Müjkan Məmmədzadə: "...bu, işlədiyim qurumlarda yüksəlməyimə səbəb olub" - MÜSAHİBƏ
12-06-2024 [18:09]
Müsahibimiz pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan İdman Akademiyasının baş müəllimi Müjkan Məmmədzadədir.
Qısa tanıtma: Bakıda dünyaya gələn Müjkan Məmmədzadə 278 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan İdman Akademiyasına (AİA) qəbul olub və burada həm bakalavr, həm də magistr, daha sonra isə Təhsil Problemləri İnstitutunda fəlsəfə doktoru proqramı üzrə əyani doktoranturada təhsil alıb. 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. M.Məmmədzadə Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi Mərkəzində aparıcı mütəxəssis, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində bölmə müdiri, Xalq Təhsili Muzeyinin Elmi-kütləvi iş şöbəsinin müdiri, Bakı şəhər Mədəniyyət Baş İdarəsində ümumi sektorun müdiri vəzifələrində çalışıb. O müxtəlif vaxtlarda Bakı Turizm Kolleci, Beynəlxalq Kollec, Azərbaycan Beynəlxalq Universiteti, Pedaqoji Universitet və AİA-da müəllim kimi çalışıb. Hazırda AİA-da baş müəllim olan müsahibimiz, 2023-cü ildən bəri bu vəzifədədir.
- Hələ tələbəlik illərinizdən əmək fəaliyyətinə başlamısınız. Yəqin ki, "iki cəbhədə vuruşmaq" çətin idi?
- Tələbə adını qazananda təhsilimi fərqlənmə diplomu ilə bitirməyi, magistr və doktorantura təhsili almağı qarşıma məqsəd qoymuşdum. 2-ci kursda oxuyarkən Nərimanov Rayon Gənclər və İdman İdarəsində əmək fəaliyyətimə başladım. Bundan başqa, təhsil aldığım müəssisənin YAP Gənclər Birliyinin sədri kimi də fəaliyyət göstərirdim. Təbii ki, 19 yaşlı bir gənc üçün təhsillə işi, həmçinin, ictimai fəaliyyəti bir araya sığışdırmaq çox çətin idi. İş rejimimin təhsilimə mane olmaması üçün çox çalışırdım. Məqsədimə çatmaq istəyim və müəllimlərimin dəstəyi ilə çətinliklərin öhdəsindən gələ bildim.
- Əmək fəaliyyətinizə nəzər salsaq, iş ünvanınızı tez-tez dəyişmisiniz. Bunun səbəbi nədir?
- Yeniyetmə ikən özümü bir çox sahələrdə sınamaq istəyim olub. Həmişə işimə sevgi və məsuliyyətlə yanaşmağım, heç bir tapşırıqdan qorxmamağım və təcrübə qazanmaq məqsədim işlədiyim qurumlarda yüksəlməyimə səbəb olub. Həmçinin, yeni tanışlıqlar sayəsində özümü fərqli iş mühitlərində sınamışam. Məhz bu səbəbdən iş ünvanım tez-tez dəyişib.
- Bir neçə ali təhsil ocağında tələbələrə dərs keçmisiniz. Bunlardan ən çətin iş şəraiti hansında idi?
- Qeyd edim ki, pedaqoji fəaliyyətimə də gənc yaşlarımdan başlamışam. Dövlət qurumunda çalışmağıma baxmayaraq, müxtəlif təhsil ocaqlarında dərs də deyirdim. Tələbə auditoriyasından ayrıldıqdan sonra ali məktəbdə müəllim olmaq çox çətindir. Bu çətinliyi dəf etmək üçün özünəinam hissi mütləq olmalıdı. Belə ki, Azərbaycan Beynəlxalq Universitetində işlədiyim zaman qiyabi təhsil alan tələbələrimin məndən yaşca və status baxımından böyük olması əlavə məsuliyyət tələb edirdi. Həmin tələbələrlə ünsiyyət qurmaq, dərsi ələ almaq və başqa məqamlarda zaman-zaman çətinliklər yaşamışam. Xoşbəxtlikdən bu problemlərin öhdəsindən qısa müddətdə gələ bilmişəm.
- Bir çox beynəlxalq və respublika elmi-praktik konfransların iştirakçısısınız. Ən yaddaqalanı hansıdır?
- 100-dən çox beynəlxalq və respublika əhəmiyyətli konfransın iştirakçısı və məruzəçisi olmuşam. Ən yaddaqalanlara gəlincə, birincisi, 2013-cü ilə Naxçıvanda keçirilən beynəlxalq konfransdır ki, orada elmi rəhbərim Hümeyir Əhmədovla tanış olmuşam. İndiyədək qazandığım elmi nailiyyətlərimin səbəbkarlarından biri məhz Hümeyir müəllimdir. Rəhbərimin ilk doktorantı və yeni işıq üzü görən bioqrafiyanın müəllifi olmaq şansı mənə böyük təcrübə qazandırdı. Digər yaddaqalan tədbir isə 2014-cü ildə Eskişəhərdə keçirilən "Türk Dünyası Bilgilər Zirvəsi" konfransı idi ki, orada ölkəmizin nümayəndələri arasında ən gənc iştirakçı mən idim. 52-dən çox ölkənin alimlərinin iştirak etdiyi bu yığıncaqda "Bəxtiyar Vahabzadə Yaradıcılığında Milli İstiqlal" mövzusunda çıxış etmək mənim üçün böyük uğur və qürur idi.
- Ötən il pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almısınız. Bu uğurun karyeranıza nə kimi faydaları var?
- Mənə görə elmi dərəcə almaq özü elə bir karyeradır. Təbii ki, bu məqam beynəlxalq fəaliyyətimdə böyük imkanlar yaradır. Elmi dərəcə aldıqdan sonra İdman Akademiyasında baş müəllim vəzifəsinə yüksəldim. Bir çox xarici konfrans və qurultaylarda təşkilat komitəsinin üzvü olaraq iştirak etdim. İnanıram ki, bu qazancım mənə gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə yardımçı olacaq.
- Təcrübəli müəllim kimi tələbələrinizə uğur qazanmaları üçün hansı məsləhətləri verirdiniz?
- Pedaqoji fəaliyyətimin ilk illərindən çalışmışam ki, tələbələrimlə qarşılıqlı inam əsasında əlaqə qurum. Təəssüf ki, indiki tələbələrin əksəriyyəti məqsədlərinin ardınca getmir. Hər hansı fənni tədris etməyimdən asılı olmayaraq, onlara məsləhətlərimdən birincisi budur ki, qarşılarına hədəf qoysunlar. Onlara həmişə rastlaşacaqları maneələrdən bezmədən, istəklərinin arxasınca getmələrini söyləyirəm. Özümü nümunə kimi göstərərək, heç bir uğurun rahat yolla əldə edilmədiyini, çox çalışmağın və məsuliyyətli olmağın nəticəsinin uğura aparan yol olduğunu onlara aşılamağa çalışıram.
- Yəqin ki, kifayət qədər uğur qazanmış bir pedaqoqun da qarşısına qoyduğu məqsədlər var…
- Əlbəttə, var. Məqsədlərimdən biri elmi fəaliyyətimi davam etdirməkdir. Elmlər doktoru elmi dərəcəsini almaq, professor, akademik səviyyəsinə çatmaq başlıca istəyimdir. Pedaqoji tərəfdən isə tələbələrim ilə fərqli layihələrdə uğur qazanmaq və işğaldan azad olunmuş ərazilərimizdə böyük bir layihədə iştirak etmək istəyirəm. Dövlətimizə, xalqımıza və gənclərimizə yararlı bir layihə həyata keçirmək ən böyük arzularımdan biridir.
Məhəmməd Tağıyev
MİA.AZ
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib