Vasif Qafarovun “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı olub - FOTOLAR
12-06-2024 [20:45]
İyunun 11-də Qərbi Azərbaycan İcmasında “Batum konfransında erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi” kitabının təqdimatı keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmada bu cür silsilə tədbirlərin mütəmadi olaraq keçirildiyini deyib.
Bildirilib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışındakı çıxışında İcmanın qarşısında duran vəzifələr barədə geniş məlumat vermişdi. Həmçinin dövlətimizin başçısının tövsiyələri əsasında Qərbi Azərbaycana qayıdış istiqamətində ardıcıl və sistemli iş aparılır. İcma sədri əlavə edib ki, sovet dövründə Azərbaycan həqiqətlərinin öyrənilib nə xalqımıza, nə də dünya ictimaiyyətinə çatdırılmasına imkan verilmirdi. Amma ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximiz və taleyimiz ilə bağlı həqiqətləri öyrəndik və dünyaya yaya bildik.
Sonra Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, yeni elmi dövriyyəyə daxil edilən Türkiyə arxiv sənədləri əsasında yazılan bu kitabda Osmanlı imperiyası ilə Cənubi Qafqaz arasında 1918-ci il mayın 11-dən iyunun 4-dək davam edən Batum konfransında Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələr detallı şəkildə araşdırılıb və tarixi həqiqətlər üzə çıxarılıb. Kitabın elm ictimaiyyəti və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına, Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsinin tarixini öyrənmək və araşdırmaq istəyənlər üçün əsas istinad mənbəyi olacağına əminliyini ifadə edən Xanlar Vəliyev, müəllifin bu monoqrafiyada Prezident İlham Əliyev tərəfindən İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi və Qərbi Azərbaycan ərazisində erməni dövlətinin yaradılması məsələsi ilə bağlı səsləndirilən fikirlərin tarixi həqiqət olduğunu dövrün arxiv sənədləri əsasında sübuta yetirdiyini və elmi cəhətdən əsaslandırdığını da xüsusi olaraq vurğuladı.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, professor Anar İsgəndərli, AMEA-nın Tarix və Etnologiya İnsstitutunun Azərbaycan Respublikası tarixi şöbəsinin müdiri professor Mais Əmrahov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, Türkiyə Cümhuriyyəti Sakarya Universitetinin professoru Enis Şahin və digər natiqlər Vasif Qafarovun bu kitabda bütün tarixi olayları Osmanlı arxiv sənədlərinin dili ilə açıqladığını, geniş və məhsuldar təhlillər aparıb tarixi həqiqətləri tam çılpaqlığı ilə üzə çıxardığını və gəldiyi nəticələri elmi cəhətdən tam əsaslandırdığını xüsusi olaraq vurğuladılar.
Daha sonra kitabın müəllifi, tarix elmləri doktoru Vasif Qafarov bu əsərin yazılmasında qarşısına qoyduğu məqsədin Batum konfransında (11 may - 4 iyun 1918-ci il) erməni dövlətinin yaradılması və İrəvanın ermənilərə verilməsi məsələsi ilə bağlı gedən müzakirələri və qəbul edilən qərarları dövrün ilkin arxiv sənədləri əsasında detallı şəkildə araşdırıb Qərbi Azərbaycan ərazisində erməni dövlətinin hansı şərtlər əsasında yaradılması ilə bağlı tarixi həqiqətləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd etdi.
Kitabda yer alan hər bir fikir və mülahizənin arxasında konkret olaraq arxiv sənədlərinin dayandığını xüsusi olaraq vurğulayan müəllif, kitabda irəli sürdüyü elmi müddəaları tam əsaslandırdığını və bu məsələdə istənilən müzakirəyə hazır olduğunu açıqladı.
Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisas üzrə təhsil alan tələbə və magistrlər və yaxın keçmişimizin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub.
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib