Qısamüddətli geomaqnit qasırğası gözlənilir

img

28-06-2024 [17:20]


Qısamüddətli geomaqnit qasırğası gözlənilir.

Mia.az Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasına istinadla bildirir ki, hazırda Günəş aktivliyi aşağı səviyyədədir, bir neçə oblastda Yerə, demək olar, təsiri olmayan C sinif alışmalar olub: "Günəşin diskinin cənub-qərb kənarında 27 iyun tarixində tac kütlə atılması müşahidə olunub. İyulun 1-də gecə saatlarında bunun Yerə zəif təsiri proqnozlaşdırılır".

Vurğulanıb ki, geomaqnit sahə ümumiyyətlə sakit səviyyədə olacaq, iyunun 28-29-da qeyri-stabil hala keçəcək, iyunun 30-dan sakit səviyyəyə qayıdacaq: "Geomaqnit aktivliyi göstərən Kp əmsalı iyunun 29-da sübh saatlarıda 3-4,8 intervalında dəyişəcək, saat 10.00-dan sonra isə 1,5-2,5 intervalında stabilləşəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR