Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-05-2024 [00:10]
Qoç - Sizi sürprizlə bahəm, tələ də gözləyə bilər. Gözləntilərinizin çox olduğu situasiyalarda diqqətli davranın. Dostlarla görüş, romantik münasibətlər nəzarətdə olmalıdır.
Başqalarının işlərinizə müdaxiləsinə, sizin əvəzinizə danışmasına və ya nə isə etməsinə imkan verməyin.
Evlə bağlı tədbirlərlə ailə üzvləri birləşərək həmrəy olacaqlar. Günün ilk yarısında başladığınız mühüm işi günün ikinci yarısında mütləq başa vurun.
Xaos və dağınıqlığın yaşandığı məkanı qaydaya salın, yaşam arealını kontrolda tutun.
Buğa - Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın.
Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.
Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin.
Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.
Gəlişigözəl sözlərə və vədlərə inanmayın.
Əkizlər - Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq.
Ötən həftədən qalmış işi başa vurun.
Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.
Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur.
Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin.
Xərçəng - Səhər aktivlik nümayiş etdirin, dünəndən yarımçıq qalmış işi təxirə salmadan başa vurun. Özünüz barədə az danışın, başqalarını müzakirə etməyin.
Xəbərlər və informasiya axınını süzgəcdən keçirin. Diqqətinizi işdən yayındıranların felinə uymayın.
Günün ikinci yarısı bir çox işlərdə, xüsusilə də maliyyə və emosional müstəvidə uğur vəd edir.
Xarici görünüşdə yenilik üçün yaxşı vaxtdır. Axşam saatlarında istirahət edin, əylənin.
Şir - Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin.
Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaq.
Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.
Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var.
Qız - Səhər saatlarında işə başlamaq çətindir. Amma süst və tənbəl olmayın, işə başlayın. Önəmli işi günün ikinci yarısında mütləq başa vurun.
Mühüm tədbir, dəyişiklik və ya planı iş yoldaşınız, şərik və ya dostunuzla müzakirə edin. Tənha, təkbaşına qalmamağa çalışın.
Birgə iş effektiv olmaqla yanaşı, daha sürətli alınacaq. İşgüzar və şəxsi münasibətlər uğurlu şəkildə kəsişəcək, yaşamınızı ilhamverici emosiyalarla zənginləşdirəcək.
Maddi məsələlərdə pozitiv irəliləyişlər tərəfdaş və ya işdə rəhbərliyinizlə bağlı ola bilər.
Axşam saatlarında qonaq gedin, ya da qonaq qəbul edin.
Ev şəraitində ünsiyyət daha komfortlu olacaq.
Tərəzi - Uzaqdan gələn xəbər güclü emosional rezonans yaradacaq. Müəyyən əlaqə, təmas və ya münasibətdəki rolunuza yenidən baxmalı olacaqsınız.
Yaşam arealınızın gələcəyə ümidlərinizlə bağlı hissəsində qayda yaranın, yeni alınan informasiyadan bəhrələnin. Sizin üçün önəmli münasibətlərdə səmimi fon yaradın.
Yaxınlarınızın qayğısına qalın. Aktiv araşdırma, tədqiqatlar, toplantılar üçün əlverişli gün deyil.
Şəxsi işləriniz və evlə bağlı qayğıların təminatı ilə məşğul olun.
Təmasları süni şəkildə sürətləndirməyə çalışmayın.
Əqrəb - Dəyişikliklər başlanır, yeniliklər bir-birini əvəzləyir. Fəaliyyət və yaşamın ənənəvi, köhnə çərçivələri artıq darlıq edir. Bütün proseslərə nəzarət etmək mümkün deyil.
Səhər saatlarından etibarən çox iş görməyə çalışmayın. Yaxın ətrafınızdakı insanların davranışlarına fikir verin.
Ən zəif "bənd"i taparaq onun yaratdığı diskomfortun sonuclarını aradan qaldırın. Qohumluq əlaqələri və tanışlıqdan istifadə edin. Faydalı məlumat sizdən yan keçə bilər. Yuxulara yox, real situasiyaya və potensialınıza inanın.
Axşam saatlarında uzaqdan gələn məlumatların sayı artacaq.
Gəzintiyə çıxın. Dostlarla yazışın, zəngləşin. Situasiyadan kənarda qalmayın.
Oxatan - Su indi təhlükə mənbəyinə çevrilə bilər. Mühüm danışıqlar və müzakirələrdə diqqətli olun. Maraqlarınızı tam təmin etməyə çalışın, mənafelərinizi qoruyun.
Planlar dəyişə bilər. Şərtləri nəzərə almaq, situasiyaya tabe olmaq, başqa fəaliyyət sahəsini seçmək məcburiyyəti yarana bilər. İntuisiyanıza etibar edin.
Dəyişkən əhval və maraqlar dumanında qəfil ideya sizin "mayak"ınıza dönə bilər.
Lazımi zamanda lazımlı yerdə olmağa çalışın. İşlərinizi elə görün ki, kimsə müdaxilə cəhdlərində uğur əldə edə bilməsin.
Qətiyyətli, sərt, amma soyuqqanlı olun.
Oğlaq - Günah hissi və ya məcburiyyətlə qarşılaşacaqsınız. Öz maraqlarınızı müvəqqəti unudaraq yaxın ətrafınızdakı insanların mənafelərini düşünün.
Hissiyyat, emosionallıq, yaşamınıza müdaxilə edən insan və ya nəsnə ilə bağlı narahatlıq fikrinizi yayındıra bilər. Ehtiyatlı və təmkinli olun.
Yaşananların mühüm şərtlərini araşdırın, qeyri-müəyyənlik yükündən qurtulun. Asılılıq hissindən qurtulmaq üçün konkret addımlar atın.
Maraqları dəyişmək və ətraf aləmlə qarşılıqlı əlaqə çərçivələrini genişləndirmək üçün əlverişli zamandır. Seçim edin. Üstünlük və itkiləri dəqiq dəyərləndirin.
Dolça - Səhər saatları həmkarlar və şəriklə gərgin mübahisə ilə başlayacaq. Önəmli mövzu ilə bağlı razılaşma əldə olunmayacaq. Cari işlərlə məşğul olmağa çalışın.
Günün ikinci yarısı mübhəm məsələlərin çözülməsində uğur vəd edir. Yaşamınızda yeni intriqa yaranacaq. Əks cinsin təsiri artır. Ailə üzvləriniz və qohumlarınız izafi tələbkarlıq nümayiş etdirirlər. Onların təlaşlarını sakitləşdirin.
Ev işi ailə üzvlərini yeni məqsəd uğrunda birləşdirə bilər. Günün ikinci yarısında bir, amma mühüm işlə məşğul olun.
Səxavətli olun, hədiyyə verin, səmimi davranın.
Balıqlar - Münasibətlər və işlərlə bağlı mövqeləri dəyişmək zamanıdır. İndiyədək diqqətinizi ciddi şəkildə cəlb edən nəsnəyə və ya mövzuya marağın azalması istisna deyil. Yeni maraq obyekti aramağa tələsməyin.
Yaşadığınız kimi yaşayın. Poçt qutusunu yoxlayın. Mövcud hissləriniz və emosiyalarınızla bağlı informasiya ala bilərsiniz.
Ailə üzvləri ilə təmaslar və sizin üçün mühüm əlaqələrdə böyük emosiyalar yaşanacaq.
Axşam saatlarını komfort, rahat şəraitdə keçirin.
Alış-verişdə bədxərclik etməyin.
Milli.Az
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib