Şura üzvü: "Əgər mətbuat sizi tənqid edirsə, əvvəlcə dönüb özünüzə baxın" - "Məmurlar bəzən təhdidlə, bəzən də şantajla dolu şikayət yazır"
07-06-2024 [11:14]
“Bəzi məmurlar, dövlət qurumlarının rəsmiləri elə bilir ki, Mətbuat Şurası cəza maşınıdır. O qafayla da durub bizə şikayətlər göndərirlər...”.
Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Onun sözlərinə görə, bəzən vəzifəli şəxslər şuraya təhdid və şantaj məktubları belə göndərirlər: “Baxırsan, bir şikayət məktubunu doğru-düzgün tərtib edə bilmir, hətta hara müraciət edəcəklərini belə müəyyənləşdirməkdə çətinlik çəkir, amma tənqidçi mediadan narazıdırlar. Göydən zənbillə müxtəlif yüksək vəzifələrə düşmüş bu adamlar anlamır və ya anlamaq istəmir ki, mətbuatın işi elə tənqid etmək, əyər-əskiyi üzə çıxarmaqdır. Yəni əgər mətbuat sizi tənqid edirsə, əvvəlcə dönüb özünüzə baxın. Görün nəyi düz etmirsiniz? Yoxsa götürüb bəzən təhdidlə, bəzən də şantajla dolu şikayət yazır, hələ bizdən hansısa medianı susdurmağı istəyirsiniz. Etməyin.
Biz Mətbuat Şurasında ona görə təmsil olunmuruq ki, jurnalistləri susduraq. Bizim işimiz mediadan narazı olanların narazılığını araşdırmaq, haqlı olduğu təqdirdə yanlışları məhkəmədənkənar yolla düzəltməyə yardımçı olmaqdır. Yəni kimsə düşünməsin ki, bizim əlimizlə hansısa medianı susdurmaq imkanı var. Yoxdur, olmayıb, olan da deyil”.
MİA.AZ
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub