“Bəxtiyar” musiqili komediyası teatrsevərlərə təqdim ediləcək

img

05-06-2024 [17:26]


İyunun 9-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi “Bəxtiyar” musiqili komediyasını növbəti dəfə teatrsevərlərə təqdim edəcək.

Teatrdan Mia.az-a bildirilib ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında hazırlanan tamaşanı teatrın baş rejissoru Cavid İmamverdiyev səhnələşdirib.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizovadır.

Tamaşa füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA