"Kızılcık Şerbeti" serialına daha iki aktyor cəlb olunub

img

02-08-2024 [14:55]


"Show TV-də yayımlanan "Kızılcık Şerbeti" yeni mövsümə iddialı aktyorlarla başlayacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serialın heyətinə daha iki tanınmış aktyor cəlb edilib.

Məlumata görə,aktyorlar Şebnem Dönmez və Servet Pandur "Kızılcık Şerbeti" serialının rejissorları ilə anlaşıblar: "Şebnem Dönmez serialda "Giray"ın anası "Heves" rolunu, Server Pandur isə "Görkem"in atası "Resul"un evlənəcəyi "Hacı Asude" obrazını canlandıracaq".

Xatırladaq ki, bundan əvvəl aktrisa Şebnem Bozoklu ilə aktyor Fırat Çelik də seriala dəvət alıblar.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA