə rəisi nədə ittiham olunur?
“Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirildi - FOTOLAR
Türkiyə kəşfiyyatından Suriyada sensasiyalı əməliyyat - PKK/KCK-nın vəzifəli şəxsi tutulub
TÜRKİYƏ KUBOKU: püşk atılıb, qarşılaşmalar bəlli olub
“Azərbaycan Dəmir Yolları” QSC-yə yeni sözçü təyin edilib
Ərdoğandan Suriya ilə bağlı açıq mövqe: "Hədəf təbii ki, Dəməşqdir, təmənnamız budur ki..."
Kamran Əliyev Sumqayıtda vətəndaşları qəbul edib
Əlaqələndirmə Qərargahı Kəlbəcər şəhərində növbəti iclası keçirilib
MƏMURLARIMIZIN “MÜŞAVİR XƏSTƏLİYİ”... – Sabiq deputat nazirə hansı məsləhətləri verəcək?
BQXK əməkdaşları həbsdəki Qarabağ separatçılarına baş çəkiblər
Növbəti üç gün yağış yağacaq - Xəbərdarlıq
Məşhur futbolçu "Fənərbağça"ya gəlir
Ali Məhkəmənin hakimi İlqar Hüseynov təqaüdə yola salınıb - FOTOLAR
Beynəlxalq Bank 100 milyon manatlıq istiqraz buraxır
ABŞ-ın DƏSTƏKLƏDİYİ YPG 7 KƏNDƏ GİRİB - İraqla sərhəddə vəziyyət dəyişir, İranın Livana uzanan "dəhliz"i təhlükə altına düşüb
İordan çayının qərb sahilində bir fələstinli öldürülüb
Avropa çempionatı: millimizin rəqibləri bəlli olub
İsrail ordusu Suriya-Livan sərhəd məntəqəsini vurub - Səbəb "Hizbullah"la əlaqələndirilir
İsrail ordusu Qolan təpələrində hərbi təlimlərə başlayıb - Ordu rəhbərliyi Suriya sərhədinə toplanıb
Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında “Təlim və məşq kursu” keçirilib - FOTO
BAKIDA RESTORANDA BİR AİLƏ BELƏ DÖYÜLDÜ: saxlanılan 5 nəfər kimlərdir? - Hadisənin VİDEOsu
Fernandu Santuş istefaya göndərilir? - AFFA-nın "səbr kasası" daşıb