QAFQAZIN MAŞIN BAZARI (“İmkanlar və problemlər” silsiləsindən)
24-05-2024 [12:31]
Qalib ARİF
***
Dostlar, məni narahat edən bəzi məsələləri oxucularla bölüşmək, öz təkliflərimi vermək istəyirəm.
Bir az cavan, yəni “duza gedən” vaxtlarımda mən bu cür məsələləri mütəmadi olaraq mətbuata çıxarırdım, düşünürdüm ki, kimsə oxuyar, bir tədbir görər. Amma gec də olsa başa düşdüm ki, bizdə heç kim heç kimin kitabını oxumur, oxuyanı da yazının dadı yox, yazanın adı maraqlandırır. Yəni ki, mən milli maraq kəsb edən böyük bir problem qaldırsam da, heç kim ona əhəmiyyət verməyəcək. Amma sıradan olan bir deputat yeraltı keçiddə qarğıdalı satıb millətə “ziyan vuran” uşağı qovmağı tələb edərsə, “millətin qeyrətin çəkən” şəxslər dərhal ora yüyürəcək, uşağı “linç” edəcək...
Məsələ ondadır ki, mən gənc yaşlarımdan yaxşı maşın azarkeşiyəm. Yox, mən maşın allmağın və satmağın azarkeşi deyiləm - buna nə həvəsim, nə də imkanım var. Mən maşın bazarlarını internetdə izləyirəm, Almaniyanın, Amerikanın, Yaponiyanın, Rusiyanın, Gürcüstanın, hətta İranın və Ermənistanın maşın bazarlarına girirəm, baxıram. Hansı maşın harda neçəyədir, hansı maşın dəbdədir, daha çox alınan hansıdır, ən ucuz, ən baha maşın bazarı hardadır və s. Məsələn, Kovidə qədər postsovet məkanında ən çov dəbdə olan krossover BMW X5, sedan isə Toyota Gamry idi. Məlum olduğu kimi, son vaxtlara qədər Qafqazın, az qala bütün postsovet məkanının ən ucuz maşın bazarları Gürcüstanda (Batumidə Avtobazar və Rustavidə Avtopapa) yerləşirdi. Bunun səbəblər çox idi: Avropadan Gürcüstana dəniz yolunun olması, Gürcüstanda monopoliyanın aradan qaldırılması, gömrük rüsumlarının normal olması və s...
Qeyd etmək lazımdır ki, maşın bazarının yaxın olması Azərbaycanda da bir çoxlarının işinə yarayırdı. Məlum maşın dilerləri hətta 100 faizə işləyirdilər. Məsələn, 10 ilin X5-ni Rustavidə 10 min dollara alır, Bakıda 30 minə (10 min də gömrük rüsumuna gedirdi) satırdılar. Qiymətlərin Bakıda bu qədər baha olması sərt monopoliyanın, yüksək gömrük rüsumlarının olmasından və dolların ucuzluğundan irəli gəlirdi. Amma 2014-cü ildə Azərbaycanda dolların iki dəfə bahalaşması ilə bu bazar bağlandı. Eyni zamanda, Gürcüstan avtomobil bazarları da öz cazibəsini itirməyə başladı. Məsələ ondadır ki, gürcü avtomobil dilerləri bütün dünyada ad çıxarmış dələduzlardır. Bunlardan nəinki maşın, hətta təkər də almaq olmaz. Təsəvvür edin ki, gürcülər Avropada çıxdaş olunaraq ikiyə bölünən, Amerikada aylarla su altında qalan (qasırğalar zamanı) avtomobilləri su qiymətinə Gürcüstana gətirir, kosmetik təmir edir və od qiymətinə azəri qardaşlarına satırlar...
Və nəhayət keçək mətləbə, məni narahat edən məsələyə. Gürcüstan bazarlarının öz əhəmiyyətini itirməyi fonunda Ermənistanın avtomobil bazarları bütün postsovet məkanında populyarlaşmaqdadır. Sadəcə olaraq, kovid dövründə müvəqqəti fasilə yaranmışdı. Artıq Rusiyanın maşın dilerləri avtomobilləri Gürcüstandan yox, Ermənistandan gətirməyə üstünlük verirlər. Qeyd etmək lazımdır ki, Moskva - Yerevan təyyarə biletinin qiyməti, hətta Moskva - Tiflisdən də ucuzdur, otellər və motellər də çox sərfəlidir. Erməni avtomobil dilerləri də gürcülərdən fərqli olaraq, daha düzgün adamlardır (yeri gəlmişkən, məhz bu səbəbdən bizim Rusiyadakı soydaşlar gürcülərlə işləmirlər, ermənilərə üstünlük verirlər). Təsəvvür edin, Moskvadan Yerevana gələn rus diller cəmi 200-300 dollar (yol pulu, yer pulu, gömrük pulu və s.) xərcləyərək Yerevandan avtomobili Rusiyaya gətirir, burda da 200-300 dollar xərc çəkərək, gömrükdən keçirir. Bizdə iisə yalnız gömrükdən keçirmək üçün maşının qiyməti qədər rəsmi və qeyri-rəsmi rüsum tələb olunur.
Beləliklə, biz bilərəkdən, ya bilməyərəkdən, Ermənistanın Rusiyanın yeni maşın bazarına çevrilməsinə imkan yaradırıq. Bu isə ildə 10 milyonlarla, gələcəkdə 100 milyonlarla valyuta deməkdir. Mən Yerevanın maşın bazarına İran və Orta Asiya avtomobil dilerlərinin üz tutaçağçını da istisna etmirəm. Axı, ticarət su kimi bir şeydir, harda çökək (oxu: ucuz qiymət) varsa, ora axır. Məni narahat edən də budur: həmin avtomobil bazarını Azərbaycanda yaratmaq olmazmı?! Axı, Ermənistandan fərqli olaraq, Azərbaycandan Rusiyaya birbaşa çıxış var. Azərbaycandan Qazaxıstana və Orta Asiyaya da çıxış var, biz o boyda xərc çəkmişik, Ələt Beynəlxalq dəniz limanını tikmişik…
Hazırda Azərbaycanda Qafqazın maşın bazarının yaradılması üçün bütün infrastruktur imkanları var. Amma bizim təyyarə, otel qiymətlərilə, bizim gömrük “rüsumları” ilə Azərbaycana kim gələr, kim burdan avtomobil almaq, aparmaq istəyər?! Üstəlik Azərbaycandan çıxan, girən, turist gətirən quru yollar da bağlıdır. Məhz bu səbəblərdəndir ki, 2023-cü ildə Ermənistana Azərbaycanda 2 dəfə çox – 3.6 milyon turist gəlib. Gürcüstanda isə bu rəqəm Ermənistandan da 2 dəfə çoxdur. Təsəvvür edirsinizmi, Azərbaycanda 2 dəfə kiçik və 10 dəfə kasıb ölkələrdə?!
Düşünürəm ki, Azərbaycanda həyata keçirilən islahatlar bu sahələri də əhatə etməlidir. Azərbaycanda ilk növbədə quru yollar açılmalı, təyyarə biletləri, otel, motel qiymətləri aşağı salınmalı, gömrük rüsumları azaldılmalıdır. Əks halda, 100 milyonlarla valyuta bizim razılığımızla düşmənin cibinə axacaq...
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub