Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-09-2024 [00:01]
Qoç - mübarizəyə hazır olun. Qələbə asan olmayacaq. Müsbət təmayüllərin təsiri saatlar keçdikcə azalacaq. Problemlər və çətinliklərin sayı artır. Müşkül məqamlar işlə yanaşı, evdə və küçədə də yarana bilər. Maliyyə itkiləri istisna deyil.
Günün ikinci yarısında xərclər nəzərdə tutulduğundan artıq ola bilər.
İşdə həmkarlar və rəhbərliklə münasibətləri korlamayın. Davranışınızı dəyişin, inad etməyin. Belədə bir sıra çətinliklərin yaranmasının qarşısını ala bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Buğa - düşünülməmiş addımlar atmayın, tələskənliyə yol verməyin. Günün ilk yarısında önəmli işlərə başlamayın, mühüm qərarlar qəbul etməyin. Emosiyaların təsiri altına düşməyin. Təxribatlara uymayın, hisslərin əsiri olmayın.
Belə davranışınızdan sizə yaxşı heç nə arzulamayan insanlar yararlana bilərlər.
Günün ikinci yarısında etibar etdiyiniz insan sizə zərbə vuracaq. O, hisslərinizi ələ salacaq, sonra da sirrinizi faş edəcək.
Müsbət təmayüllərin təsiri artacaq. Bu yaxınlarda baş vermiş hadisələri təhlil edin, dürüst nəticəyə gəlin. Davranış modelində zəruri dəyişikliklər edin. Axşam saatlarında romantik münasibətlər istisna deyil.
Əkizlər - günün ilk yarısında başladığınız işlərdə uğur qazana bilərsiniz. Şanslarınızdan yararlanın. Müsbət təmayüllərin təsiri uzun müddət davam etməyəcək. Yaranmış situasiyadan faydalanın. Sürətlə və qısa müddətdə başa vura biləcəyiniz işə üstünlük verin. Yalnız nüfuzlu müttəfiqlər sizi dəstəkləyərsə, genişmiqyaslı layihələrə başlaya bilərsiniz.
Günün ikinci yarısında tanışlıqlar xoş münasibətlərin əsasını qoya bilər. Karyera müstəvisində irəliləyiş və maliyyə imkanlarını yaxşılaşdırmaq imkanları var. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - gün asan olmasa da, məhsuldardır. İşlərin çoxluğu və tər içində çalışmaq perspektivi sizi qorxutmasın, çəkindirməsin. Bacarıqlarınızı və peşəkar fəaliyyətdəki imkanlarınızı nümayiş etdirin. Bilin ki, özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışdığınız insan səylərinizi görməyəcək.
Biliklərinizi göstərməkdən çəkinməyin. Özünüzü tərifləməyin.
Günün ikinci yarısında ünsiyyətdə problemlər yarana bilər. Müttəfiq saydığınız insan sizdə təəssüf hissi yaradacaq addım atacaq. Axşam saatlarında səhhətinizdə problemlərin yaranması istisna deyil.
Şir - son vaxtlar yaranan ideyalardan birini reallaşdırmaq olar. Başladığınız işi bitirin. Yeni tərəfdaşlar və əməkdaşlarla işbirliyi üçün münasib zamandır. İşgüzar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə irəliləyişlər ola bilər. Münaqişələrə rəvac verməyin.
Günün ikinci yarısında mübahisələrə qatılmayın. Əks təqdirdə təmaslar sürətlə korlana bilər. Rəqiblərin sayını artırmayın. Praqmat olun, soyuqqanlı davranın. Axşam saatlarında gəzintiyə çıxın.
Qız - xoşagəlməz məlumatlar ala bilərsiniz. İşgüzar məsələlərdən biri xeyrinizə həll olunmayacaq. Bütün problemlərə rəğmən sakit olun, təmkininizi pozmayın. Maraqlarınız uğrunda mübarizə aparmaq mənasızdır. Şəraitə uyğunlaşın, situasiyadan faydalanın.
Günün ikinci yarısında anlayacaqsınız ki, situasiya o qədər də əlverişsiz deyil. Müsbət məqamlar da var. Dəyər verdiyiniz şəxsi münasibətlərin harmonik inkişafına çalışın. Axşam saatlarında xoş sürprizlər ola bilər. Romantik görüş üçün yaxşı zamandır.
Tərəzi - günün ilk yarısında ehtiyatlı olun. Emosional fon stabil deyil. Kənar təsir altına düşməyin, manipulyatorun qurbanına dönməyin. Situsiyanı soyuqqanlı, düşünülmüş şəkildə dəyərləndirin. Təhlükəli vəziyyətdən çıxış yolu tapın.
