Bakı şəhər Mədəniyyət Baş İdarəsində korrupsiya: yoxlama nələri aşkarladı?
06-08-2024 [14:16]
Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası zamanı bir neçə halda vəsaitin təyinatının dəyişdirilməsi hallarına yol verib.
Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Qeyd olunub ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 2022-2023-cü illərdə ümumilikdə 97 milyon 951 manat vəsait tam olaraq əhatə olunub:
"İdarənin əhatəsində olan 100 müəssisənin 2022-ci ildə 71 %-i, 2023-cü ildə isə 72 %-i gəlirlərin formalaşmasında iştirak edib, daha çox musiqi məktəbləri, eləcə də mədəniyyət evləri büdcədənkənar fəaliyyət göstərib. Bu isə, öz növbəsində, gəlir potensialının tam istifadəsinə şərait yaratmayıb. Dövlət vəsaitlərinin istifadəsi zamanı əvvəlki auditlə müəyyən edilmiş bir sıra nöqsanlar aradan qaldırılsa da, bəzi istiqamətlər üzrə analoji nöqsanlara yol verilib, eləcə də həmin nöqsanların əhatə dairəsi genişlənib.
Belə ki, əməyin ödənişinə dair toplanmış sübutlar əvvəlki audit üzrə müəyyən edilmiş nöqsanların təkrarlandığını göstərir. 2021-ci ildə keçirilmiş nəzarət tədbiri ilə əhatə olunmuş 2019-2020-ci illər və 2021-ci ilin 6 ayı üzrə həmin dövrün bir hissəsinin xüsusi karantin rejiminin tətbiq edildiyi vaxta düşməsi səbəbindən müqayisə 2019-cu ilin nəticələrinə əsaslanmaqla həyata keçirilib. Əməyin ödənişi qruplarının müəyyənləşdirilməsi prosesində mədəniyyət müəssisələrinin fəaliyyətini xaraktərizə edən hesabat göstəricilərinin hüquqi aktlarla müəyyən edilmiş dövr üçün nəzərə alınmaması əməyin ödənişi qrupunun yüksək təyin edilməsi hesabına tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsinə, bununla da vəsaitin artıq istifadəsinə səbəb olub. 10 mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) üzrə ümumilikdə 362 halda cəmi 99,4 min manat əmək haqqı düzgün ödənilməyib, əvvəlki auditin nəticələri ilə müqayisədə 5 MKS üzrə həmin nöqsan cari auditlə müəyyən edilib. Analoji nöqsan digər müəssisələr üzrə də müəyyən olunub, 22 mədəniyyət evi, klub, mərkəz və mədəniyyət sarayı üzrə cəmi 21,7 min manat, 4 teatr, konsert təşkilatları, bədii kollektivlər üzrə 200 min manat, 3 xatirə muzeyi və muzey tipli digər müəssisələr üzrə cəmi 1,3 min manat əmək haqqı düzgün ödənilməyib. Hüquqi aktların tələblərinə əməl olunmaması, başqa sözlə göstəricilərin diqqətə alınması üçün tələb olunan dövrün düzgün müəyyənləşdirilməməsi 1 halda əmək haqqının az ödənilməsi ilə nəticələnib, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi səbəbindən cəmi 12 min manat əmək haqqı az ödənilib. Əməyin ödənişi qruplarının düzgün müəyyən edilməməsi ilə yanaşı, əvvəlki auditdə olduğu kimi, artıq ştatların saxlanılması halları da təkrarlanıb. Belə ki, 10 MKS üzrə müvafiq olaraq cəmi 1 milyon 198,8 min manat, 8 mədəniyyət evi (klub, mərkəz, saray) üzrə 180,1 min manat, ədəbiyyat, xatirə muzeyləri və muzey tipli digər müəssisələrdən 31min manat əmək haqqı hesablanaraq ödənilib"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib
SOYUQ SAVAŞ GERİ DÖNÜR - Çin "Üçüncü Cəbhə”ni yenidən açıb, 15 milyon səfərbər olunub
Azərbaycan – etibarlı tərəfdaş, potensial təhlükə... (TƏHLİL)
Sabunçunun bu ərazilərində işıq olmayacaq
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)