Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdən - SON ZƏNG (FOTOLAR)
14-06-2024 [11:21]
Ömrünü təhsilə verib saçlarını bu yolda ağardan qocaman müəllimlər üçün bu dünyanın ən böyük sərvəti yetirmələrinin can sağlığı və uca yerlərdən gələn səs-sədasıdır.
Bu arzularla yaşayan hər bir müəllimin əməyinə verilən ən yaxşı qiymət isə ona göstərilən diqqət, məktəb illərindən yaşadılan dərin hörmət və ədalət tərəzisindən ona düşəni vaxtında ala bilməkdir. Bütün bunlar olduqda isə hələ ilk günlərdən müəllimini addım səslərindən belə tanıyıb həyəcanla onun ayağına qalxan şirin körpələr böyüyəndə müəllimi kimi olmağın, onun bildiklərini bilə bilməyin xəyalları ilə yaşayacaq, ölkəsinə, xalqına vicdanla xidmət edəcəklər.
Kəmalə Yusifova Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin qocaman müəllimlərindəndir. 41 il pedaqoji iş təcrübəsi olan Kəmalə müəllim bu il 20 illik yubileyi böyük təntənə ilə qeyd olunmuş məktəbin fəaliyyətə başlayan ilk günündən burada çalışır. Kəmalə müəllim hər şagirdinin uğuruna ürəkdən sevindiyini, yetirmələri arasında ölkəmizə çox faydalı olan tanınmış insanlar oluğunu fəxrlə qeyd etdi.
Əvvəl çalışdığı Nehrəm məktəblərində və hazırda Heydər Əliyev adına tam orta məktəbdə ümumilikdə, 10-dan artıq ibtidai sinif yetişdirmiş müəllimə şagirdləri arasında Avropa ölkələrində yaşayıb, işləyən tanınmış adamlar, həmçinin ölkəmizdə fəaliyyət göstərən müxtəlif elmi dərəcəli alimlər, məktəb direktorları olduğunu bizimlə bölüşdü.
Hər müəllim günündə onu arayıb-axtaran bu insanların bu ötən onillər ərzində Kəmalə müəllim üçün ən dəyərli əsərlər olduğunu bildirən təcrübəli pedaqoq hazırda dərs dediyi balacalardan Vilayətin, Məhəməddin, Ayşənin, Əbülfəzin, Yusifin, Zəhranın, Lalənin gələcəkdə daha çalışqan olacaqlarına inandığını dedi. Kəmalə müəllim üçün Ulu Öndərın adını daşıyan məktəbdə təhsil alan bu balacaların gələcək uğurlarını da görə bilmək onun üçün ən yaxşı mükafat olacaq.
Məlahət Fərzəliyeva da Heydər Əliyev adına məktəbin ibtidai sinif müəllimlərindəndir. Artıq 20 ildir bu təhsil ocağında fəaliyyət göstərən Məlahət müəllim 35 il pedaqoji təcrübəyə malikdir. Onun üçün də Heydər Əliyev adına məktəbdə çalışmaq, buradan həyata vəsiqə qazanan gəncləri yetişdirmək ən böyük fəxrdir. Müəllim deyir ki, hazırda Vətən müharibəsi şəhidi Raqib Hüseynov adına sinifdə dərs keçdiyi III “B” sinif şagirdlərinə Vətəni sevməyi öyrətmək onun əsas amalıdır. Şagirdlər uca şəhidlərimizin adını daşıyan sinif otaqlarında oxumaqla sanki ikiqat məsuliyyətli olurlar.
Qeyd edək ki, Heydər Əliyev adına məktəbdə belə siniflərin sayı 24 olub, ayrıca olaraq, foyedə Vətən müharibəsi şəhidlərimizin xatirəsinə həsr olunmuş guşə də yaradılıb. Şagirdlərdən Nuray, Nazlı, Zəhra və digər əlaçılar hər dəfə yüksək qiymətlər alanda bu, şəhidmizin anası hörmətli Rəna xanımı da sevindirir və onlar da bununla həmişə qürur duyurlar.
Qeyd edək ki, bu tədris ilində Heydər Əliyev adına tam orta məktəbdən məzun olan 4 sinifdən biri Məlahət müəllimin bir vaxtlar dərs dediy ibtidai sinif buraxılışı olan şagirdləridir. Onların builki uğurlu nəticələri bütün məktəb kollektivi kimi onu da ürəkdən sevindirir. Məlahət müəllim bu il XI sinfi bitirib məzun olan şagirdlərindən Mətin, Asya, Hafiz, Turan, Vəli, Aysu və Ərkinazın gələcəkdə daha böyük uğurlar qazanmasını, daim mübariz, qətiyyətli olmasını və imkan düşəndə də doğma məktəbi unutmamalarını ən gözəl arzularından biri kimi dilə gətirdi.
Biz də bu gözəl arzulara qoşuluruq. Qoy bu son zəng onlar üçün yeni, müstəqil həyata gedən uğurlu yolun başlanğıcı olsun!
Əli CABBAROV
MİA.AZ
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ
BƏƏ İran vətəndaşlarına qadağa qoydu - XƏBƏRDARLIQ
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib - Yanacaq anbarı sıradan çıxarılıb
Bakıda kişi və arvadı dəm qazından ölüb
Azərbaycan neftininin qiyməti 132 dolları ötdü
Məzahir Pənahovun oğlu məhkəmədə uduzub
DÇ-2026: tarixi məğlubiyyət - İtaliya penaltilərlə uduzdu
Tehran, Əhvaz və Kərəcə zərbələr endirilib