3 gün əvvəl Zirədə dənizdə üç yeniyetmə boğulub - Cəsədləri bu gün tapılıb (Yenilənib)

img

13-07-2024 [11:35]


İyulun 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin – 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun cəsədi bu gün - 13 iyulda səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Mia.az FHN-ə istinadla bildrir ki, batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub: "Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edir".

***

İyulu 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfər dənizdə batıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR