Qarabağ bölgəsində daha 1284,4 hektar ərazi minalardan təmizlənib

img

15-07-2024 [18:04]


Azad olunan ərazilərdə iyulun 8-14-də 68 tank əleyhinə mina, 79 piyada əleyhinə mina, 397 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında qeyd olunub.

Bildirilib ki, 1284,4 hektar ərazi minalardan təmizlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA