İcra başçısından sabiq deputat və deputat oğluna ağır ittiham: "Dedim ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm”
23-05-2024 [17:22]
Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan və Xəzər sahilində yerləşən villanın qapısı daşla hörülüb. Ərazidəki tikililər isə buldozerlə sökülüb.
Keçmiş deputat Hacı Qalib Salahzadə deyib ki, ona məxsus villanın qapısının daşla hörülməsinə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev göstəriş verib.
Ərazidə söküntü işlərinə də icra başçısı şəxsən rəhbərlik edib. Sabiq deputat İcra Başçısını bir sıra hərəkətlərdə suçlayıb. Onun iddiasına görə, Başçı bu hərəkətləri daha yuxarı instansiyaların tapşırığı ilə etdiyini də söyləyib.
Sabunçu Rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev Bilgəhdə baş verənlərlə bağlı Musavat.com-a eksklüziv açıqlama verib. İcra başçısı deyib ki, zəbt olunmuş ərazi qanuna uyğun olaraq qanunsuz tikililərdən təmizlənib:
“Hacı Qalib həmin ərazini də, necə ki, Bilgəhdə onlarla hektarı zəbt etdiyi kimi, zəbt edib. Həmin zəbt etdiyi torpaqlarla bağlı bütün günü də məhkəmələrdə keçir. O ərazi çimərlik ərazisidir və heç zaman da bələdiyyə torpağı da olmayıb. Bu (Hacı Qalibi nəzərdə tutur – E.M), əlində indiyə qədər də bələdiyyə sənədlərini, daha doğrusu möhürünü saxlayıb. Oğlu ( hazırda Əliabbas Salahzadə deputatdır - E.M) da bir zamanlar bələdiyyə sədri, özü də oranın qoçusu olub. Ona görə ona başa saldım ki, bələdiyyə sənədini özün öz adına vermisən. Məni provakasiyaya çəkmək istədi. Deyir ki, ölkə rəhbərliyinin yürütdüyü siyasətə zidd addım atırsan, yürüdülən siyasətə xələl gətirirsən. Dedim ki, Hacı, mən buranı boşaltdıracağam, bura hasar çəkdirəcəyəm. Dedi ki, mən də o hasarı sökdürəcəyəm. O zaman da mən demişəm ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm”.
Adil Vəliyev deyib ki, ərazi dövlət torpağıdır və Dövlət Proqramına əsasən adablaşdırılması nəzərdə tutulur: “Oranı sökməyi mənə Prezident Adminstrasiyasından kimsə deməyib, öz təşəbbüsümlə təmizləmişəm. Ora dövlət torpağıdır, boşaldılmalıdır. O ərazinin yanında da böyük bir ərazini ayrı adamlar zəbt eləmişdilər. Yüz vasitə ilə oraları ələ keçirmək istəyirdilər. Lakin biz buna imkan vermədik. Çünki ora dövlət torpağıdır. Oranın 1 qarışı belə zəbt oluna bilməz. Heç kim də ora müdaxilə edə bilməz. “Amburan”dan Nardarana qədər olan ərazi qəşəng çimərlikdir, xalqın istifadəsindədir. Ona da demişəm ki, Hacı, başa düş, sənin əlində çıxarışın olsa, sənin mülkünə kimsə yaxın gələ bilməz. Oğlu da lazımi ünvanlara zəng vurub, ona da deyiblər ki, rayonun rəhbərinin atdığı addımlar qanun çərçivəsindədir. Hacı Qalib adlar çəkir, amma mənə heç kim zəng etməyib, heç kim də heç nə deməyib. Biz ötən il də o ərazidə abadlıq işləri apardıq, oradakı özbaşına tikililəri sökdük. Bəzilərinə hətta kompensasiya da verdik. Çox təəssüf ki, bu adam qanun nədir, onu başa düşmür. Vaxtilə bələdiyyə sədri olub, icra nümayəndəsi də onun adamları idi. Dövlətin qanunu müqəddəsdir, qanun qarşısında boynumuz qıldan incədir”.
Adil Vəliyev bildirib ki, Hacı Qalib Salahzadə onlarla vətəndaşa heç bir kökü olmayan bələdiyyə sənədləri verib və bu əməlləri İcra Hakimiyyətini vətəndaşlarla üz-üzə qoyur: “Onun işi məhkəmələrdədir. “Şəbəkə” adlı çimərliyi ələ keçirib. 2 hektar 80 sotdur. Haradan alıb bu qədər pulu? Hamısını özünün verdiyi köhnə sənədlərlə ələ keçirib. Həmin ərazi də belə mənimsənilib. Heç bir çıxarışı yoxdur, özünün verdiyi bir bələdiyyə sənədi ilə ərazini zəbt edib. Çıxarışı varsa, gəlsin, gedib ərazidə hasarı da bərpa edərəm, üzr də istəyərəm”.
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib