Noyabrda Azərbaycanda 4 gün ardıcıl rəsmi iş günü olmayacaq

img

15-09-2024 [00:12]


Azərbaycanda noyabr ayında baş tutacaq COP29 tədbirinə görə qeyri-iş günləri maraq doğurur.

Mia.az metbuat.az-a istinadla bildirir ki, rəsmi olaraq noyabrın 8-i və 9-u qeyri-iş günləridir. Noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd edilir.

Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü elan olunub. Beləliklə, noyabrın 8-dən 11-dək ardıcıl olaraq 4 gün qeyri-iş günü olacaq.

Bəzi mənbələr noyabrın 12-si Konstitusiya Günü ilə bağlı qeyri-iş günü olacağı barədə məlumat yayıb, lakin bu barədə hələ rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, COP29 tədbiri ilə əlaqədar ümumi təhsil müəssisələrində payız tətili noyabrın 12-dən 22-dək müəyyən edilib. Bakı, Sumqayıt və Abşeron rayonlarında peşə, orta ixtisas və ali təhsil müəssisələrində də həmin müddət ərzində distant təhsil tətbiq ediləcək. Dövlət qurumlarında isə işçilərin yalnız 30%-i işə cəlb olunacaq, qalan 70% isə məsafədən işləyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA