Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-09-2024 [00:01]
Qoç - çətin və qarışıq gündür. Hadisələr gözlənilən istiqamətdə və məcrada inkişaf etmir. Köhnə problemlər yenidən bumeranq kimi qayıdır. Mənəvi cəhətdən hələ hazır olmadığınız qərarı qəbul etməli olacaqsınız. Əhvalınız dəyişə bilər. Gərginliklər və həyəcanlar istisna deyil.
Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Ciddi uğurlara nail ola bilərsiniz. Özünüzü həddən artıq yormayın. Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Ağır işləri təxirə salın.
Buğa - pis gün deyil. Olayları soyuqqanlı və obyektiv dəyərləndirin. Emosiyalara qapılmayın, illüziyalardan qurtulun. Köhnə dostlarla bahəm, yeni tanışların məsləhətlərindən yararlanın. Hətta işə dəxli olmayan təsadüfi ifadə belə irəliləyişdə təkan ola bilər.
Günün ikinci yarısında yeni, genişmiqyaslı və mühüm işə başlamaq olar. Qarşınıza yeni məqsədlər qoyun. Maraqlı hadisələr və xoş tanışlıqlar ola bilər.
Emosiyalarınıza hakim olun. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - tənbəllik və süstlük etməyin. Başladığınız işi nəyin bahasına olursa-olsun, başa vurun. Çətin, amma mühüm işi uğurla sonuclandırın. Maliyyə məsələlərini həll etmək olar. Az və müfəssəl olmayan informasiyadan da bəhrələnin.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək. Əhvalınızın pisləşməsi istisna deyil. Narahat olmayın. Köhnə dostlarla ünsiyyət pozitiv emosiyalar bəxş edəcək.
Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Yaranmış şəraitdən normal faydalanmağa çalışın. Çətin, qarışıq işlərin öhdəsindən gəlmək üçün aktiv olun. Başqalarının bacarmadıqları, qarşısından geri çəkildikləri işi sonuclandırın. Yeni müttəfiqlər olacaq və onlar sizə yardım edəcəklər.
Günün ikinci yarısı dostlar və qohumlarla ünsiyyət, sevdiyiniz insanla görüş üçün əlverişlidir. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin. Yeni tanışlıqlarda tələsməyin. İndi yalnız mənəvi dəstəyə ehtiyac duymayan insanlar da sizə can atırlar.
Şir - ötən həftənin sonlarında yaranan xoşagəlməz işlər və problemlərin fəsadları hələ də aradan qalxmayıb. Orijinal, qeyri-adi ideyalar effektiv ola bilər. Təcrübəli insanların məsləhətləri və formalaşmış ənənələrə zidd çıxmağa risk etmək olar. Riski zəruri sayırsınızsa, konkret addım atmazdan əvvəl yaxşıca düşünün.
Günün ikinci yarısı ünsiyyət və müzakirələr üçün pis deyil. İşgüzar və ya romantik məcralı qəfil təkliflər ola bilər. Axşam saatlarında normal istirahət edin.
Qız - uzunmüddətli layihələrə xüsusi diqqət yetirin. Şəxsi münasibətlərdəki sərinliyi və ya yol verilmiş səhvi aradan qaldırın. Ciddi yanlışlıqlara yol verməyin.
Addımlarınızı və qərarlarınızı təhlil edin, mühüm işlərdə tələskənliyə yol verməyin. Ən yaxşı nəticəyə nail olmaq üçün nə etməyin gərəkdiyini anlayın. Günün ikinci yarısında aktiv və enerjili olun. Kəmhövsələlik edirsinizsə, səfərə yollanın. Səyahət uğurlu olmaqla yanaşı, pozitiv emosiyalar bəxş edəcək. Yeni tanışlıq sonradan faydalı ola bilər.
Tərəzi - işdə mümkün qədər ehtiyatlı olun. Bu gün yol verilən səhvlərin fəsadları hələ uzun müddət sizin üçün önəmli işlərə təsir edə bilər. İşdə həmkarlarınız və rəhbərliklə münasibətləri normallaşdırın. Maliyyə baxımından əlverişli gündür.
Günün ikinci yarısında gəlir əldə etməyiniz mümkündür. Əvvəllər gördüyünüz işə görə ödəniş və ya pul alacaqsınız.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Romantik təmaslar üçün pis zaman deyil. Sevdiyiniz insanla ünsiyyətdə qayğıkeş olun. Dəyər verdiyiniz insanları sevindirin.
Əqrəb - günün ilk yarısı uğurlu olacaq. Bir zamanlar yardım etdiyiniz insanlar sizinlə təmas quracaqlar. Onlarla tərəfdaşlıqdan faydalanmaq olar. Danışıqlar məhsuldar keçəcək. Peşəkar fəaliyyətlə bağlı maraqlı, qeyri-adi təklif ala bilərsiniz.
Günün ikinci yarısında müzakirə və ya diskussiyanı təxirə salmayın. Çalışdığınız insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Müzakirələri təxirə salmayın.
Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də müəyyən çətinliklər istisna deyil. Sadəcə, sakit olun. Baş verənlərə emosional reaksiyanız nə qədər az olarsa, problemlərin öhdəsindən bir o qədər tez gələcəksiniz.
Oxatan - emosional fon əlverişli deyil. Ruhdan düşməyin, bədbinləşməyin. Yaşanan olayları, cərəyan edən prosesləri diqqətlə müşahidə edin. Durumu anlamağa çalışın. Sizə təsir edən hadisənin mahiyyətini anlamağa cəhd göstərin.
Problemlərin həllinə yaradıcı yanaşma pozitiv olmağa yardım edəcək
Günün ikinci yarısında ünsiyyət zamanı diqqətli olun. Sərt iradlar və kəskin tənqid zamanı deyil. Yaxın ətrafınızdakı insanlardan birinin xətrinə dəyə bilərsiniz. Güclü və zəif yönlərinizə bələd olan insanla çalışın. Yeni tanışlarla təmaslar zamanı aradakı məsafəni pozmayın.
Oğlaq - nöqsanlardan xali olmayan gündür. Lakin yaxşı məqamlar da var. Qeyri-adi situasiyada özünüzü göstərin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlarla bahəm, nüfuzlu şəxsin rəğbətini qazanmağa çalışın. Çətinliyə düşmüş insana yardım edin və bunun müqabilində mükafat, minnətdarlıq gözləməyin.
Günün ikinci yarısında yaradıcı yanaşma tələb etməyən rutin və cari işləri qulaqardına vurmayın. Yeni, maraqlı işlə məşğul olmaq istəyirsiniz. Bu, yalnız yaxınlarınızdan birinin məişət qayğılarının həllində sizə yardımçı olacağı təqdirdə mümkündür.
Dolça - bütün diqqəti işə yönəldin. Fikriniz dağınıq olmasa, önəmli saydığınız işlərdə nailiyyət əldə etmək üçün sayıq olun. Dəvət aldığınız tədbirə qatılın. Peşəkar maraq və fəaliyyət sahənizi bölüşən insanlarla aktiv təmasda olun.
Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət adi günlərdən fərqli olaraq daha sərin alınacaq. Yaxın ətrafınızdakı insanlar öz işləri ilə məşğuldur. Qarşılıqlı anlaşmaya zərbə vurmayın.
Ailə üzvlərinə daha çox diqqət ayırın. Son günlər yaşanan olayları qulaqardına vurmayın.
Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Lakin kiçik problemlərin miqyasını böyütsəniz, özünüz üçün yeni çətinliklər yaradacaqsınız. Əsas məsələni ikinci dərəcəli işlərdən ayırın. Bütün diqqəti mühüm işə yönəldin. Bütün yeniliklər və dəyişikliklər işlərdə irəliləyişlərlə sonuclana bilər.
Günün ikinci yarısında ailədə ixtilaf yarana bilər. Emosiyalarınıza nəzarət etsəniz, münaqişəyə yol verməyəcəksiniz. Önəmli qərarları tələsik qəbul etməyin. Planlarınız və niyyətləriniz barədə kimsəyə danışmayın. Şəxsi münasibətlərdə hər addımı düşünərək atın.
Milli.Az
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir
Xocavənd şəhəri və kəndinə ilk köç karvanı yola salınıb
Sabah hava necə olacaq? - Proqnoz
Mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı ratifikasiya olunub
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək - Dəyişiklik
Zahid Oruc Milli Məclisdə: "Emin Hüseynov insan haqlarının vəziyyətini soruşur, Mehriban xanım isə..."
Sumqayıtda şəhidlə vida mərasimi olub
Prezident İlham Əliyevin ABŞ-a səfəri başa çatıb
Şəhid Rafiq Hüseynovla vida mərasimi keçirilib
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
Venesuelada siyasi məhbuslar həbsdən buraxıldı
Daha 9 azərbaycanlı Almaniyadan geri qəbul edilib
"Real Madrid" Dezire Dueni transfer edir