"Azərbaycan Dəmir Yolları" QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı - Qərar
12-07-2024 [09:03]
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması barədə qərar qəbul edib.
Mia.az demokrat.az-a istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC qanunsuz əldə edilmiş mənfəəti dövlət büdcəsinə qaytarmalıdır.
"Alliance Logistics" MMC və "Caspian Rail" MMC "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı seçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər.
Konteyner daşımaları bazarında özəl şirkətlərlə yanaşı "Azərbaycan Dəmir Yolları" QSC özünün törəmə şirkətləri olan "ADY Ekspress" MMC və "ADY Konteyner" MMC fəaliyyət göstərir və "Azərbaycan Dəmir Yolları" QSC bu törəmə şirkətlərə tətbiq olunan güzəştli və xüsusi tarifləri digər özəl ekspeditorlara tətbiq etməkdən imtina edir.
"Təbii inhisarlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4-cü bəndin əsasən magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrinə aid edilir.
Buna görə də, "Azərbaycan Dəmir Yolları" magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.07.2013-cü il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"na daxil edilib.
"Azərbaycan Dəmir Yolları" QSC təbii inhisar subyekti olaraq təbii inhisar fəaliyyətinə aid olan xidmətlərdən istifadə etmək istəyən bütün subyektlərə bərabər şərait yaratmalı və bazarda bütün iştirakçılara bərabər təminatlar verməlidir. Ancaq "Azərbaycan Dəmir Yolları" QSC-nin əsas öhdəliyi magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı ilə əlaqədar özəl sahibkarlıq subyektlərinin bu obyektlərdən istifadə etməsinə rahat şərait yaratmaq, habelə beynəlxalq daşımaların artrırlmasına ehtiyac olduğu zamanda fəaliyyəti beynəlxalq daşımalarla bağlı olan sahibkarlıq subyektlərinə mümkün ola biləcək hər bir dəstək verməkdən ibarət olduğu halda, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən özəl sahibkarlıq subyektlərinin fəaliyyətinə müxtəlif maneələr yaradır, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən “ADY Konteyner” MMC-yə güzəştli və xüsusi tariflər tətbiq edir. Nəticədə, "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisələrinin bazar payı və dövriyyəsi artır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi qərarlar qəbul edilib.
Qərara əsasən, "Azərbaycan Dəmir Yolları" QSC sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına və bununla da "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəliri "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödəməlidir.
Bu yeganə qanunsuz əldə edilmiş mənfəət deyil. Eləcə də "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən sahə inhisarçılığına yol verilərək rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradıldığına və bununla da "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəlir "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödənilməsi də nəzərdə tutulub.
"Azərbaycan Dəmir Yolları" QSC-yə işə baxılmasının nəticələri üzrə "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinin pozulması hallarının aradan qaldırılması, subyektiv əsaslara söykənən səbəblərə görə imtinaların verilməsi hallarının dayandırılması, imtina edilməsi zamanı səbəblərin açıq-aydın göstərilməsi, güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi, güzəştlər tətbiq olunan zaman ekspeditorlar arasında rəqabət prinsipləri qorunmaq şərti ilə bütün təsərrüfat subyektlərinə şamil edilməsi, ekspeditorlar arasında bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin təmin edilməsi, habelə ekspeditor fəaliyyəti göstərən şirkətlər arasında ayrı-seçkiliyə yol verilməməsi və bütün sadalananlar sayəsində qanunsuz əldə edilmiş mənfəətin dövlət büdcəsinə ödənilməsi diqqətə çatdırılıb.
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabah hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu