XİN sözçüsü: "Sülh sazişi ilə bağlı müzakirələrə ehtiyac var"
SİYASƏT
17.09.2024, 15:05
"Sülh sazişi layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var".
Mia.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, son bir neçə həftə ərzində Ermənistan rəsmiləri daha çox ziddiyyətli bəyanatlar səsləndirməklə kifayətlənirlər: "Onlar sülh prosesinin reallıqlarını təhrif edir və bu istiqamətdə müvafiq şərhlərlə çıxış edirlər. Ermənistan tərəfi təklif edir ki, hazırda razılaşdırılmış müddəalar saxlanılmaqla Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. Ancaq bunun məqbul variant olmadığı Azərbaycan tərəfindən bir neçə dəfə bildirilib. İstənilən saziş layihəsi üzrə belə bir qayda var ki, hər şey razılaşdırılmadan heç nə razılaşdırılmış hesab olunmur".
XİN rəsmisi layihə üzrə danışıqların qapalı olduğunu, yəni təfərrüatların geniş ictimaiyyətə açıq olmadığını vurğulayıb:
"Ancaq onu qeyd edə bilərik ki, layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni layihənin təqribən 80%-i razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur. Lakin bu o demək deyil ki, Ermənistan tərəfin təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir".
A.Hacızadə onu da diqqətə çatdırıb ki, saziş layihəsi üzrə açıq qalan müddəaların müzakirəsinə ehtiyac var: "Ümumiyyətlə isə saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Ermənistan tərəfindən qanunvericilik aktlarında ərazilərimizə qarşı davam edən iddialara son qoyulmadıqca iki ölkə arasında həqiqi sülhdən söhbət gedə bilməz".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Canan Karataydan təəccübləndirən məsləhət: Səhər acqarına bunu için
Bugün, 17:49 CƏMİYYƏT
-
Nazir Köçəri Tumasovu təltif etdi
Bugün, 17:34 CƏMİYYƏT
-
Ağ Evin keçmiş mətbuat katibinin yeni iş yeri bəlli oldu
Bugün, 17:22 PRESS
-
Naxçıvan Mədəniyyət nazirinə müavini təyin olunub
Bugün, 17:13 MƏDƏNİYYƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları bir arada - FOTOLAR
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Leyla Seyidovaya yeni vəzifə verildi
Bugün, 16:58 GÜNDƏM
-
Keçmiş Xarici İşlər naziri Mərdakanda bağ sahəsini zəbt edib? - Sabiq nazir "Sovet dövründə o torpaq sahəsi mənim atama verilib" deyir (Yneiləniib)
Bugün, 16:47 CƏMİYYƏT
-
Polkovnik Rahim Cəfərov təqaüdə göndərilib
Bugün, 16:45 CƏMİYYƏT
-
Özgür Özəl partiyasını satanlar haqqında elə şeylər dedi ki... "Xain oğlu xainlərdir"
Bugün, 16:29 GÜNDƏM
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTOLAR (Yenlənib)
Bugün, 16:19 GÜNDƏM
-
"Qalatasaray"ın baş məşqçisi "Kasımpaşa" matçına yeni heyətlə çıxacaq
Bugün, 16:09 İDMAN
-
Türkiyə parlamentində şok istefa - Vitse-spiker vəzifədən getdi (FOTO)
Bugün, 16:01 SİYASƏT
-
İsrail ordusu İrana hücum planı hazırlayır
Bugün, 15:53 GÜNDƏM
-
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 15:44 GÜNDƏM
-
Rusiyalı aparıcı Bakıda ev alıb
Bugün, 15:23 CƏMİYYƏT
-
“Bravo”da rəf və kassa qiyməti problemi - Müştərilər şikayət edir...
Bugün, 15:21 İQTİSADİYYAT
-
Müğənni bəzi blogerləri "görməmiş" adlandırdı: "...mənə acıq verirsən? "
Bugün, 15:21 MƏDƏNİYYƏT
-
Korrupsiya barədə məlumat verən şəxsə bu qədər mükafat veriləcək - Azərbaycanda qanun dəyişir, nələr olacaq?
Bugün, 15:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramovla ABŞ rəsmisi müzakirə apardı
Bugün, 15:03 SİYASƏT
-
Ermənistanda sərhədi keçən əsgərimizə görə istefalar başlayıb
Bugün, 14:54 SİYASƏT
-
Paşinyan hərbçimizlə bağlı sualdan yayındı - VİDEO
Bugün, 14:25 GÜNDƏM
-
Səbiyyə Panəliyeva saxlanıldı
Bugün, 14:24 KRİMİNAL
-
Daha 110 aptekdə yoxlama aparılıb
Bugün, 14:10 İQTİSADİYYAT
-
Belçikalı alim fizika üzrə Nobel mükafatını qazandı
Bugün, 13:59 PRESS
-
TƏBİB rəhbəri Ukraynadan Azərbaycana kadr gətirdi - Mərkəzin yeni direktoru kimdir? + FOTO
Bugün, 13:30 CƏMİYYƏT
-
"Palmalı" həlak olanlar barədə açıqlama yaydı: "Həlak olanların ailələrinə hər cür dəstək göstərilib"
Bugün, 13:15 SİYASƏT
-
Direktordan şok istefa: "TƏBİB-in yeni rəhbəri ilə işləmək istəmirəm"
Bugün, 12:48 CƏMİYYƏT
-
Türkiyədə daha bir unikal olay - İki türk amerikalı qadın zabitə sataşdı və...
Bugün, 12:46 DÜNYA
-
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:41 CƏMİYYƏT
-
Petek Dinçöz imicini dəyişdi - 36 il əvvələ geridönüş + FOTO
Bugün, 12:27 ŞOU-BİZNES
-
ÜÇ ÖLKƏ İRANA QARŞI BİRLƏŞİR, YOXSA... - Yəmən Məkkə Sazişi ölkələri üçün ilk ciddi sınaqdır (TƏHLİL)
Bugün, 12:13 SİYASƏT
-
Qubada iki keçmiş məhkum 19 kq narkotiklə saxlanılıb
Bugün, 11:58 KRİMİNAL
-
Anam məni danladı...
Bugün, 11:42 YAZARLAR