“Abzas Media” işi: saxlanılan jurnalistlərin barəsində həbs müddəti uzadıldı (YENİLƏNİB)
07-09-2024 [12:57]
"Abzas Media" işi çərçivəsində həbs edilən Nərgiz Absalamova və Məhəmməd Kekalov barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
Mia.az "Report"a istinadla xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.
Qeyd edək ki, N.Absalamova və M.Kekalov ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs olunublar.
***
“Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.
Qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabrında Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinərək həbs olunub.
***
"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı və Ülvi Həsənli barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
Bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.
Xatırladaq ki, H.Babalı və Ü.Həsənli ötən il saxlanılıb. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra "Abzas Media"nın əməkdaşlarına qarşı yeni ittihamlar irəli sürülüb.
***
“Abzas Media” işi üzrə saxlanılan Elnarə Qasımova və Fərid Mehralızadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib.
Mia.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, hər iki şəxs barəsində həbs müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra "Abzas Media"nın daha bir neçə əməkdaşı həbs edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib(Report).
Sənətçilər şikayət elədi, nazirlik araşdırmaya başladı - Qalmaqal
Kamal Kılıçdaroğlu: "Yox, prezidentliyə daha namizəd olmayacam"
Leyla və Arzu Əliyevalar Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olub - FOTOLAR
Almaniya kansleri Türkiyəyə gəlir
Naftalan İcra Hakimiyyətinə xəbərdarlıq olunub - 349 minlik qalmaqal
AFFA İntizam Komitəsi daha üç komandaya texniki məğlubiyyət verib
Deputat: "Bələdiyyələrin əksəriyyətinin dövlətə borcu var və ya hesabları bağlıdır"
Sabah hava necə olacaq? - Proqnoz
PUTİN AŞQABADDA MÜHÜM MESAJ VERDİ: "Yeni dünya nizamı və güc mərkəzləri formalaşır"
ÖLKƏYƏ QAYTARILMAYAN XARİCİ VALYUTALAR... - Əli Əsədov rəsmiləri topladı, yei tapşırıqlar verdi
Rusiya üçün ən ağır ay: hər ay 30 min əsgər toplanır, döyüşlərdə ölüm çoxalıb - Ukrayna itkilərini ABŞ-dan gizlədir
"...bu, informasiya təhlükəsizliyi üçün yeni texnoloji təhdidlərə də səbəb olur" - Əhməd İsmayılov
BDU-nun 18 tələbəsi dönərdən zəhərlənib - ADLAR (Yenilənib)
Pentaqon rəhbəri NATO-nun baş katibi ilə telefonla danışıb - Ukrayna və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
Gəncə və Goranboyda dövlət əmlakları hərraca çıxarıldı
Ərdoğan Serbiyada - FOTOLAR
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib - FOTOLAR
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
“Nar” sərfəli smartfon modellərini təqdim edir
Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə - FOTOLAR
Deputat hələ də Ali Məclis sədrinin köməkçisi işləyir - Bir zəng və ortaya çıxan maraqlı dialoq...
Elmi Tədqiqat: "Hətta 75 yaşında siqareti tərgitmək ömrü uzadır" - Gündə 30 və ya daha çox siqaret çəkənlər ömürlərinin ən azı 21 faizini riskə atır
İsrail ordusu ilə fələstinlilər arasında toqquşma olub
Livanın baş naziri: "Bu, həll yolu deyil"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” təşəbbüsünə 127 ölkə qoşulub
“Gəncə-Qənnadı” ASC-nin səhmləri satılıb
Netanyahu Müdafiə Şurasını toplayır - Bu axşam İrana hücum variantları müzakirəyə çıxarılacaq
Nazir polkovniki Regional Mühafizə Şöbəsinə rəis göndərib
COP29 prezidenti Baydenin baş müşaviri ilə görüşüb - FOTOLAR
İsrail Livanın daha iki şəhərinə zərbə endirib: 3 nəfər ölüb
Kansler: "Almaniya İsrailə silah tədarükünü dayandırmayacaq"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyə ilə Albaniya arasında yeni sənədlər imzalanıb
Bu rayonlarda güclü külək gözlənilir - SİYAHI