QADIN OLİQARXLARIMIZ… – Və xaricə daşınan talan olunmuş sərvətimiz – FOTOLAR
13-09-2024 [10:13]
Bu günlərdə mətbuatda dərc edilən məlumata görə, uzun illər Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olmuş, hazırda isə yenidən deputat edilən Hicran Hüseynova uzaq Fransada, dəniz sahilində istirahət kompleksi tikdirir. Xəbərdə deyilir ki, H.Hüseynova və bacısı dəniz sahilindəki 5 milyon avroluq villanı sökdürərək, yerində öz yeni obyektini inşa etdirir.
Xəbərin yayılmasından bir həftəyə yaxın vaxt keçsə də, məmur-deputat xanım Hüseynova onu nə təsdiq, nə də təkzib edir. Susur. Azərbaycanda isə susmaq təkcə razılıq deyil, həm də saymazlıq, arxayınlıq, özündənrazılıq əlamətidir ki, bunun da tez-tez bizim bir çox “toxunulmaz” iri məmurlarımızın, nazirlərimizin, deputatlarımızın ifasında müşahidə edirik.
O da sirr deyil ki, bu adamları cəmiyyət, dövlət qarşısında hesabat vermək məsuliyyətindən azad edən hökumətdəki mövqeləri, əlaqələri və bütün bunların sayəsində topladıqları sərvət, var-dövlətdir…
Azərbaycanda sanballı varidat sahibi, hətta bəzilərinin “oliqarx” adlandırdıqları (əslində, oliqarx termini daha geniş mənaya malikdir) zərif cinsin nümayəndələri az deyil. Onları birləşdirən ümumi cəhət nadir hallarda özlərinin, əksər hallarda isə ərlərinin yüksək, gəlirli vəzifə sahibləri olması, onlar üçün büdcə vəsaitlərinin, ölkə sərvətlərinin əlçatanlığıdır…
Bu günlərdə Azərbaycanın pullarının talanması üzrə “ulduz” simalardan biri – Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın da ətrafında həm yerli, həm də xarici mətbuatda müxtəlif məlumatlar dolaşır. Britaniya məhkəməsi gah onun on milyonlarla dollarlıq əmlaklarını, bank hesablarını, qızıl-zinət əşyalarını müsadirə edir, gah qızıllarını qaytarır, gah qaytarmır, gah o məhkəmə-bu məhkəmə süründürür və sair.
Ortalıqda uçuşan on milyonlar, yüz milyonlar isə Azərbaycanın, sosial müavinətə möhtac qoyulan Azərbaycan vətəndaşının boğazından kəsilən, oğurlanan, talanan sərvətləridir.
Daha bir “oliqarx” xanım AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Əsgərova sayıla bilər. Rəsmən iş adamı hesab edilən, “Gazelli Group”-un sahibi, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü və s. adlar daşıyan Z.Əsgərovanın 100 milyonlarla hesablanan kapitalının əsasını ərinin “qazandığı” pulların təşkil etdiyi çətin ki, kimdəsə şübhə doğurur.
Həmçinin, bu ailənin şirkətlərinin Gürcüstanda və digər xarici ölkələrdə tikintidən tutmuş bir çox digər sahələrə on milyonlar, yüz milyonlarla pul yatırdığına dair dəfələrlə məlumatlar yayılıb, sənədlər, sübutlar təqdim olunub.
Yaxud, olsun Milli Məclisin sabiq sədri Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın “biznesi”. Rusiyada onun adına “Arizarum Qrup” adlı şirkət yaradılıb. Eyni zamanda da Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olan bu xanımın Rusiyadakı böyük biznesi necə idarə etdiyi “heyrət doğurur”.
3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin “Kapriz” adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan “Arizarum Qrup”-un balansında olub. Həmçinin, ailənin Rusiya paytaxtında, Türkiyədə, Böyük Britaniyada, Almaniyada və s. ölkələrdə hər biri on milyonlarla ölçülən mülkləri, biznesləri barədə məlumatlar var.
Müvafiq dövlət qurumlarından heç kim yuxarıda sadaladığımız və sadalamadığımız bu cür “işgüzar” ailələrdən malik olduqları yüz milyonların mənbəyini soruşmayıb, onlara “gözün üstə qaşın var” deyən olmayıb – sanki belə də olmalı imiş…
İlkin kapitalı, “mayası” məmur ərlərinin bu millətdən taladığı pullar hesabına formalaşan “business women”-lərin siyahısını uzatdıqca uzatmaq olar. Bunları birləşdirən əsas amillərdən biri də ərlərinin, bəzi hallarda isə özlərinin(Hicran Hüseynova kimi-red.) burada “qazandıqları”nı xaricə daşımalarıdır. Bir sözlə, kişili-arvadlı – daşıyan-daşıyanadır…
Görünən həm də odur ki, iş pula, talançılığa, acgözlüyə, haramçılığa, tamahkarlığa gələndə bəzi xanımlarımız kişilərdən geri qalmır, hətta onları üstələyir...
Əlbəttə, hər bir ölkədə qadın iş adamlarının, milyonçuların olması yaxşı haldır. Bu, həmin cəmiyyətlərin inkişafından, müasirləşməsindən, hətta çiçəklənməsindən xəbər verir. Amma nə yazıq ki, bizim qadın milyonçularımız, “business women”-lərimiz də bu ölkədəki bir çox adlar, statuslar kimi süni və saxtadır…
Yəqin ki, nə vaxtsa Azərbaycanda da real, halal iş adamı olan qadınlar yetişəcək(Bəlkə də hazırda tək-tük də olsa belələri var). Ancaq bu, yalnız gerçək, monopoliyasız, məmur biznesinin at oynatmadığı, rüşvətsiz, azad bazar iqtisadiyyatı, normal gömrük-vergi sistemi, əlçatan bank sektoru, ədalətli məhkəmə, şəffaf hüquq-mühafizə sistemi və s. olanda olacaq. Azərbaycanda isə bütün bunları nə zaman görəcəyimizi nəinki siyasətçilər, ictimai xadimlər, iqtisadçılar, digər mütəxəssislər və sair, hətta bəzi xanımlarımızın tez-tez baş çəkdiyi falçılar da bilmir…
AzPolitika.info
SOCAR-da daha bir dəyişiklik - "Azneft"in direktoru yola salındı
DÇ-2026: Azərbaycan - Ukrayna oyununda 3 qol var (Yenilənib)
Ərdoğan Misirdən ayrıldı
"Eyüpspor"un yeni baş məşqçi ilə anlaşıdı - 3 illik müqavilə ilə
Gürcüstan millisinin baş məşqçisi: "Bura qələbə üçün gəlmişik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: Türkiyə-Gürcüstan matçının gəliri Qəzzaya bağışlanacaq.
Vinçenzo Montella: "Berke Özer üzərində çox dayanmayacağam"
Kerem Aktürkoğlu: "Qələbə pley-off şanslarımızı artıracaq"
CHP-də növbəti istefa - Zonguldak Qadın Təşkilatı sədri istefa verib
İlham Əliyev Misirdə: Qəzza üzrə yekun atəşkəs sazişi imzalandı - "Bu, dünya üçün böyük bir gündür" (VİDEO, Yenilənib)
"Yaxın Şərqdə sülh!!! Tarix yazılır!!!" - Hikmət Hacıyev
Sabah bu ərazilərdə qaz olmayacaq
İLHAM ƏLİYEVLƏ TRAMP GÖRÜŞDÜ: "Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi?" - Misirdə + VİDEO, FOTOLAR
İsrail 1900-ə yaxın fələstinli məhbusu azad edib - Onlardan 154 ömürlük məhbus olub
“Sədərək”də reklam qurğuları sökülüb
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrləri görüşdü - İslamabadda + FOTO (Yenilənib)
Türkiyədə 105 kq narkotik tutulub - Həbslər var
Sumqayıt Dövlət Universitetinə 40 əcnəbi tələbə axtarılır - Bunu təşkil edənə isə 103 min manat veriləcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Bakıda bir araya gəldilər - Nələr müzakirə olunub?
Kino Agentliyi “Nurgün Motors”a 10 min ödəyəcək
İlham Əliyev bu ölkələrin liderləri ilə görüşüb - Misirdə
ƏLİYEVİN TƏKLİFİ və ya TDT ORDUSUNUN AYAQ SƏSLƏRİ... - Təhill
Prezident İlham Əliyev Fələstin lideriylə görüşüb - FOTO
İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüşüb - FOTO
Netanyahu Sammitə qatılacaq? - Misir prezidentindən gözlənilməz jest
"Tramp sülhə sadiqdir, o..." - Netanyahu Trampın Nobelə namizədliyini yenə dəstəkləyəcək
İqtisadiyyat üzrə Nobel mükafatının sahiblərinin adları açıqlandı
Xocalının Ballıca və Xanyurdu kənd sakinləri ilə torpaq icarəsi müqavilələri imzalanıb
Şair Əlisəmid Kür dəfn olunub (Yenilənib)
Audiovizual Şura məlumat yayıb
70 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - Bu tarixdə
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü keçirilir - "3+3" regional məşvərət mexanizminin aktuallığı artmaqdadır" (Yenilənib)
Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir - Dəyişiklik
Sabah yağış yağacaq - Proqnoz
Baş həkim İlahə Şükürova vəzifədən azad olunub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Qarsa qar yağıb - FOTO
Xocavənddə əməliyyat: odlu silah-sursat satmaq istəyən saxlanılıb
Türkiyədə türkəsilli əcnəbilərə işləmək hüququ verilib
AZAL “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib