Ağcabədidə narkokuryer tutulub

Ağcabədidə narkokuryer tutulub

CƏMİYYƏT

16.07.2024, 09:13

Ağcabədidə narkokuryer tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.

Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.

O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR