SOCAR-ın keçmiş vitse-prezidentinin oğlu ilə bağlı skandal... - Vəkil və qadın elə şeylər danışdı ki...
29-05-2024 [14:47]
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməkdən yayınması onun özünün əleyhinə çevrilib.
Orxan İsmayılzadənin keçmiş həyat yoldaşı olduğunu bildirən Fidan Abbasova övladı ilə birgə ekspertizanın işində iştirak etsə də, qarşı tərəf ekspertizada iştirak etməyib.
Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a deyib ki, hazırda iki instansiyada iş üzrə məhkəmə çəkişməsi var: “2017-ci ildə Fidan Abbasova Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin məhkəmə qərardad qəbul etməklə iş üzrə icraata xitam verib: “O zaman Fidan Abbasova aldadılıb. Biz həmin qərardadı rəsmi şəkildə əldə edə bilməmişdik. Qərardad bizə çıxarılandan 7 il sonra, 2024-cü ildə verilib. İcraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alandan sonra qərardaddan şikayət verdik. Bildirdik ki, icraata xitam verilməsi Fidan Abbasovanın iradəsi ilə olmayıb, aldadılıb. Məhkəmədən çıxardığı qərardadın ləğvini xahiş etdik. Məhkəmə prosessual müddətin ötürülməsi əsası ilə şikayətimizi geri qaytardı. Prosessual müddətin bərpası ilə məhkəməyə müraciət etdik. Məhkəmə bu dəfə qərardadın 2017-ci ildə çıxarıldığını əsas götürüb şikayətimizi təmin etmədi. Arqumentlərimiz vardı ki, prosessual müddəti ötürməmişik. Ümumiyyətlə, qərardad tərəf olaraq bizə verilməyib. Amma məhkəmə əsas gətirdi ki, qəbzi imzalamışıq. Halbuki, həmin boş qəbzə imza atılmışdı”.
Vəkil bildirib ki, qərardadı zamanında heç bir şəkildə Fidan Abbasovaya təqdim etməyiblər: “Ona görə də bu hallarla bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Apelyasiya instansiyası şikayətimizi araşdırdı və aydınlaşdırdı ki, prosessual müddət üzrlü səbəbdən buraxılıb və bu əsasla da Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadını ləğv etdi. İş yenidən baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərildi”.
Vəkil qarşı tərəfin Xətai Rayon Məhkəməsinə təqdim etdiyi şikayətlə bağlı da açıqlama verib. Bildirib ki, Xətai Rayon Məhkəməsi iş üzrə atalığın müəyyən edilməsi üçün ekspertiza təyin edib: “Bildiyiniz kimi ekspertizanın keçirildiyi ünvan, gün və saatı barədə qarşı tərəfə məlumat verilsə də, ekspertizada iştirak etmədilər. Həmin saatda Fidan Abbasova övladı ilə bərabər ekspertizada oldular. Lakin qarşı tərəf heç bir əsas olmadan ekspertizada iştirak etmədi. Prosessual qanunvericiliklə ekspertizadan keçmə qaydası müəyyən edilib. Tərəf ekspertizada iştirak etmirsə, bu o deməkdir ki, nəticə ilə razıdır. Prosessual Məcəllədə belə nəzərədə tutulur. Ekspertiza tərəflərdən birinin ekspertizaya gəlməməsi səbəbindən baş tutmursa, son olaraq bu məsələyə məhkəmə qərar verir”.

Fidan Abbasova Musavat.com-a bildirib ki, Orxan İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf ləyaqətin və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib. Orxan İsmayılzadə iddiasında Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində xüsusi ittihamı araşdıran hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Fidan Abbasova deyib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib. Orxan Mikayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib.
“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və Orxan İsmayılzadə ekspertizada iştirak etmədi. Halbuki Bakıda idi, elə həmin gün onu restoranda görmüşdüm. Vəkili isə məhkəməyə doğru olmayan məlumat vermişdi ki, guya Orxan Bakıda deyil deyə ekspertizada iştirak etməyib”, – deyə Fidan Abbasova bildirib.
Onun sözlərinə görə, faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.

Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib:
“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Fidan Abbasova deyir ki, hazırda tək ana olaraq qız övladı böyüdür və istəmir ki, övladının atasının kimliyinin qeyd edilməməsi ilə taleyinə ləkə düşsün:
“Axı faktiki olaraq onun atası var. Heç kim bu faktı təkzib edə bilməz və heç kim qanundan üstün deyil. Özüm hərbçi qızıyam və qardaşım da hazırda ön cəbhədə xidmət edir. Orxan İsmayılzadədən istədiyim tək şey mənim həyatımı puç etməsinə baxmayaraq, övladımın atası olması faktını danmasın və övladımın sənədlərində atasının kimliyi yazılsın. Heç bir Azərbaycan qadını, heç bir azərbaycanlı belə hərəkətlərə layiq deyil”.
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib