Əməkdar artist Rafiq İbrahimov vəfat edib
MƏDƏNİYYƏT
14.09.2024, 09:08
Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimov vəfat edib.
Mia.az xəbər verir ki, R.İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub.
Orta məktəb illərində Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq Teatrına üzv olub. 1974-1978-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram, kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət Tədris Teatrında, Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib, pedaqoji fəaliyyətlə məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnini tədris edib. Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” teatrında da çalışan, dublyaj ilə məşğul olan aktyorun yaradıcılığının əsas hissəsi Bakı Bələdiyyə Teatrı ilə bağlıdır.
1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.
Teatrın hazırladığı Nəriman Nərimanovun "Nadir şah" faciəsində Səlim xan, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" pyesində Fikrət, S.Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, O.Altunbayın "Tomris"ində Bagudar, F.Məmmədovun "Anasının gül balası"nda Şahmar, A.Məmmədovun "Dəli Domrul"nda Dədə Qorqud, N.Nərimanovun "Nadir şah"nda Səlimağa, N.Rəfibəylinin "Məhsəti"sində şah, Əmir Pəhləvanın "İnsan və İblis"ndə iblis, A.Babayevin "Oğul"unda cani, C.Cabbarlının "Dönüş"ndə Zaman, C.Məmmədquluzadənin "Ölülər"ində Səlim ağa, N.Hikmətin "Domokl qılıncı"nda arxitektor, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə Ömər, A.Qurbaninin "Türk sancağı"nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara imza atıb.
R.İbrahimov eyni zamanda kinoda da aktyor kimi müxtəlif səpkili obrazlar yaradıb.
“Ağ atlı oğlan”da polis işçisi (1995-ci il, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008-ci il, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi (2009-cu il, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014-cü il, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı roller tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bakı Bələdiyyə Teatrının rəhbərliyi və kollektivi adından Rafiq İbrahimovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Cəlilov: "Naxçıvanın iki əsas istiqamətdə çətinliyi var..." - "Səlahiyyətli nümayəndəlik daha çox nəzarətedici və..." (MÜSAHİBƏ)
Bugün, 21:12 SİYASƏT
-
"Daltons" şəbəkəsinə qarşı 14 şəhərdə eyni anda əməliyyat başladı: saxlanılanlar arasında uşaqlar da var!
Bugün, 20:43 KRİMİNAL
-
Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
Bugün, 20:01 İQTİSADİYYAT
-
MƏKTƏBLƏRDƏ GEYİMLƏ BAĞLI YENİ TƏLƏBLƏR QƏBUL OLUNDU - Nazirlər Kabineti açıqladı
Bugün, 19:41 GÜNDƏM
-
Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur? - Ekspert Fərid Cəfərlidən açıqlamalar
Bugün, 18:55 İQTİSADİYYAT
-
Reketlər "xərac" kəsdi, vermədi və... - Türkiyədə məşhur zərgər iş yerinin qarşısında güllələndi
Bugün, 18:35 KRİMİNAL
-
ABŞ-da 60 ildən sonra bir ilk: 13 əsgəri öldürən psixiatr güllələnəcək - Tramp edamı təsdiqlədi
Bugün, 18:17 DÜNYA
-
Nazir öz oğluna üçmərtəbəli obyektinin istismarına icazə verib
Bugün, 18:03 CƏMİYYƏT
-
Canan Karataydan təəccübləndirən məsləhət: Səhər acqarına bunu için
Bugün, 17:49 CƏMİYYƏT
-
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Bugün, 17:39 KRİMİNAL
-
Nazir Köçəri Tumasovu təltif etdi
Bugün, 17:34 CƏMİYYƏT
-
Ağ Evin keçmiş mətbuat katibinin yeni iş yeri bəlli oldu
Bugün, 17:22 PRESS
-
Naxçıvan Mədəniyyət nazirinə müavini təyin olunub
Bugün, 17:13 MƏDƏNİYYƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları bir arada - FOTOLAR
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Leyla Seyidovaya yeni vəzifə verildi
Bugün, 16:58 GÜNDƏM
-
Keçmiş Xarici İşlər naziri Mərdəkanda bağ sahəsini zəbt edib? - Sabiq nazir "Sovet dövründə o torpaq sahəsi mənim atama verilib" deyir (Yeniləniib)
Bugün, 16:47 CƏMİYYƏT
-
Polkovnik Rahim Cəfərov təqaüdə göndərilib
Bugün, 16:45 CƏMİYYƏT
-
Özgür Özəl partiyasını satanlar haqqında elə şeylər dedi ki... "Xain oğlu xainlərdir"
Bugün, 16:29 GÜNDƏM
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTOLAR (Yenlənib)
Bugün, 16:19 GÜNDƏM
-
"Qalatasaray"ın baş məşqçisi "Kasımpaşa" matçına yeni heyətlə çıxacaq
Bugün, 16:09 İDMAN
-
Türkiyə parlamentində şok istefa - Vitse-spiker vəzifədən getdi (FOTO)
Bugün, 16:01 SİYASƏT
-
İsrail ordusu İrana hücum planı hazırlayır
Bugün, 15:53 GÜNDƏM
-
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Bugün, 15:44 GÜNDƏM
-
Rusiyalı aparıcı Bakıda ev alıb
Bugün, 15:23 CƏMİYYƏT
-
“Bravo”da rəf və kassa qiyməti problemi - Müştərilər şikayət edir...
Bugün, 15:21 İQTİSADİYYAT
-
Müğənni bəzi blogerləri "görməmiş" adlandırdı: "...mənə acıq verirsən? "
Bugün, 15:21 MƏDƏNİYYƏT
-
Korrupsiya barədə məlumat verən şəxsə bu qədər mükafat veriləcək - Azərbaycanda qanun dəyişir, nələr olacaq?
Bugün, 15:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramovla ABŞ rəsmisi müzakirə apardı
Bugün, 15:03 SİYASƏT
-
Ermənistanda sərhədi keçən əsgərimizə görə istefalar başlayıb
Bugün, 14:54 SİYASƏT
-
Paşinyan hərbçimizlə bağlı sualdan yayındı - VİDEO
Bugün, 14:25 GÜNDƏM
-
Səbiyyə Panəliyeva saxlanıldı
Bugün, 14:24 KRİMİNAL
-
Daha 110 aptekdə yoxlama aparılıb
Bugün, 14:10 İQTİSADİYYAT
-
Belçikalı alim fizika üzrə Nobel mükafatını qazandı
Bugün, 13:59 PRESS