ARTAN XƏRCLƏR, ŞİŞƏN BAKİRLƏR və ya dövlətə yük olan Beynəlxalq Bank rəhbərliyinin fantastik gəlirləri
İQTİSADİYYAT
12.06.2024, 10:03
Bir müddət əvvəl Maliyyə naziri Samir Şərifov parlamentdəki müzakirələr zamanı hökumətin daxili borclanmasının kəskin şəkildə artırılmasını dövlətin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərini alması ilə əlaqələndirdi: “İndi onları bazar qiymətinə uyğun qaytarırıq və nəticədə borc yaranır. Biz də bu borcu daxili dövlət borcunun təkibinə daxil etdik”.
Yəni, sadə dildə desək, dövlət üçün bu bankın “astarı üzündən baha başa gəlib”, Azərbaycan dövləti hələ də ABB-də 2015-ci ildə Cahangir Hacıyevin rəhbərliyi dönəmində üzə çıxan milyardlarla dollarlıq yeyintinin, mənimsəmənin, israfın və s. altını çəkir. Özü də belə görünür ki, hələ bir xeyli müddət də çəkəcək.
Buna baxmayaraq, hökumət sözügedən bankı ayaq üstə saxlamağa müvəffəq oldu və bu gün də ona yaradılan şərait digərlərindən fərqlənir, bankın gəlirliliyi müxtəlif vasitələrlə təmin edilir.

Bu bank qeyd etdiyimiz məlum hadisələrdən sonra dövlət və xalq qarşısında, məcazi mənada desək, bir növ “gözükölgəli” duruma düşdü, nüfuzu, reputasiyası zədələndi. Əlbəttə ki, ABB-nin vaxtilə dövlətə vurduğu ziyana görə bankın indiki rəhbərliyi heç bir məsuliyyət daşımır. Ancaq yenə də dövlətə milyardlarla dollar ziyana başa gələn belə bir bankın başında duranların “dodaq uçuran” şəxsi gəlirlərinə nəzər yetirdikdə, istər-istəməz cavabı açıq qalan suallar yaranır…
Belə ki, mətbuatda dərc edilən məlumatdan aydın olur ki, ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib. Bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib.
Bankdan qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir.

Qeyd edək ki, Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür.
“Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341.4 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308.3 min manat (50 nəfər üzrə) olub” – deyə, məlumatda bildirilir.
Əlbəttə ki, bank rəhbərliyində 54 nəfərin hamısının maaşı eyni deyil və vəzifə ranqına uyğun olaraq dəyişir. Məsələn, həmin 54 nəfərin içində olan sədr müşaviri ilə sədrin özünün maaşı arasında böyük fərq var. Deməli, ortalama gəlir 341 min manatdırsa, bankın idarə heyətindəki 7 nəfərin və 4 baş direktorun gəliri təxminən 500 min manat civarındadır, bəlkə də daha çoxdur.

Azərbaycan kimi kifayət qədər ciddi sosial problemləri, işğaldan azad edilən ərazilərin abadlaşdırılması kimi qlobal xərcləri, nəhayət, minimum əmək haqqının 345 manat (illik gəlir cəmi 4140 manat) olan bir ölkədə dövlət bankının rəhbərliyində oturanların az qala yarım milyon gəlir əldə etməsi qəribə, hətta israfçılıq kimi görünmürmü? Bu, zatən cəmiyyətdə əhalinin gəlir səviyyəsinə görə təbəqələşməsini daha da dərinləşdirmirmi?
Yeri gəlmişkən, bu günlərdə ABB-nin reklam xidmətlərinə çəkdiyi xərclərə dair məlumat yayıldı. Məlum olmuşdu ki, ABB 2023-cü ildə reklama 10 milyon manata yaxın (9 milyon 841 min manat) vəsait xərcləyib. Bu, 2022-ci ilə nisbətən 52,7% və ya 3 milyon 396 min manat çoxdur. Bankın cəmi xərcləri isə 314,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 25,6% çoxdur. Yəni, xərclər ilbəil sürətlə artırılır.

Azərbaycanın reklam bazarının məhdudluğunu, kiçikliyini və buradakı qiymətləri (məsələn, saytlar aylıq 200-300 manata reklam yerləşdirir, televiziyalarda da qiymətlər çox baha deyil) nəzərə alsaq, 10 milyon manat kifayət qədər fantastik rəqəm kimi görünür.
Bir də, görəsən, əvvəlki illərdə bankın reklam sahəsindəki vəziyyəti nə qədər acınacaqlı olub ki, reklam xərclərini birdən-birə 52 faiz(!) artırmağa ehtiyac yaranıb? Bildiyimizə görə, ölkədə inflyasiya, mal və xidmətlərin bahalaşması 52 faizlə müqayisədə qat-qat aşağıdır. Belə olan halda, reklam xərclərinin kəskin şəkildə artması, bahalaşması maraqlı görünür…
Bütün bunlar istər-istəməz bankın fəaliyyətində ən azından yüksək israfçılığa yol verildiyinə dair şübhələr yaradır. Bu şübhələr isə təsadüfi deyil, təəssüf ki, ABB-nin “tarixçəsi” bu baxımdan, yumşaq desək, idealdan çox-çox uzaqdır…
“AzPolitika.info”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mədəniyyət kanalının rəhbəri dəyişdi - Yeni təyinat
Bugün, 18:04 PRESS
-
Xalq şairi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
Bugün, 16:14 MƏDƏNİYYƏT
-
Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO
Bugün, 16:12 ŞOU-BİZNES
-
Bakı Dövlət Universitetinə prorektor təyin olunub - FOTO
Bugün, 15:19 CƏMİYYƏT
-
Ceyhun Sultanov yeni vəzifəyə təyin edildi
Bugün, 15:13 İDMAN
-
"Neftçi" klubu baş məşqçi ilə müqaviləni yeniləyib
Bugün, 13:21 İDMAN
-
Avropa Komissiyasının sədri Azərbaycana gəlir
Bugün, 12:48 GÜNDƏM
-
Azərbaycan nefti bir dollar bahalaşıb
Bugün, 11:02 İQTİSADİYYAT
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb
Bugün, 10:06 GÜNDƏM
-
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib - FOTO
Bugün, 10:05 GÜNDƏM
-
DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...
Bugün, 09:07 İDMAN
-
Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb
Bugün, 00:26 CƏMİYYƏT
-
Şahin Bağırov: "Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq"
Bugün, 00:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
Bugün, 00:01 GÜNDƏM
-
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO
25.06.2026, 23:01 GÜNDƏM
-
Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
25.06.2026, 22:43 İQTİSADİYYAT
-
TƏBİB-in yeni "media patron"u "seçilmiş jurnalistlər"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)
25.06.2026, 22:05 PRESS
-
Hörmüz boğazında yük gəmisi vurulub
25.06.2026, 21:54 DÜNYA
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı oldu
25.06.2026, 20:37 GÜNDƏM
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTOLAR
25.06.2026, 20:08 SİYASƏT
-
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və..." - Hikmət Hacıyev
25.06.2026, 19:05 SİYASƏT
-
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" taktiki-uçuş təlimində - FOTOLAR
25.06.2026, 18:47 GÜNDƏM
-
Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub
25.06.2026, 18:01 CƏMİYYƏT
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
25.06.2026, 17:50 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
25.06.2026, 17:49 GÜNDƏM
-
İstanbulun “göbəyi”ndə rus blogerə sataşdılar - "Gəl, bu gecə qonağım ol"
25.06.2026, 17:38 PRESS
-
Sabah bu yollar yürüşlərə görə müvəqqəti bağlanacaq - SİYAHI
25.06.2026, 17:34 CƏMİYYƏT
-
Ədliyyə naziri deputata qalib gəldi – Təzminat ödəniləcək
25.06.2026, 17:27 DÜNYA
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
25.06.2026, 17:16 GÜNDƏM
-
Elnur Məmmədov Avropa İttifaqının rəsmisi ilə görüşüb - AÇIQLAMA
25.06.2026, 17:09 SİYASƏT
-
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTOLAR
25.06.2026, 17:04 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
25.06.2026, 17:00 İQTİSADİYYAT
-
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
25.06.2026, 16:54 GÜNDƏM