Günün ikinci yarısında situasiya sakit olacaq. Orijinal ideyalar, cəsarətli niyyətlər ola bilər. İşgüzar intuisiyanız iti olsun. Anlaşma və ya müqaviləni müzakirə edərkən maraqlarınızı unutmayın. Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin.
Əqrəb - günün ilk yarısı uğurlu və xoş keçəcək. Sevimli işlə məşğul olmaq üçün əlverişli zamandır. Kimlərinsə neqativ münasibətindən, tənqidlərindən çəkinməyin. Peşəkar fəaliyyət müstəvisində çoxdan bəri mövcud olan problemi həll etmək imkanları yaranıb.
Günün ikinci yarısında işlə bağlı məsələlərin həllində sizə yardım edəcək insanla tanış ola bilərsiniz.
Axşam saatlarına yaxın çətinliklər və problemlər artacaq. Xoşagəlməz məlumatlar, gözlənilməz gecikmələr, planlaşdırılmamış xərclər ola bilər. Əhvalınızı korlamayın. Xırda məsələlər və kiçik problemlərə görə bədbinliyə qapılmayın.
Oxatan - diqqətli olun. Yaşamın müxtəlif sahələrində ciddi problemlər yarana bilər. Asan və səthi həll variantları o qədər də doğru deyil. Şəxsi münasibətlərdə mümkün qədər sayıq olun. Situasiyanı təhlil edəndə ən xırda təfərrüatları, kiçik detalları nəzərə alın. Başqa günlərdə fikir verməyəcəyiniz xırdalıqları indi qulaqardına vurmayın.
Ayın əvvəlində tanış olduğunuz insanlardan biri günün ikinci yarısında sizə yardım edəcək. Dostlar və qohumlarla dil tapmağa çalışın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Oğlaq - günün ilk yarısında yaranan kiçik çətinliklər sizi bədbinləşdirməsin. Bütün işlərin alt-üst olduğunu düşünməyin. Mənfi təmayüllərin təsiri çox çəkməyəcək. Saatlar keçdikcə vəziyyət düzələcək. Proseslərdə müsbət dəyişikliklər var.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırmağa çalışın. Münaqişə və ya mübahisə etdiyiniz insanlarla əlaqələri bərpa edin. Yeni tanış dosta, işgüzar tərəfdaşa, tərəf-müqabilə çevrilə bilər. Hər şey sizdən asılıdır. Axşam saatlarında idmanla məşğul ola bilərsiniz.
Dolça - yaranmış qeyri-müəyyən, ağır situasiyadan faydalanın. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi möhkəmləndirmək, yaxşı gəlir əldə etmək imkanları var. İntriqalara meylli olmayın, başqasının etibarından sui-istifadə etməyin. Vicdanlı və ədalətli olun. Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından əlverişli zamandır. Hisslər güclü, emosiyalar qarşılıqlı olacaq. Qarşılıqlı anlaşamaya nail olmaq çətin deyil. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Balıqlar - ortaq işgüzar maraqlarınızın olduğu insanlardan biri sizə təzyiq göstərmək istəyəcək. O, sizə sərfəli olmayan qərar verməyinizə nail olmağa çalışır. Sakitləşin. Emosiyalarınızın qaydaya düşməsi üçün zaman gərəkdir. Başqalarının məsləhətlərini və mövqelərini qulaqardına vuraraq bildiyiniz kimi hərəkət edin.
Günün ikinci yarısında peşəkar fəaliyyət və kommersiya ilə bağlı məsələlərin həllini təxirə salmayın. Axşam saatlarında romantik münasibətlər yetərincə harmonik olacaq. Bədbin təxəyyülünüzü gücləndirməyin. Hər şey yaxşı olacaq.
Milli.Az
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir
Xocavənd şəhəri və kəndinə ilk köç karvanı yola salınıb
Sabah hava necə olacaq? - Proqnoz
Mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı ratifikasiya olunub
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək - Dəyişiklik
Zahid Oruc Milli Məclisdə: "Emin Hüseynov insan haqlarının vəziyyətini soruşur, Mehriban xanım isə..."
Sumqayıtda şəhidlə vida mərasimi olub
Prezident İlham Əliyevin ABŞ-a səfəri başa çatıb
Şəhid Rafiq Hüseynovla vida mərasimi keçirilib
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
Venesuelada siyasi məhbuslar həbsdən buraxıldı
Daha 9 azərbaycanlı Almaniyadan geri qəbul edilib
"Real Madrid" Dezire Dueni transfer edir