Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-08-2024 [00:02]
Qoç - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Ancaq saatlar keçdikcə problemlərin sayı artacaq. Kiçik anlaşılmazlıqlar və çətinliklər istisna deyil. Problemləri ürəyinizə salmayın. Belə olarsa, yaxın ətrafınızdakı insanlarla müqayisədə sədləri daha tez dəf edə bilərsiniz.
Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. İşgüzar münasibətləri romantik təmaslara çevirməyin. Səfər və ya köç üçün əlverişli zamandır. Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Buğa - uğurlar və qələbələr önəmlidir. Amma işlərin gedişatına aldanaraq kiçik problemlər və nöqsanları qulaqardına vurmayın. Diqqətli olun. Sərvaxt davransanız, bir sıra çətinliklərin qarşısını ala bilərsiniz.
Yaşamın bu çətin, ağır dönəmində ruhdan düşməyin. Yaman günün ömrünə az qalıb.
Günün ikinci yarısı yeni tanışlarla təmaslar üçün əlverişlidir. Onlardan dəyərli məlumat və faydalı məsləhətlər ala bilərsiniz. Alış-veriş uğurlu olacaq. Yalnız zərurət duyduğunuz nəsnələri alın.
Əkizlər - qarışıq gündür və işlər asan deyil. Amma məqsədə aparan yolda dəfn edilməsi mümkünsüz sədlər, maneələr yaranmayacaq. Sadəcə, irəliləyiş adi günlərlə müqayisədə bir qədər zəif olacaq. Şərtlərə üsyan etməyin. Situasiyadan öz maraqlarınız üçün yararlanmağa çalışın.
Günün ikinci yarısı yeni taktika ilə strategiyanı düşünmək, planları reallaşdırmaq üçün pis deyil.
Yaşam potensialının səviyyəsi azalacaq. Özünüzü qoruyun. Rasiona fikir verin, sağlam qidalanın. Belədə səhhətinizdə problemlərdən qurtula bilərsiniz.
Məişət kimyası ilə ehtiyatlı olun. Allergik reaksiya ehtimalı yüksəkdir.
Xərçəng - soyuqqanlı olun. Təmkin və məntiq bu gün ən yaxşı dostlarınız olmalıdır. Dürüst qərarları tapmaq çətin deyil. Situasiyanı aydınlaşdırın, nə zaman hansı addım atmağın gərəkdiyini müəyyənləşdirin. Yalnız məntiqinizə güvənin. Yaxın ətrafınızdakı insanların məsləhətləri o qədər də yaxşı deyil.
Günün ikinci yarısında şəxsi həyatınızda müəyyən dəyişikliklərə başlamaq olar. Tələskənliyə yol verməyin. Yeniliklər mərhələlərlə olmalıdır. Qərarlarınızı açıqlayanda kəmhövsələlik etməyin. Şəxsi münasibətləri aydınlaşdırmaq istəyini təxirə salın.
Dəqiq fəaliyyət planınız olmalıdır.
Şir - günün ilk yarısı laübəli, qarışıq olacaq. Rəqiblərlə bədxahlar adi günlərdən fərqli olaraq indi daha aktiv, daha aqresivdirlər. Onlar sizə pislik etməyə, işlərinizə pəl vurmağa çalışırlar. Tələlərdən yan keçin. Belə əməllər səy və vaxt tələb etdiyindən işlərinizdə gecikmələr ola bilər.
Günün ikinci yarısı daha sakit, münasib olacaq. Əvvəllər başladığınız işləri bitirin. Planlarınızı daha da konkretləşdirin və onları həyata keçirin. Təyin olunmuş görüşləri unutmayın.
Axşam saatlarında normal istirahət edin.
Qız - müsbət təmayüllərin təsiri çoxdur. Gün pis deyil. İşlərinizdə əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz. Həmişə sizə mane olmağa çalışan insanlar bu gün bir qədər passiv olduqlarından yaxşı şanslar yaranıb. İşgüzar danışıqlar, tanışlıqlar, habelə potensial sifarişçilərlə görüş üçün münasib zamandır.
Günün ikinci yarısında pozitiv olun. Yaxın ətrafınızdakı insanları da bədbinliyə qapılmağa qoymayın.
Qəfil etiraf və ya dəvət ola bilər.
Tərəzi - mənasız hisslər, əssassız təlaş və emosional gərginlikdən qorunsanız, gün pis alınmayacaq. Buna nail olmaq üçün ilk əvvəl təmas və ünsiyyət çevrənizi bir qədər məhdudlaşdırın. Qalmaqal yaradan, davakar insanlardan uzaq olun. Təmkinli, soyuqqanlı davranın.
Günün ikinci yarısında yaşananları emosional dəyərləndirməyin. Obyektiv olun. Hadisələr başlanacaq fəlakət və ya həyat dramının ilkin mərhələsi deyil. Hansısa iş alınmayanda təşvişə qapılmayın. Hər şey yaxşı olacaq.
Əqrəb - intensiv və məhsuldar yaradıcılıq axtarışları zamanıdır. Aktiv olun. Ən adi, rutin və cari məsələlərin həllində süst davranmayın. Ağır situasiyalarda uğur qazanmağa çalışın. Yeni layihəyə başlamaq üçün münasib zamandır.
Sizə inanan və bel bağlayan insanlara dürüst yol göstərməyə can atın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Təşəbbüskar olun, geri çəkilməyin. Yeni tanışlıqlar istisna deyil. Çalışdığınız insanların rəğbətini qazanın.
Axşam saatlarını özünüzə həsr edin.
Oxatan - hadisələrlə zəngin gündür. Yaşanan olayları tez-tələsik dəyərləndirməyin. Məntiqli və soyuqqanlı olun. Yaxın gələcəklə bağlı planlar qurun. Daha sonra isə həmin planları konkretləşdirin və real işlərə başlayın.
Situasiya hadisələrdən asılı olaraq bəzi düzəlişlər tələb edəcək.
Günün ikinci yarısında bilin ki, yeniliklər və dəyişikliklər həmişə pis deyil.
Sadəcə, şərtlərin fərqli hal ala biləcəyini ehtiva edin.
Axşam saatlarına yaxın qeyri-adi, maraqlı insanlarla yaddaqalan ünsiyyət olacaq. Romantik macəra istisna deyil. Fəqət belə təmaslar ciddi münasibətlərin təməli olmayacaq. Səfərə yollanmaq olar.
Oğlaq - insanlar və hadisələrlə bağlı tələsik, düşünülməmiş qərar verməyin. Detalları daha diqqətlə, təfərrüatlı şəkildə təhlil edin. Əks təqdirdə səhvlərə yol verəcəksiniz.
Günün ikinci yarısında yanlışlıq olarsa, bunu etiraf edin. Onsuz da, ağır olan situasiyanı daha da çətinləşdirməyin.
Problemləri tələsmədən, ağılla həll edin. Diqqətli və sayıq olun. Məşğul olduğunuz işə laqeyd yanaşmayın. Yaşlı qohumlarla fikir ayrılıqları və münaqişələr istisna deyil. Bəzi məsləhətlər o qədər də xoş deyil.
Dolça - günün ilk yarısı çox əlverişlidir. Peşəkar fəaliyyət sahəsində uğur qazana bilərsiniz. İşdə həmkarlarla münasibətləri yaxşılaşdırmaq şansları var. Yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz. Bu yaxınlara qədər bədxahlarınız və rəqiblərinizin yanında olan insan sizə yardım edəcək.
Günün ikinci yarısında situasiyanı aydınlaşdıran insanlar sizi dəstəkləyəcəklər.
Axşam saatlarına yaxın problemlər və xoşagəlməz hadisələr ola bilər. Onlar ailə münasibətlərinə, romantik təmaslara mənfi təsir edəcəklər. Əhvalınız korlanacaq.
Balıqlar - bəzi hadisələr gözləntilərinizin əksinə ola bilər. Ümumiyyətlə isə, gün o qədər də pis deyil. Şəraitdəki dəyişikliklərə sürətlə uyğunlaşmağı bacarın. Situasiyadan tez baş çıxarın. Yaxın ətrafınızdakı insanlar davranışınızı bəyənməyə bilərlər. Onlar sizdən əvvəlcədən seçilmiş davranış modelinə riayət etməsini istəyirlər.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizi korlamayın. Onları sevindirməyə çalışın.
Axşam saatları ailəvi istirahət, birgə əyləncə üçün yararlıdır. İşlər çox olsa da, yorğunluq hiss etməyəcəksiniz. Yaşam tonusunuzun səviyyəsi yüksəkdir.
Milli.Az
Hakan Fidan Lavrovla müzakirə aparıb
Fransanın məşhur manyakları: Biri 299 uşaq zorlayıb, digəri isə arvadını 50 kişiyə “sevdirib”
Trampdan Netanyahuya xəbərdarlıq: “İranla nüvə danışıqlarını pozacaq addımlar atma” - "Tehranla anlaşacağımızı düşünürəm"
Lavrovdan Rusiya-Ukrayna danışıqlarının növbəti raundu haqda açıqlama: "Qarşı tərəfə İstanbulda görüşməyi təklif etdik"
9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb - VİDEOLAR
Ərdoğan Azərbaycandan geri dönüb
3 qardaşa qarşı Hindistan-İran-Ermənistan ittifaqı - Zəngəzur dəhlizi niyə hədəf alınır? (TƏHLİL)
Prezidentlər əllərindəki buğda ilə hansı mesajı verdi? - TƏHLİL
Laçında taixi görüş - Üç ölkə lideri bir araya gəldi, mühüm mesalar verildi (VİDEO, FOTOLAR)
Tramp İlham Əliyevə məktub göndərib: "İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni..."
Azərbaycan və Türkiyə prezidentləri Laçında təkbətək görüşüb - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Canlı oxuya bilməyən müğənniyə 70-80 min manatı kim verib? - VİDEO
""Oyunun qaydaları” niyə oyunun ortasında dəyişdi?" - Ekspert Emin Əmrullayevdən izahat istəyir
Mehriban Əliyeva: "Uca Tanrı Vətənimizi qorusun!"
Azərbaycan nefti bir dollardan çox ucuzlaşdı
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İngiltərə kralı: "Kanada Kanada olaraq qalacaq"
Arda Turan Ukrayna komandası ilə anlaşdı - "Xoş gəldin" (FOTO)
Azərbaycan millisi 1/4 finala vəsiqə qazanıb
"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR
Gökhan Gönül istefaya göndərildi
19 minə “BMW 740 Li... - Hərrac keçirilib
Məleykə Abbaszadə əleyhinə yazan ekspertləri ələ saldı, ard-arda cavablar gəldi - "Budur ədalətli imtahan?"
Premyer Liqa: 2025/2026 mövsümünün start tarixi müəyyənləşib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank iki günlük məzənnəni açıqladı
Deputatlar bu tarixdə toplanır: 10 məsələ müzakirə olunacaq
Nigeriyada silahlı insident: 20 nəfər ölüb, xeyli yaralı var
Xala oğlu, yeznə və... - DSMF-dəki təyinatlarla bağlı şok iddia yayıldı, qurum isə...
Trampın miqrasiya və gömrük tarifi siyasəti turizm sahəsini zərbə altında qoyub - "Təşviş yaranıb"
Bu rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
"Sən mütləq general olacaqsan" - İlham Əliyevin sakinlərlə maraqlı söhbəti + FOTOLAR (YENİLƏNİB)
Lavrov: "Bu məsələdə Türkiyə ilə mövqeyimiz ortaqdır"
Zaxarova: "Bu savaş müasir dövrün ən utancverici hadisəsidir"
Rusiya XİN: "Ukraynaya öz şərtlərimizi tezliklə göndərəcəyik"
Prezident İlham Əliyev Laçında - FOTOLAR (YENİLƏNİB)
NAZİR QƏBUL OLUNMAYAN DİSTANT TƏHSİLƏ NİYƏ QAÇIB? - Diplom tanınacaqmı? + Rəsmi açıqlama
Prezident "Laçın” İstirahət Kompleksinin açılışında - FOTOLAR
Türkiyədə İŞİD və FETÖ-yə qarşı növbəti əməliyyat: saxlanılanlar var
Ərdoğan Laçına gəlir