AVRO-2024: Türkiyə millisi darmadağın oldu

img

22-06-2024 [22:09]


Bu gün AVRO-2024-də Türkiyə millisi Portuqaliya ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, türkiyəli futbolçular gözləniləndən çox zəif çıxış ediblər.

Portuqlaiya millisi 21-ci dəqiqədə Bernardu Silvanın qolu ilə hesabı açıb - 0:1.

29-cu dəqiqədə isə Samet Akaydın avoqola imza atıb - 0:2.

56-cı dəqiqədə portuqlaiyalı Brunu Fernandeş oyunda hesaba son nöqtəni qoyub - 0:3.

Bu qələbə ilə Portuqaliya yığması 6 xalla 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə, Gürcüstan və Çexiya yığmaları isə hərəyə bir xalla 3 və 4-c üyerləri bölüşürlər.

Son turda Türkiyə Çexiya ilə, Portqulaya isə Gürcüstanla oynayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA