Vəzifədən istefa verən icra Hakimiyyətinin məsul şəxsi elə iddialar açıqladı ki... - "PA rəhbəri ilə görüşəcəyəm..."
05-08-2024 [11:27]
Goranboy Rayon İcra Hakimiyyətində daha bir məsul şəxs istefa verib.
Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənovun istefasından sonra Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Məmmədov da anoloji addım atıb.
Məlumata görə, Ş.Həsənovla N.Məmmədov yaxın dost olublar. Ş.Həsənovun istefasından sonra rayon icra başçısı Məhərrəm Quliyev N.Məmmədovun ərizəsinin üstünü yazaraq, onu da işdən azad edib.
Məsələ ilə bağlı N.Məmmədov Bakupost.az -a açıqlamasında bildirib ki, başçının birinci müavini Seymur Nazarovla aralarında baş verən narazılıq, onun işinə mane olması səbəbindən bu addımı atmağa məcbur olub:
“Mən başçıya məlumat verdim. Ərizə yazanda bildirmişdim ki, mənə qarşı haqsız, ədalətsiz münasibət göstərildiyi üçün vəzifə səlahiyyətlərimi faktiki olaraq yerinə yetirə bilmirəm, xahiş edirəm, tutduğum vəzifədən azad edin. Mənə işləməyə imkan vermirdi. Bu adamın səriştəsizliyi, öz işindən başqa bütün məsələlərə müdaxilə etməsi orada çalışmağımı mümkünsüz etdi. Mən başçıya bu barədə dəfələrlə bildirdim, amma o, heç bir tədbir görmədi”.
N.Məmmədov işdən çıxmağı barədə özü ərizə versə də, işdən azad edilməsinin qanunsuz olduğunu bildirib: “Mən ərizə yazdım, amma başçı təsdiqləmədi. Həmin vaxt stress keçirdim, halım pisləşdi, təcili yardım gəldi və mən bülletənə çıxıb müalicəyə başladım. Başçı mən bülletendə olduğum vaxt işdən çıxarılmağım barədə əmr verib. Bu, qanunsuzdur”.
N.Məmmədov hüquqlarını bərpa etmək üçün ona haqsızlıq edən şəxslərə qarşı mübarizə aparacağını bildirib:
“Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevlə görüşüb Goranboy İH-də nələrin baş verdiyini ona şəxsən söyləyəcəyəm. Ondan sonra da mənim haqqımı tapdalayan adamlara qarşı mübarizəyə başlayacağam. Birinci müavin keçmişi qaranlıq adamdır, onu rayonda insanların və şəxsən icra başçısının hansı adla çağırdığını hamı bilir. Bundan əlavə qolları kəsik-kəsikdir. Ona sual verdim ki, sən əvvəl narkoman olmusan? Cavabı bu oldu ki, mən bura işə gələndə bununla bağlı analizlər vermişəm, tər-təmizəm”.
N.Məmmədov bir neçə gün əvvəl istefa verən Ş.Həsənovla dost olduğunu təsdiqləyib: “Bəli, yaxın dostuq. Bir yerdə oxumuşuq”.
Məsələ ilə bağlı qarşı tərəf – S.Nazarovla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. O, iş telefonunu götürmür, mobil nömrəsi isə bağlıdır.
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb