"Telegram"ın yaradıcısının həbsi: Pavel Durovdan Azərbaycana qarşı istifadə edilə bilər? - Elbəyi Həsənli yazır
25-08-2024 [17:22]
Elbəyi HƏSƏNLİ
***
Telegram proqramının yaradıcısı kimi tanınan rusəsilli Fransa vətəndaşı (2021) Pavel Durovun həbsi ilə bağlı Qərb mətbuatında gedən məlumatları nəzərdən keçirdim. İstisnasız olaraq hər yerdə vurğulanır ki, Teleqramın rəhbəri Azərbaycandan qayıdarkən “Le Burje” hava limanında Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
Amerikalı milyarder İlon Mask “FreePavel” həştəqi ilə Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib. Bu isə o deməkdir ki, Qərb jurnalistləri bu həbsə ən yüksək səviyyədə etiraz edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “ 2018-ci ildə “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “Sərhədsiz Reportyorlar”, “Jurnalistləri Müdafiə Komitəsi” və başqaları da daxil olmaqla 26 QHT-dən ibarət qrup Rusiya məhkəməsinin “Telegram”ı bloklamaq qərarını pisləyib”.
Mariya Zaxarova dolayısı ilə onu vurğulayıb ki, o vaxt Pavel Durova görə etiraz edən və Qərbin maraqlarının ifadəçisi kimi çıxış edən təşkilatlardan indi səsi çıxmır.
Rusiya ilə Pavel Durov arasında niyə problem yaşanıb?
Çünki Rusiya totalitar ölkədir və Telegramda senzura tətbiq etməyə çalışırdı. Məsələn, Məlumdur ki, 2011-ci ilin dekabrında FSB Pavel Durova Telegramda beş icmanın fəaliyyətinin dayandırlmasını və iki görüşün qarşısını almağı təklif edib. Durov bundan imtina etdi. Bundan sonra o, Sankt-Peterburq prokurorluğuna izahat vermək üçün çağırılıb. 2013-ci ildə isə Kiyevdə Avromeydan başladı. Eyni adlı qrupun Telegramda fəaliyyətini izləmək üçün FSB məxfi materiallara giriş tələb etdi. Pavel Durov təzyiqlərə baş əysəydi Telegram ciddi itkilərlə üzləşəcəkdi. O, bunu etmədi...
Rusiyanın Telegramı təqib etməsi məntiqlidir. Ancaq özünü demokratiyanın keşikçisi elan etmiş Fransanın Telegrama qarşı hücuma keçməsi xeyli suallar yaradır. Azərbaycanın bu həbsdə adının hallanması əlbəttə, təsadüfi deyil. Düşünün ki, Bakıda səfərdə olan Vladimir Putin qalıb qıraqda, Azərbaycanın adını xüsusi ilə qabardırlar. Fransanın xüsusi xidmət orqanlarının Pavel Durovu Azərbaycana casusluq etməkdə ittiham etməsi də gözləniləndi.
Bu arada onu da qeyd edim ki, cənab Durov hələ də Rusiya vətəndaşıdır. Ona görə də Rusiyanın rəsmi orqanları bu həbslə bağlı proseslərə müvafiq olaraq müdaxilə etmək imkanına malikdir.
“Telegram Facebook, YouTube, WhatsApp, Instagram, TikTok və Wechat-dan sonra əsas sosial media platformalarından biri kimi tanınır”. BBC Telegramın beynəlxalq nüfuzu haqqında belə yazır.
Pavel Valeryeviç Durov 10 oktyabr 1984-cü ildə Leninqrad-Sankt-Peterburqda anadan olub. Onun atası rus, anası isə ukraynalıdır. Telegram Messenger-in həmtəsisçisi və baş icraçı direktoru (CEO) olan rus əsilli Fransa və Birləşmiş Ərəb Əmirliklərində sahibkarı kimi fəaliyyət göstərir.
Durov 2023-cü ildə 11,5 milyard dollar sərvəti ilə Forbes Milyarderlər Siyahısına daxil edilib. Onun sərvəti əsasən Telegram-a sahib olması ilə bağlıdır. Hal-hazırda Durov Forbes-ə görə 15,5 milyard dollar sərvəti ilə dünyanın 120-ci ən varlı adamıdır. 2022-ci ildə o, Forbes tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin ən zəngin mühaciri kimi tanınıb. 2023-cü ilin fevralında “Arabian Business” onu Dubayın ən nüfuzlu sahibkarı adlandırıb.
O, 2006-cı ildə Rusiyada məşhur olan Vkontakte.ru şəbəkəsini yaratdı. 2008-ci ildə 10 milyon nəfərin istifadəçisi vardı. Elə həmin il o, rəqib Odnoklassniki arxada qoydu...
Məşhur “politico.eu” saytı yazır ki, onun həbsi Fransa Gömrük Departamentinə daxil olan Fırıldaqçılarla Mübarizə İdarəsinin müstəntiqləri tərəfindən həyata keçirilib. Son məlumatlara görə, o, Fransanın səlahiyyətli şəxsləri ilə əməkdaşlıqdan imtina etməkdə günahlandırılır.
Fransaya məxsus TF1 və BFM xəbər verir ki, Durovun bazar günü məhkəmə qarşısına çıxarılacağı gözlənilir.
Bu olayda Azərbaycan üçün ən önəmli məqam ondan ibarətdir ki, Fransa Pavel Durovdan Azərbaycana qarşı ifadə ala bilərmi? Düşünmürəm, çünki Pavel Durov həyatı boyu dəfələrlə bu kimi təzyiqlərlə üzləşib. Bu qədər beynəlxalq nüfuzu və maliyyə imkanları olan birisini nəyəsə məcbur etmək o qədər də asan iş deyil...
Məncə, hazırda Azərbaycan olaraq bizi o düşündürməlidir ki, Pavel Durov məsələsindən Fransaya qarşı necə istifadə edə bilərik? Heç şübhəsiz ki, bu situasiyadan yararlanmaq lazımdır.
Pavel Durovun həbsi bir daha onu deməyə əsas verir ki, heç Qərbdə də azad jurnalistləri sevmirlər. Ömrü həbsxanalarda keçən WikiLeaks-in təsisçisi Culian Pol Assanj ABŞ-ın qəzəbindən hələ də qurtula bilmir...
Cənab Durov amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə demişdi: “Mən kimdənsə əmr almaqdansa, azad olmağı üstün tuturam”. Azadlığı üstün tutanları isə hətta Qərbdə də həbs edirlər...
Elə bu məqama işarə edən Rusiya Təhlükəsizlik Şurasının vitse-prezidenti Dmitri Medvedev deyib: "Durov vətəni olmadan yaxşı yaşayan dünya adamı olmaq istədi və ən böyük problemlərinin Rusiyada olduğunu düşündü", lakin "yanlış hesablamaya yol verdi"...
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub