Daxili İşlər Nazirliyində Kollegiya iclası: nazir Vilayət Eyvazov yeni tapşırıqlar verdi
GÜNDƏM
12.07.2024, 15:26
İyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, iclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısında cinayətkarlıqla mübarizədə müsbət nəticələrin əldə edildiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə asayişin və təhlükəsizliyin etibarlı təmin olunduğunu, eyni zamanda qarşıda mühüm vəzifələrin durduğunu və onların ətraflı müzakirəsinin, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün əlavə təşkilati tədbirlərin müəyyən edilib həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib.
Qeyd olunub ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 18518 cinayət qeydə alınıb, onların 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2023-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 21,7, mülkiyyət əleyhinə olanlar 11,4, oğurluqlar 38,9, quldurluqlar 10,3, soyğunçuluqlar 41,3, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 3,9 faiz azalıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 90,7 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 246, görülmüş operativ cavab tədbirləri ilə 2314 cinayət açılıb, 4407 hüquqazidd əməlin qarşısı alınıb, axtarışda olan təqsirləndirilən şəxslərin 79 faizi tutulub, 5053 ədəd müxtəlif növ atıcı silah yığılıb və tapılıb.
Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrasının davamlı nəzarətdə olduğu, bu baxımdan mediada qabaqcadan məlumat verilməklə 2764 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb.
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin hesabat dövründə inkişaf etdirildiyini qeyd edib, eyni zamanda profilaktik tədbirlərin, kadr hazırlığı işinin, təhsil və təlim prosesinin təkmilləşdirilməsinin zəruriliyinə diqqət çəkərək müvafiq tapşırıqlar verib.
Vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Narkotiklərlə mübarizənin vəziyyətinə də toxunaraq son illər müvafiq sahədə əldə olunmuş müsbət nəticələrdə vətəndaşların fəal rolunu və mövqeyini yüksək qiymətləndirib, habelə polis-vətəndaş münasibətlərinin effektivliyinin, özünü, daha çox mütəşəkkil qrup və dəstələr tərəfindən törədilən cinayətlərin azalmasında, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasının artım tempində göstərməsindən, xüsusən vətəndaşların günbəgün artan köməkliklərindən məmnunluq ifadə edib.
İnsan haqlarının müdafiəsinə xidmət edən və cəmiyyətə fayda gətirən bu münasibətdən daha böyük gözləntilərin olduğunu vurğulayan nazir davamlı dəstəyə görə hər bir vətəndaşa təşəkkürünü bildirib, eləcə də qarşılıqlı əlaqələrin cəmiyyətdə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması naminə inkişaf etdirilməsi üzrə polisin konkret vəzifələrini müəyyən edib.
Həmçinin, yeniyetmə və gənclərin hüquqazidd hərəkətlərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin müsbət nəticələr verdiyini və onların hüquqazidd əməllərinin dinamikasında nəzərəçarpan azalmanın qeydə alındığını bildirərək dövlətin gələcəyi olan gənclərin bəzi sosial şəbəkə seqmentlərində yayımlanan zərərli informasiyaların təsiri altına düşməməsi, sağlamlığa ziyanlı vərdişlərdən çəkindirilməsi istiqamətində aparılan işlərin səmərəsinin artırılmasını tələb edib.
Ölkədə aparılan antinarkotik təbliğatın gücləndirilməsini, əməliyyat-xidməti fəaliyyətin narkotiklərə olan tələbatın azaldılması məqsədi üzərində qurulmasını, respublikanın təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə və təbliğat tədbirlərində iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, yüksək ixtisaslı pedaqoqların, ictimaiyyətin tanınmış nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tapşırıb.
Çıxışında gənclərin Polis Akademiyasında təhsilə təşviq edilməsi sahəsində son bir neçə ildə tətbiq olunan yenilikləri, xüsusən Elm və Təhsil Nazirliyi ilə birgə yaradılmış işçi qrupun fəaliyyətini dəyərləndirən nazir dövlət səviyyəsində keçirilən imtahanlarda yüksək nəticələr göstərən, polis peşəsini sevən və fiziki hazırlıqlı abituriyentlərin hər tədris dövründə artdığını, bu işin müasir polis əməkdaşının hazırlanmasında əhəmiyyətli rolunu təqdir edib, müvafiq tədbirlərin sistemli və əlaqəli davam etdirilməsi üçün Nazirliyin aidiyyəti qurumlarına lazımi göstərişlər verib.
Prokurorluq orqanları ilə sıx qarşılıqlı əlaqəda həyata keçirilən tədbirlərin də önəmli nəticələr verdiyini, vətəndaşların qanuni mənafelərinin qorunmasına və qanunçuluğun möhkəmlənməsinə xidmət etdiyini, o cümlədən cinayətlərin, onların ağır və xüsusilə ağır növlərinin azaldığını, açılması və istintaqı sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu vurğulayıb.
Eyni zamanda, əvvəllər məhkum olunmuş şəxslər və qrup halında törədilən cinayətlərin azalmasına diqqət çəkərək bu sahədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə görülən işlərin səmərəli nəticələrini yüksək qiymətləndirib.
Yekunda general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, vətəndaşların qanuni mənafelərinin və hüquq qaydasının qorunması sahəsində vəzifələr tam və layiqincə yerinə yetiriləcəkdir.
Dİgər xəbərlər
Bugün, 12:10
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
SON XƏBƏRLƏR
-
Mərkəzi Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu saxlanılıb - Səs yazısı yayılıb
Bugün, 19:53 İDMAN
-
"Beşiktaş" "Kocaelispor" matçına hazırlaşır
Bugün, 19:42 İDMAN
-
"Olimpik Marsel" gənc oyunçusunun müqaviləsini uzadıb
Bugün, 19:24 İDMAN
-
Ferran Torres zədə səbəbindən İspaniya millisindən çıxarılıb
Bugün, 18:52 İDMAN
-
Avropa Trampın təhdidinə boyun əydi: 50 milyon barel dizel ehtiyatını satışa buraxıldı
Bugün, 18:44 İQTİSADİYYAT
-
“Azərbaycanda ictimai səhiyyə: müasir çağırışlar və gələcək hədəflər” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR
Bugün, 18:28 CƏMİYYƏT
-
Qana milli komandası baş məşqçisi ilə yollarını ayırdı
Bugün, 18:17 İDMAN
-
"Türkiyə gözəli" indi Qocalar evində yaşayır: "Kaş ki, o günlər olaydı..." - FOTOLAR
Bugün, 18:09 MƏDƏNİYYƏT
-
"Musa Musayev DSK sədridir, o, partiyada necə vəzifə tuta bilərdi ki? - Sabiq deputatla bağlı yayılan xəbər yalan çıxdı
Bugün, 18:01 SİYASƏT
-
122 metr hündürlüyündə saray saldı: helikopter dayanacağı və... - Ancaq köçmədən üzərinə həbs qoyuldu + FOTOLAR
Bugün, 17:49 DÜNYA
-
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
Bugün, 17:47 SİYASƏT
-
Siqaret qaçaqmalçılığında təqsirləndirilən şəxslər ev dustaqlığına buraxılıb
Bugün, 17:45 KRİMİNAL
-
82 yaşlı Hacıbala Abutalıbov suallardan qaçdı - VİDEO
Bugün, 17:24 SİYASƏT
-
Sahibkarlar və şirkətlər üçün KSM üzrə seminarlar başa çatıb - Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb (FOTOLAR)
Bugün, 17:09 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İlham Əliyevin yeni mesajlarından çıxan nəticələr... - TƏHLİL
Bugün, 16:53 SİYASƏT
-
Vasif Talıbov və keçmiş deputatlara etimad göstərilmədi - YAP-ın İdarə Heyəti və Təftiş Komissiyasının yeni tərkibi bəlli oldu + SİYAHI
Bugün, 16:49 SİYASƏT
-
SAHİL BABAYEVİN I MÜAVNİ YENİ VƏZİFƏYƏ SEÇİLDİ
Bugün, 16:45 İQTİSADİYYAT
-
Xocalı Soyqırımı Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
Bugün, 16:19 MƏDƏNİYYƏT
-
Bölgələrə yağış yağır
Bugün, 16:15 GÜNDƏM
-
PREZİDENT YAP-ın QURULTAYINDA SƏRT MESAJLAR VERDİ: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - "Özümüzü ideoloji təxribatlardan qorumalıyıq" + FOTOLAR (YENİLƏNİR)
Bugün, 16:03 GÜNDƏM
-
"Aqrar sahə haqqında" layihədə nələr olacaq? - Prezident İlham Əliyevin təşəbbüsü ilə fəsil, 28 maddədən ibarət qanun hazırlanıb (YENİLƏNİB)
Bugün, 15:57 İQTİSADİYYAT
-
Prorektor vəzifədən çıxarıldı, yerinə professor gətirildi
Bugün, 15:46 CƏMİYYƏT
-
Fərid Nadirov müşavir təyin olundu
Bugün, 15:33 İQTİSADİYYAT
-
Sabiq nazir "Şöhrət" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bugün, 15:31 GÜNDƏM
-
İran İraqı iki ölkə arasında uçuşları bərpa etməyə çağırdı
Bugün, 15:14 DÜNYA
-
Deputat: "Pensiyalarn növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək"
Bugün, 15:06 İQTİSADİYYAT
-
"Öz sidiyimizi içdik, ağac qabığı yedik" - Əsir götürülmüş rus əsgərləri elə etiraflar elədi ki...
Bugün, 14:49 GÜNDƏM
-
PUTİN "ƏN GÜCLÜ SİLAHLAR BİZDƏDİR" DEDİ, QƏRBİ TƏHDİD ETDİ: "Əgər hücum etsəniz, dərhal sizi çox ağır şəkildə vuracağıq"
Bugün, 14:25 GÜNDƏM
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
Bugün, 14:19 PRESS
-
Mərkəzi Bankın Baş direktor vəzifəsinə təyinat olub
Bugün, 14:06 İQTİSADİYYAT
-
Marneulidə 13 yaşlı azərbaycanlı əkiz uşaq doğub - Cinayət işi açıldı
Bugün, 13:57 CƏMİYYƏT
-
Sumqayıtda məktəbdə şagirdlər zəhərlənib - AÇIQLAMALAR (YENİLƏNİB)
Bugün, 13:37 CƏMİYYƏT
-
Qaxda iki nəfər 7 kq narkotiklə tutulub
Bugün, 13:29 KRİMİNAL