Deputat: “Müəllimlərin sertifikasiyasında səmimi niyyət yoxdur..." - "İmtahanı keçirənlərin əksəriyyəti savadsızdır"
12-06-2024 [18:54]
“Müəllimləri qınamağın tərəfdarı deyiləm. Onları kütləvi şəkildə işdən çıxarmaqla məsələ həll olunmur. Düşünürəm ki, sertifikasiya imtahanının keçirilməsində səmimi niyyət yoxdur, sadəcə yer boşaldırlar”.
Mia.az xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında millət vəkili Fazil Mustafa 4 minə yaxın müəllimin təkrar sertifikasiya imtahanından keçə bilməməsindən danışarkən deyib.
Deputat bildirib ki, müəllimləri tənqid etməzdən öncə sosial şərtləri nəzərə almaq lazımdır: “Müəllimlərin böyük bir qismi ona görə sertifikasiyadan keçə bilmir ki, konkret olaraq hansısa bir sahəyə, prosesə hazırlaşma imkanına sahib deyillər. Çünki sosial şərtlər onları kifayət qədər basqı altında saxlayır.
Yüzlərlə müəllim tanıyıram ki, xəstə uşağı var. Onun sağlamlıq problem ilə məşğul olur. Maddi cəhətdən və vaxt baxımından çətinliyi var. O imtahana necə hazırlaşsın?
İmtahanı keçirənlərin əksəriyyətinin özü savadsızdır. Guya, onlar bu prosesi yaxşı bilirlər? Hansısa bir auditoriyada dərs deyiblər? Təhsilin idarə edilməsində iştirak edən insanları cəmiyyətə tanıtsaz, dəhşətə gələrlər. Sual verərlər ki, bu adamlar təhsil mexanizminin içində necə yer alıblar? Ona görə də qətiyyətlə deyirəm ki, sertifikasiya imtahanının keçirilməsində səmimi niyyət yoxdur. Burada məqsəd müəllimləri işdən çıxarıb, yerlərini boşaltmaqdır.
Saxta diplom, sertifikat verən adamlardan kimi cəzalandırıblar? Bütün dövlət qurumlarında bu cür diplomlarla işə girən minlərlə insan var. Bunlara görə kimsə məsuliyyət daşıyır? Biz fakta görə davranırıq və məsələnin kökünü, keçmişini araşdırmırıq.
Müəllimin həyatı, şəraiti ilə maraqlanmayan bir mexanizm onun bilgisizliyini üzə çıxarıb işdən qovmaqda daha çox maraqlıdır. Bu, bizim pensiyaçılara qarşı edilən addımlara bənzəyir.
Beş-on nəfər saxta pensiya düzəldib deyə minlərlə həqiqi pensiya almalı olan adamları kənarda saxladılar. Bunların hamısı dövlətdən narazı olan insan sayının artmasına gətirb çıxarır”.
Millət vəkilinin sözlərinə görə, müəllimlərə qarşı münasibətdə daha açıq, şəffaf forma seçilməlidir ki, onları məktəbdən uzaqlaşdırmaq asan olmasın.
“Burada mexanizm daha fərqli niyyətli olmalıdır. Müəllimlərdən qat-qat aşağı səviyyədə olan direktorlar atestasiya imtahanı keçirirlər. Halbuki özləri o standarta uyğun gəlmirlər”, -deyə F. Mustafa bildirib.
MİA.AZ
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib