Universitetlərə müsabiqədənkənar qəbul olmaq istəyənlərə xəbərdarlıq - DİM açıqlama yaydı
08-07-2024 [14:44]
Dövlət İmtahan Mərkəzi beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə müraciət edib.
Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);
- Yüksək yerləşdirmə (Advanced Placement).
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər iyulun 10-dan 25-dək aşağıdakı sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər:
1. “Abituriyentin elektron ərizəsi” nin surəti;
2. Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini, həmçinin həmin sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.
Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.
IB diplomu üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabları vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər. Bununla yanaşı, həmin abituriyentlər öz şəxsi kod nömrələrini (IB Personal Code) [email protected] elektron poçtuna göndərməlidirlər.Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.
Bu abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almış olmalıdırlar.
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunmuşdur:
- Beynəlxalq Bakalavriat Diplom Proqramı; - Ödənişli əsaslarla qəbul üçün - 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə - 30) - Dövlət sifarişi əsasında qəbul üçün - 35;
- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); - Ödənişli əsaslarla qəbul üçün - C - Dövlət sifarişi əsasında qəbul üçün - B;
- Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). - Ödənişli əsaslarla qəbul üçün - 3 - Dövlət sifarişi əsasında qəbul üçün - 4.
“Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu (DT altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupu (TC altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.
Təl-Əvivə atılan 3 raket 194 bölgıədə "həyəcan siqnalı" yaratdı
Bosniya və Herseqovina vətəndaşları üçün viza rejimi birtərəfli qaydada ləğv olunub
Netanyahu: "Bunu açıq deyirəm: Livanın hər yerini vuracağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısının sabiq birinci müavini 800 min dollara restoran alıb
Sumqayıtda küçədə naməlum kişi meyiti aşkarlanıb
Məmmədli kəndi: qədim yurdun yeni problemləri - FOTOLAR
Sahibə Qafarova iranlı spikerlə görüşdü - Nələr müzakirə edilib?
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Peskovdan Moldova ilə bağlı açıqlama: "İttihamları rədd edirik"
Rəsmi Moskva: "Nüvə silahlarının azaldılması mümkün deyil"
Livanda yaşayış binasına raket atılıb - 18 nəfər həyatını itirib
Qəzzada daha 21 nəfər həlak olub
İran Prezidenti Şahin Mustafayevi qəbul edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Sumqayıt” komandasına kim rəhbərlik edəcək?
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - Fotolar
Dövlət Su Ehtiyatları Agentliyinə əlavə səlahiyyət verildi - Fərman
ONLAR MƏHKƏMƏ HAKİMİ VƏ SƏDRİ TƏYİN OLUNDU - Sərəncam
İcra başçısı ilə qadın müğənni toyda belə oynadı - VİDEO
Samir Abasov "Nefçi"nin baş məşqçisi oldu (Yenilənib)
Deputatlara köməkçilər təyin olunub
Bakıda məşhur şadlıq evində müğənni bıçaqlanıb
Qarabağ zonasında daha 1198.7 hektar ərazi minalardan təmizlənib
Yağışlı hava neçə gün davam edəcək? - Açıqlama
Qalib ölkənin üzü qara yığması... - Anar Cəfərsoy yazır
Azərbaycan döyüş təyyarələri hərəkətləndi - Təlimdə + VİDEO
İsraildən Qaçqın Düşərgəsinə növbəti hücum: ölənlər var
Azərbaycana 330 min manatlıq siqaret keçirilməsinə cəhd olub - DSX-dən əməliyyat + FOTOLAR
Ali Attestasiya Komissiyasının verdiyi diplomların çoxu saxtadır, bir də səninki..." - Deputatla partiya sədri canlı yayımda "atışdı" (VİDEO)
Kəmaləddin Heydərov Tibb Xidmətinə yeni rəis təyin edib
Qazaxda mina partladı - 23 yaşlı şəxs yaralanıb (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
47 xarici tələbə Azərbaycanda pulsuz təhsil alacaq
Şirvan Kimya-Biologiya Təmayüllü Liseydə intizamsızlıq... - Valideyn var ki, övladına mühafizə tutub"
Bakıda iki yaşlı qadını aldadan 20 yaşlı şəxs tutulub
İslandiya millisinin baş məşqçisi Türkiyə ilə oyundan danışdı: "Hər iki tərəf üçün eyni şərtlər olacaq''
Mərkəzi Bankın bu maşınları açıq hərraca çıxarılıb - SİYHI
İşçilərin Ezamiyyə Qaydaları təsdiqləndi - Dəyişiklik
Çin alimləri yeni "sirli virus" aşkarlayıblar
Polisə müqavimət göstərən şəxs saxlanılıb