Şuşada ətrafı zibilləyən 64 nəfər cərimələnib - FOTO

img

16-09-2024 [09:59]


İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin təmizliyinin təmini məqsədilə müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının aidiyyəti qurumlarla keçirdikləri birgə tədbirlər zamanı məişət tullantılarının atıldığı ərazilər müəyyən edilib. Həmin ərazilərdə təmizlik işləri görülüb, cavabdeh şəxslərlə profilaktiki söhbətlər aparılıb. Təmizliyə riayət edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.

Polis əməkdaşları tərəfindən son 2 ay ərzində rayon ərazisində ətraf mühitə ziyan vurulması hallarının qarşısının alınması üçün 64 protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA