Şevçenko: "Montella qısa zamanda böyük uğurlara imza atdı, Arda Gülər isə..."

img

17-07-2024 [00:02]


"Arda Gülər gəncdir, amma böyük istedaddır”.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri Ukrayna  Futbol Federasiyasının prezidenti və canlı əfsanəsi Andrey Şevçenko deyib.

O, açıqlamasında Türkiyə Milli Komandası, onun baş məşqçi Vinçenzo Montella və Arda Güləri AVRO-2024-dəki oyuna görə tərifləyib: "Məncə, Montella kifayət qədər yaxşı iş gördü. Düşünürəm ki, AVRO-2024 Türkiyə Milli Komandası üçün uğurludur. Montella kritik anda millini sükanı arxasına keçərək, qısa zamanda böyük uğurlara imza atdı. Digər yandan, Türkiyə yığmasının oyunçusu Arda Gülər gəncdir, ancaq böyük istedaddır. O, ulduz doğulub. Çox dəyərli oyunçudur. Onun hər kəsi heyran edən oyun tərzi və texnikası var".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA