Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib

img

25-07-2024 [13:50]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ev verilib.

Mia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov açıqlama yayıb.

O bildirib ki, ikiotaqlı, tam təmirli mənzil D.Qasımovaya təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq