Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-05-2024 [00:06]
Qoç - günə aktiv başlayın, əsas işləri səhər saatlarında yerinə yetirməyə başlayın.
Ciddi problemlə qarşılaşmamaq üçün ehtiyatlı davranın, sərvaxt olun. Bədxah və rəqib sizin səhv edəcəyiniz anı gözləyir. Emosional olmayın, yaşananlara sərt reaksiya verməyin. Ən çətin vəziyyətdən uğurla çıxmaq olar.
Axşam saatlarında yaxşı istirahət edin.
Buğa - ilk növbədə, şəxsi, ailəvi işləri həll edin. Ev işləri ilə məşğul olun. Ünsiyyət intensiv olmalıdır. Yaxın ətrafınız, qohumlarınız və sevdiyiniz insanlarla ünsiyyətdə səmimi olun.
Tənhalıqda, təkbaşına ciddi işlə məşğul olmaq imkanı yaranıbsa, bu şansı əldən verməyin.
Sakit, rahat şərait və işi seçmək imkanı günün ən gözəl şansıdır.
Axşam saatlarında normal istirahət sizə sonrakı fəaliyyəti dəqiq planlaşdırmağa imkan verəcək.
Yaşanan problemlərdən birinin həlli üçün arayış aparılması, informasiya axtarışı, işi bilən insanlarla məsləhətdə fayda var.
Maraqlandığınız işlə məşğul olun.
Əkizlər - ən müxtəlif sahələrdə aktiv ola bilərsiniz. İdeyalarla bağlı diqqətli olun. Məşğul olduğunuz işi təkmilləşdirmək üçün yeni vasitələr tapın. Əlavə resurslar və əlaqələri aşkarlaya bilərsiniz.
Günün ikinci yarısında evlə bağlı xeyli iş görə bilərsiniz. Bu işlər arasında estetik məzmunu da olan bir problemin həllini tapın. Nəticəyə artıq bu gün sevinə bilərsiniz.
Alış-veriş üçün yaxşı gündür.
Axşam saatlarında əyləncəyə və ya maraqlı tədbirə yollanmaq olar.
Xərçəng - əlverişli və rahat gündür. Başladığınız işlər yaxşı nəticə verə bilər. Hissiyat artır, intuisiya səviyyəsi yüksəlir. Opponentlərlə söhbətlərdə dürüst davranın, həssas olun.
Qəfil görüş, münasibətlərin bərpası, işgüzar əlaqələrin yenidən gündəmə gətirilməsi istisna deyil.
Zahiri şərtlər hadisələrin uğurlu inkişafına təkan verəcək.
Axşam saatları istənilən ev işi üçün uğurludur. Qonaq gələcək. Qayğıya ehtiyacı olan insanları unutmayın.
Şir - cari işlərlə məşğul olun, sakit və təmkinli davranın. Emosiyaların köləsinə çevrilməyin. Diqqəti bir işə yönəldin, güc və diqqəti boş söhbətlərə sərf etməyin.
Real niyyət və konkert planların həyata keçirilməsi üçün yaxşı vaxtdır. Hadisələrin sürətli inkişafına bel bağlamayın. "Tərs" ideyadan qurtulun. Yeni təcrübənin əldə edilməsinə mane olan nəsnələri unudun.
Ailədə münasibətlər vəhdəti ilə fərqlənəcək.
Şəxsi münasibətlər müstəvisində nüansları diqqətdən qaçırmayın, hansısa məsələdə inadkarlıq göstərməyin.
Axşam saatlarında birgə istirahətdə fayda var.
Qız - peşəkar fəaliyyətinizdə işləri qaydaya salın. Gəlir və mənfəət vəd edən işlə məşğul olun, boş vədlərə inanmayın. Ailə qayğıları və qarşılıqlı münasibətlərlə bağlı məsələlər sizi daha çox məşğul edəcək.
Ailə üzvləri ilə birlikdə maraqlı işlərlə məşğul olun. Alış-veriş əlverişlidir.
Yaşam arealınızdakı artıq əşyalar və gərəksiz münasibətlərdən qurtulun.
Qonaq qəbul etmək, valideynlərə baş çəkmək üçün əlverişli gündür.
Yeni tanışların mühitə tez alışmalarına yardım edin.
Tərəzi - qayğıkeş, xeyirxah, səimimi olun. Yaxın ətrafınızdakı insanlardan birinin yaşamında nizam, qayda yaradın. Ailə dəyərləri prioritet olacaq. Münasibətlərdə daha çox diqqət, rahatlıq və təhlükəsizliyin bərqərar olmasına can atın.
İşlərinizin marağını və fəaliyyətinizin mənafeyini düşünün.
Yaşam arealındakı sistemləşdirmə və qayda yaradılması daxili səbatlılığa səbəb olacaq.
Başladığınız işləri rəvan şəkildə, aramla görərək başa vurun. Yarımçıq iş saxlamayın.
Axşam saatlarını sizə əziz insanlarla, yaxınlarınızın çevrəsində keçirin.
Yeni və xoş tanışlıqlar ola bilər.
Əqrəb - gün ərzində yaşanacaq dəyişikliklərlə bağlı intuisiyanıza inanın. Enerjinizi boş işlərə sərf etməyin, mümkün qədər çox faydalı iş görməyə çalışın.
Yaranmış imkanı əldən verməmək üçün məqsədyönlü şəkildə çalışın. Poçt qutularını yoxlayın.
Mövcud narahatlıq və təlaşlarınızla bağlı suallara cavab tapa bilərsiniz.
İşdən savayı, münasibətlər və ev işləri də diqqət, konsentrasiya tələb edir.
Asudə vaxtınızda ünsiyyətdə olun. Yeni təəsüratlar və əsəb sakitliyinə ehtiyacınız var.
Oxatan - yaxşı gündür. Yaxın ətrafınızdakı insanlarla fəal ünsiyyətdə olun. Ən mühüm məsələnin həllinə çalışın, qeyri-müəyyənliyi aradan qaldırın.
Yeni maliyyə perspektivləri istisna deyil. Planın reallaşması istiqamətində aktiv çalışın, irəliyə doğru inamla gedin. Yaxınlarınız üçün nə isə etməyə vaxt tapın. Ailənin qayğıları və istəkləri ilə maraqlanın.
Alış-verişdə zəruri əşyaları və ərzaqları alın.
Yaşam arealınızı qaydaya salın. Şəxsi münasibətlərdə ciddi dəyişikliklər gözləməyin.
Öz işlərinizlə məşğul olun.
Axşam saatlarında yetərincə istirahət edin.
Oğlaq - görüş, danışıq və ya müzakirələr, toplantı, iclas üçün əlverişli vaxtdır. Yeni ideya və planlar arasında perspektivlisi var. Həmin ideyalardan birini elə indi gerçəkləşdirməyə başlayın.
Özünüzə məhdudiyyət qoymayın. Aktiv, təşəbbüskar, qətiyyətli və inadkar olun.
Yeni tanışlıqlar uğurlu olacaq. Səfər və ya səyahətə yorllanmaq olar. İmici dəyişmək barədə düşünün.
Şəxsi münasibətlər müstəvisindəki problemin həllini təxirə salmayın.
Axşam saatlarında romantik olun, bəyəndiyiniz insanların rəğbətini qazanın.
Dolça - güc, enerji və imkanlarınız artır. Cari məsələlərdən birini dərhal həll etməyə başlayın. Alınan informasiya, qəfil görüş və ya tərəfdaşla söhbət mühüm məsələ ilə bağlı fikrinizi dəyişə bilər.
Gələn xəbərlərə, alınan məlumatlara, əməkdaşlıq təkliflərinə diqqətlə yanaşın. Reallıq imkanları və ya praktiklik səviyyəsi aşağı olan məsələlərlə məşğul ola bilərsiniz. Tərəfdaşların reaksiyasına diqqətlə yanaşın. Hərəkətlərinizə fikir verin.
Valideynlərlə ünsiyyət üçün vaxt tapın.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - aktiv olun, təxəyyülünüzü işə salın. Məhsuldar çalışın ki, axşam saatlarında normal istirahət edə bilsiniz.
İnformasiya ilə işləmək, işgüzar yazışma aparmaq, gərəkli zənglər etmək üçün yaxşı gündür. Hansısa məsələnin alternativ həll variantalrını öyrənmək məcburiyyəti yaradacaq xəbər alacaqsınız.
Günün ikinci yarısında ev işləri ilə məşğul olmağı unutmayın. Ailə üzvləri və yaxınlarınızın istəklərini nəzərə alın. Sizin diqqətinizi uzun zaman gözləmiş insanla yetərincə vaxt keçirin. Ehtiyac yaranarsa, evdə təmirə başlayın.
Milli.Az
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq