NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: daha mütərəqqi təşkilatlanmaya doğru - Cavadxan Qasımov yazır
07-06-2024 [17:39]
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Naxçıvan Dövlət Universitetinin etibarlı elmi mühitimizin inkişafında, tədris proseslərinin təşkili və idarə olunmasında, milli təhsilimizin daha da mütərəqqi əsaslarla təşəkkülü məsələlərində rolu, önəmi və mövqeyi daha da güclənməkdədir.
Ölkəmizdə daha modern təhsil imkanlarının yaradılması məqsədilə davam etdirilən islahatlar, malik olduğu potensial müstəvisində daha mütərəqqi görünməkdədir. Artıq beş ilə yaxın olmaqdadır ki, ali məktəbin başlatmış olduğu uzunmüddətli strateji xətt, yeni çağırışlara xas olan nəticələrin də əhatəsini genişləndirmiş və səmərəsini daha da yüksəltmişdir. Ali məktəbin qısa müddət ərzində keçmiş olduğu inkişaf yolu, hər bir tələbənin bu gündən sabahına və gələcəyinə istiqamətlənmiş olan çox mühüm perspektivlərinin ifadəsinə çevirlməkdədir. İnkişafın indiki mərhələsində ali məktəbin uğurla reallaşdırmış olduğu tədbirlər, layihələr, ideya və təşəbbüslər cari və gələcək mərhələlər üzrə daha etibarlı tədris, ixtisaslaşma və təhsil imkanlarını daha da gücləndirməkdədir.
Artıq Naxçıvan Dövlət Universitetinin çoxistiqamətli və uzunmüddətli məqsəd və hədəflərində:
- modernləşmənin önündə gedən ali məktəb olaraq daha da təkmilləşmək;
- elmi araşdırmaların aparılması və bu əsasda da, səmərəli nəticələrin əldə olunması sahəsində daha əlçatan potensialın formalaşdırılması;
- tədris proseslərinin keyfiyyətinin yüksəldilməsi və alternativliyin gücləndirilməsi istiqamətində müvafiq təsisatların yaradılması;
- müəllim və tələbə mobilliyinin, eyni zamanda, təcrübəsinin aktual məsələ olaraq, diqqətdə saxlanılması;
- dünya təhsilinə çıxış və dolğun inteqrasiya yolunda qətiyyətlə addımlamaq və digər məsələlərin yerini alması, yaxın, orta və uzaq gələcək üzrə nailiyyətlərin sarsılmaz dayaqlarını da yaratmaqdadır.
Məhz bu əsasda da, son beş ilə yaxın dövrlər üzrə Naxçıvan Dövlət Universitetinin istər bu günlərə qədər, istər hazırda, istərsə də, qarşıdakı mərhələlər üzrə həyata keçirmiş olduğu tədbirlər məqsədyönlüdür, daha yeni səhifələrin açılmasına zəmin yaradır və bütün tərəflərinə görə tələbəyönümlüdür. Daha doğrusu, ali məktəbin bir-birini əvəz edən tədris illərinin tələbələrin ixtisaslaşması və daha savadlı kadrlar olaraq, formalaşması əsasında uğurlarla yekunlaşması sahəsindəki önəmi daha da artmaqdadır.
Naxçıvan Dövlət Universitetinin tələbəyönümlü tədbirlərinin müəyyən olunmasında yaradılmış olan bir sıra imkanlar xüsusi əhəmiyyətliliyinə görə seçilməkdədir.
Bunlar içərisində, digər təminatlarla yanaşı, eyni zamanda:
- ikili diplom layihələrində tələbələrin cəlb olunması və müvafiq ixtisaslar üzrə daha da təkmil təcrübə qazanmalarına dəstək olunması;
- elmi araşdırma və yanaşma tələb edən mövzular üzrə konfanslarda tələbələrin fəal iştirak etmələrinin təmin olunması;
- tanınmış elm adamları və görkəmli dövlət xadimləri ilə görüşlərin keçirilməsi və bu kimi digər tədbirlərin diqqətdə saxlanılması, tələbəyönümlü ali təhsil modelinin olduqca bariz nümunəsi olmaqdadır ki, bunu da, Naxçıvan Dövlət Universiteti, müvəffəqiyyətlə gerçəkləşdirməkdədir.
Naxçıvan Dövlət Universitetinin elmi və pedaqoji həyatında, proseslərində və eyni zamanda, hazırkı mərhələlər üzrə müəyyən etmiş olduğu hədəflərinin daha da əlçatan olmasında olduqca mühüm bir görüş oldu. Bu görüş, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatçısı Əziz Səncər ilə reallaşdı. Görüş, bütünlükdə, hər birimiz üçün olduqca xoş təəssüratlar yaratmış oldu.
Tərəddüd etmədən deyə bilərik ki, bu, sadəcə olaraq, Əziz Səncər kimi böyük elm adamı ilə görüş kimi yadda qalmaqla yanaşı, eyni zamanda da, Nobel mükafatına layiq olan bir dahinin məhz Naxçıvan Dövlət Universitetinə gəlməsi adına çox - çox əlamətdar bir nəticəsir. Buna görə də, bütünlükdə, müasir müstəqillik illərimizin təhsil sahəsində olduqca qürurverici gerçəkliyi məhz bu görüş olacaqdır.
Bu görüş, həm də ona görə əlamətdar oldu ki, universitetimizin hər bir tələbəsi özünü elmi zirvəsində hiss edirdi. Bunu, görüşü ayaq üstə izləyən və iclas zalının qapısından da kənarda Əziz Səncəri dinləyən tələbələrin sevgisindən də bir daha görmək olurdu.
Eyni zamanda, bu görüş, ali məktəbimizin uzunmüddətli hədəflərinə, ölkəmiz üzrə milli təhsilimizin inkişafı naminə müəyyən etmiş olduğu prioritetlərinə və elmin tədrislə vəhdətinin daha faydalı sintezinə yeni nəfəs verdi və onun ən gerçək ifadəsinə çüvrilmiş oldu.
Bir zamanlar, əlçatamaz olan bu nailiyyət, milli liderimiz Heydər Əliyevin müəyyən etmiş olduğu, təhsil, gənclik, inteqrasiya siyasətinin olduqca perspektivli təsdiqidir, görüntüsüdür və davamlı olacaqdır.
Bununla, Naxçıvan Dövlət Universiteti öz tələbələrinə və gələcəkdə tələbəsi olacaq gənclərinə bir daha deyir ki, biz sizin üçün hər bir imkanı yaradırıq və uğur, dünyanın harasında olmasından asılı olmayaraq sizin üçün gətirə bilərik. Təbii olaraq, bu sahədə, gündəlik, hətta hər saatı əhatə edən dövlət qayğısını xüsusilə qeyd etmək olduqca zəruridir.
Bu günlər Naxçıvan Dövlət Universiteti, artıq yeni keyfiyyət mərhələsinin başlanığıcına xas olmaqla, Qərbi Azərbaycanla bağlı olan ikinci festival konqres üçün hazırlıq işlərinə start vermişdir. 2023-cü ildə də birincisi keçirilmiş olan həmin tədbir, çoxistiqamətli elmi araşdırmalar mühitində mümkün oldu. Bəhs etmək olar ki, keçənilki festivalda 300-dən artıq məruzə dinlənilmişdir ki, bunlar da, tarixi keçmişimizə sahiblənməyin, ərazi bütövlüyümüzün təmin olunması ilə, bərqərar olunan suverenliyimizin ən gerçək qürur ifadəsini təşkil etməkdədir. Qarabağa tarixi qayıdışın təmin olunması, artıq əzəli torpaqlarımız olan Qərbi Azərbaycana da qayıdışın olduqca mühüm ifadəsi olaraq, strateji mahiyyətə malik olmaqdadır.
Məhz belə bir vizəyyətdə, Naxçıvan Dövlət Universitetinin Qərbi Azərbaycanla bağlı olan uğurla gerçəkləşdirmiş olduğu festival-konqres bütövlükdə, milli təhsilimizin olduqca mühüm uğuru olaraq əhəmiyyətli olmaqdadır. Bəhs olunduğu kimi, həmin konfransda olunan məruzələr Qərbi Azərbaycanın bütövlükdə, tarixinə, mədəniyyətinə, abidələrinə, folkloruna, yetirmiş olduğu tarixi şəxsiyyətlərinə həsr olunan materiallardan ibarət olan tarixi bir kitab nəşr olunmuşdur.
Bu ildə də, 21-22 iyun tarixlərində Qərbi Azərbaycanla bağlı olan festival-konqresin Batabat yaylağında, Zəngəzur Milli Parkında keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək olar ki, hazırkı festival-konqresin keçirilməsində də, Naxçıvan Dövlət Universitetinin təşkilatçılıq təcrübəsinin, əlaqələndirici tədbirlərinin və səmərəli idarəetməsinin olduqca mühüm təsirlərini görməkdəyik. Dövlətimizin göstərdiyi yüksək qayğı və diqqətin yaratmış olduğu faydalı elmi və ixtisaslaşma mühitinin nəticəsində ali məktəbin təcrübəli rektoru Elbrus İsayevin güclü iradəsi və qətiyyəti ilə bu tədbirlər həyata keçirilməkdədir. Təbii olaraq, bu elmi tədbirlər, tarixi keçmişimizlə müasir inkişaf mərhələlərinin vəhdətindən ibarət olan gerçəkliklərin təmin olunması, elmin və tədrisin düzgün əlaqələndirilməsi baxımından da olduqca əhəmiyyətlidir.
Bu, bir həqiqətdir ki, hələ, 18-21 iyun 2022-ci il tarixlərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilmiş olan I Beynəlxalq Tibbi Forum, Pandemiyanın təsirlərindən müqavimət gücü baxımından dövrünə görə çox mühüm nəticə olmaqdadır. Belə ki, həmin Forum, COVİD-19 pandemiyasının dünyanın 200-dən çox ölkəsini cənginə aldığı bir mərhələdə tibb sahəsi üzrə tanınmış və təsdiq olunan imzaları ilə seçilmiş olan mütəxəssislərin məhz birliyinin təmin olunması baxımından da tarixi əhəmiyyətə malik olmaqdadır. Elə həmin Forumda, tibb elminin mütəxəssisləri tərəfindən dünya miqyaslı təhdiddən müdafiə olunmaq, məhz bir ali məktəbdən – Naxçıvan Dövlət Universitetindən başlanması olduqca böyük əhəmiyyətə malik olması ilə yadda qalmışdır.
Eyni zamanda, nəzərə alsaq ki, həmin Forumun keçirilməsində bütövlükdə, dünyanın 7 ölkəsindən tibb elmi üzrə 350 alimin, həmçinin, elm adamının, bütövlükdə isə, 700-ə yaxın tibb mütəxəssisinin iştirak etməsi təmin olunmuşdur, onda bu halda, ali məktəbimizin bu sahədəki təcrübəsi və təşkilatçılıq keyfiyyətləri ilə yalnız qürur duymaq olar. Ardıcıl tədbirlər müstəvisində universitetimizin reallaşdırmış olduğu Forum tədris prosesləri ilə yanaşı, elmi araşdırmaların da diqqət mərkəzində olmasının əyani sübutudur. Məhz Forum, universitetimizin Tibb ixtisası üzrə müəllim və tələbələrinin qarşıdakı dövrlər üzrə fəaliyyətlərində də yeni başlanğıc olmuşdur.
Beləliklə, müasir dünya təhsili, elmi, araşdırması, ixtisaslaşması, yanaşması, nəzəriyyəsi və təcrübəsi daha dəqiq, daha həssas, daha dolğun bir nəticə tələb etməkdədir. Təbii olaraq, bu tələblə ayaqlaşmaq, həmin çağırışlara səsləşmək və onu addım-addım izləmək üçün məhz olduqca dinamik bir təhsil perspektivlərinə malik olmaq zəruridir. Naxçıvan Dövlət Universitetinin belə bir potensialı isə bu tələblərə, çağırışlara və hədəflərə tamamilə uyğundur, hazırdır və töhvə verməkdədir.
MİA.AZ
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib