ABŞ Məxfi Xidmətinin rəhbəri Trampın işi üzrə ifadə verəcək

img

17-07-2024 [09:32]


ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi Məxfi Xidmətin direktoru Kimberli Çitli 35-ci prezident Donald Trampın mitinqdə məruz qaldığı sui-qəsd cəhdinə görə təhlükəsizlik vəziyyəti ilə bağlı ifadə verməyə çağırmaq niyyətindədir.

Bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

Çitl iyulun 22-də komitə iclasında iştirak edəcəyini təsdiqləsə də, ona çağırış vərəqəsi göndəriləcək. Direktor vəzifəsində olduğu müddətdə yaşanan bu hadisəyə görə Konqresə cavab verməlidir.

Bundan əvvəl ABŞ Məxfi Xidməti sui-qəsd cəhdindən sonra sabiq Prezident Donald Trampın təhlükəsizliyini seçki kampaniyasının sonuna qədər gücləndirib.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA