Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-08-2024 [00:02]
Qoç - peşəkar fəaliyyət sahəsində problemlər yarana bilər. Çətinliklər ciddidir. Təslim olmayın, geri çəkilməyin. Əhvalınız pisləşə bilər. Bədbinləşməyin, işlərə marağınız itməsin. Başladığınız işi yarımçıq qoymaq çox pis olardı. Əzmli və inadkar olun, şəraitə boyun əyməyin.
Günün ikinci yarısında dostların və tanışların sizləri dəstəkləməsi müsbət haldır. Bu dəstək sözdə deyil. Müraciət edən kimi real yardım alacaqsınız. Zərərli vərdişlərdən əl çəkməyə başlayın.
Axşam saatları normal istirahət üçün münasibdir.
Buğa - günün ilk yarısında aktiv çalışın. Süstlük və tənbəllik etməyin. Səy göstərməli, çox işləməlisiniz. Dayanmayın. Mürəkkəb işi başa çatdırmaq zamanıdır. Həmin prosesi bitəndən sonra bir qədər dincəlmək, mükafat və ya ödəniş almaq olar.
Günün ikinci yarısı pis keçməyəcək. Uğurlu təsadüflər, xoş tanışlıqlar və maraqlı görüşlər istisna deyil. Dəvət aldığınız tədbirə axşam saatlarında yollanın. Niyyətlərinizdən birini gerçəkləşdirməkdə sizə kömək edəcək insanla qarşılaşacaqsınız.
Əkizlər - günün ilk yarısında çətin və müşkül işlər az olmayacaq. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri zəifləyəcək. Ruhdan düşməyin, daha aktiv olun. Yeni işlərə başlamaq olar. Amma çox ehtiyatlı olun, tələsməyin. Nüfuzlu şəxslər, həmkarlardan və ya dostlardan birindən yardım istəmək olar.
Günün ikinci yarısında maliyyə problemlərini həll eləməyə çalışmayın. Alış-verişdə bədxərclik etməyin. Uzaq yola çıxmaq məsləhət deyil. İşlərinizi yaxşı planlaşdırın.
Xərçəng - məntiqli, soyuqqanlı, ehtiyatlı olun. Təxribatlara uymayın, fırıldaqları gerçək kimi qəbul etməyin. Rəqib və ya düşmənlərdən biri ilə açıq qarşıdurmaya başlamaq zamanı deyil. Belə toqquşmadan yayının, kölgəyə çəkilin. İnanın - heç nə itirməyəcəksiniz.
Günün ikinci yarısında sevdiyiniz insana maksimum diqqət ayırın. Belə davranışınız münasibətlərinizə çox yaxşı təsir edəcək. Axşam saatlarında romantik görüşə yollana bilərsiniz.
Təşəbbüskar olun.
Şir - mühüm işləri günün ilk yarısında həll etməyə çalışın. Məqsədə aparan yolda qarşınızı kəsən problemləri həll edə bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək. Arzuladığınız nəticələri əldə edəcəksiniz.
Sənədlərlə işləyəndə ehtiyatlı olun, səhvlərə yol verməyin. Maliyyə məsələlərinin çözümündə sərvaxt davranın.
Günün ikinci yarısı daha mürəkkəb olacaq. Mürəkkəb texnika, kəskin alətlər və bahalı avadanlıqla çalışanda sayıq olun.
Ailə üzvləri ilə münasibətlərdə anlaşılmazlıqlar yarana bilər.
Problemlər az sonra həllini tapacaq, amma əhvalınız pisləşəcək.
Qız - yaxşı gündür. İşgüzar intuisiyanız kəskin olsun. Sərfəli anlaşma və sövdələşmələr istisna deyil. Əməkdaşlıq perspektivdir. Alış-veriş uğurlu alınacaq.
Günün ikinci yarısında yenilikləri əxz etmək, faydalı biliklər əxz etmək olar.
Ünsiyyətdə xoş olmayan insandan belə, gərəkli bilgi və informasiya almaqdan çəkinməyin. Kiçik problemlər istisna deyil və onların səbəbkarı sizsiniz. Yaşananlara həddən ziyadə kəskin reaksiya verməyin. Yaxınlarınız sizə bir qədər dincəlməyi, əsəbləşməməyi məsləhət görürlər. Onların dediklərini qulaqardına vurmayın.
Tərəzi - çətin, qarışıq, mürəkkəb gündür. Məqsədə çatmaq üçün səy göstərmək gərəkdir. Tədbirli davranın. Şübhəli, etibar etmədiyiniz insanın yardımlarından boyun qaçırın. Çətin olsa da, bütün problemləri təkbaşına, müstəqil şəkildə həll edə bilərsiniz.
Günün ikinci yarısında qənaətcil olun. Planlaşdırılmamış xərclərə yol verməyin. Yaxınlarınızın dediklərinə qulaq asın. Məsləhətlər bəzən sərt səslənsə də, onları qulaqardına vurmayın. Bu gün maraqlarınızı ümumi mənafeyə qurban vermək zərurəti yarana bilər. Qərarınıza təəssüflənməyəcəksiniz.
Əqrəb - ehtiyatlı və sərvaxt olun, mənasız risk etməyin. Zərurət olmadan tələsik davranmayın. Minimum səylərlə ciddi uğura nail olacağınızı düşünməyin. Unutmayın ki, tələsən təndirə düşür. Tamahın qurbanı olmayın.
Gəlirləri artırmaq, uğura nail olmaq istəyirsinizsə, daha çox çalışın.
Ödəniş və mükafat az olmayacaq.
Günün ikinci yarısında emosional fon əlverişlidir. Yaxşı əhval-ruhiyyədə olun, yanınızdakı insanların bədbinləşməsinə imkan verməyin. Axşam saatlarında dostlarla ünsiyyət, yaddaqalan macəra və ya əyləncə ola bilər.
Oxatan - günün ilk yarısı mürəkkəb və önəmli işin görülməsi üçün əlverişlidir. Taleyin hökmü ilə razılaşın. Eyi zamanda, fatumla kor-koranə razılaşmayın. Çətinliklərlə mübarizə aparın. Nüfuzlu insanla qarşıdurma istisna deyil. Bütün müşküllərə rəğmən irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında alış-veriş etmək olar. Bədxərcliyə yol verməyin. Müsbət təmayüllərin təsiri artacaq. Məqsədə doğru aparan yolda çətinliklər və sədlər yaranmayacaq. Yaxınlarınızın problemi ilə həll olmaq olar. Çətin vəziyyətə düşmüş insana yardım edin.
Oğlaq - günün ilk yarısında maksimum dərəcədə ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclüdür. Səslənən təklifə şirniklənməyin, tamah qurbanı olmayın. İşgüzar səfərlərə yollanmaq məsləhət deyil.
Günün ikinci yarısında evdən uzaqda işgüzar danışıqlar aparmaq olar.
Müsbət təmayüllərin təsiri güclənəcək. Çətinliklərin sayı azalmasa da, inad və qətiyyət sayəsində məqsədə çata bilərsiniz. Diqqətli və zəhmətkeş olun. Vaxtınızı hədər yerə sərf etməyin. Belədə yaxın ətrafınızdakı insanlarla müqayisədə daha çox işlər görə bilərsiniz.
Dolça - tələskənliyə yol verməyin. Günün ilk yarısı önəmli işlər və ciddi qərarlar üçün münasib zamandır. Daha maraqlı işlər saatlar keçəndən sonra başlanacaq.
Uzun zamandan bəri aradığınız məlumatı alacaqsınız.
Sizə yardım etmək niyyətində olan insanla günün ikinci yarısında qarşılaşacaqsınız. Peşəkar fəaliyyət müstəvisində son vaxtlar yaranmış problemi həll etməyin yollarını arayarkən süst olmayın.
Axşam saatlarında pozitiv emosiyalar bol olacaq. Maraqlı məşğuliyyət tapın, qeyri-adi insanla görüşün. Yaradıcılıq potensialının səviyyəsi az deyil. İdeyalarınızın yaxşı, eksperimentlərin uğurlu olmasına çalışın.
Balıqlar - başladığınız işləri yarımçıq qoymayın. Bir qədər əvvəl startı verilən layihəni unutmayın. Həmkarlar, dostlar və tanışlar sizə yardım edəcəklər. Dəstək və kömək üçün müraciətə ehtiyac yoxdur. Alış-veriş etmək olar. Məişət və ofis texnikası almaq üçün əlverişli zamandır.
Günün ikinci yarısında fəaliyyət üçün gərəkli avadanlığı əldə etməyi unutmayın.
İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Peşəkar fəaliyyət müstəvisində mübahisələr və ixtilaflar istisna deyil. İmkan varsa, mühüm məsələlərlə bağlı qərarı ertələyin. Bu barədə bir neçə gün sonra düşünmək olar Ailədə problemlər olmayacaq. Çətinliklər yaranarsa, ailə üzvləri ilə birlikdə çalışın.
Milli.Az
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"