Partiya sədri: "İqtidar prosesləri sürətləndirə, yaxud ləngidə bilər, amma..." - MÜSAHİBƏ
21-05-2024 [09:42]
Mia.az Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:
– Qüdrət bəy, əksəriyyəti iqtidarın əməkdaşlıqdan imtina etməsi səbəbindən Qərbin trollarına çevrilmiş şəxslərin Müsavat partiyasının yeni siyasi kursuna qarşı çıxması barədə fikirlərinizi bilmək maraqlı olardı…
– Müsavatın sonuncu qurultayında yenidən sədr seçilmiş İsa Qəmbərin konstruktiv mövqe ortaya qoymasının bu cür hücumlara məruz qalması təbiidir. Düz 23 il əvvəl mən deyirdim ki, barışmazlıq ölkəmizdə nə siyasi sistemin, nə də demokratiyanın inkişafına töhfə verməyəcək, ancaq həmin şəxslərə və onların yaxınlarına məhrumiyyətlər yaşadacaq, demokratik inkişaf prosesinə mənfi təsir göstərəcək. Deyirdik ki, bizim konstruktiv mövqeyimizlə yox, siz yersiz radikallığınızla iqtidarı bu günə qədər əldə olunmuş bir çox azadlıqlardan geri çəkilməyə vadar edəcəksiniz. Demokratiya, insan haqları və qanunun aliliyi ilə bağlı çatışmazlıqlar daha çox xalqın inkişaf səviyyəsinə bağlı məsələdir. Buna görə iqtidarın məsuliyyəti olsa da, onu “asıb-kəsmək” heç nə verməyəcək. İqtidarla əməkdaşlıq lazımdı. İqtidarlar prosesləri sürətləndirə, yaxud ləngidə bilər, amma hər şey xalqın iradəsindən və geosiyasi vəziyyətdən asılıdır. O zaman Müsavat qarışıq indi iqtidarın təbliğatçılarına cevrilmiş çoxları bizə daha amansız hücumlar edirdilər. Zaman keçdi, başladılar xalqı qınamağa, bəzən təhqir etməyə ki, xalq niyə bu iqtidara dözür. Biz isə o zaman deyirdik ki, Elçibəy demişkən, zamana ehtiyac var. Xalqı qınamaq yox, onu yeni cəmiyyət quruculuğuna hazırlamaq lazımdı. İnsanlarımız hazır olanda və geosiyasi reallıqlar islahatların ölkəmizin əleyhinə çevrilməyəcəyini şərtləndirəndə, biz inkişafın yeni mərhələsinə keçid edə biləcəyik. Məmnunuq ki, zamanla hamı bizim təqdim etdiyimiz yolun alternativinin olmadığını qəbul edir.
– İsa Qəmbərin partiya sədrliyinə qayıtması iqtidarla razılaşdırılmış bir addıma oxşayır, yoxsa İsa Qəmbər düşünür ki, regionda baş verən geosiyasi dəyişikliklər ölkəmizə təsir edə və ən azı onun deputat seçilməsini şərtləndirə bilər?
– Fərq etməz hansı motivlə konstruktiv mövqe sərgiləməyin zərurətindən danışırlar. İstərdik ki, onlar səmimi olaraq elan etdikləri yolun doğruluğuna inansınlar və bu yola sadiq olsunlar. Dediklərinizin ikisi bir yerdə və ya ayrı-ayrılıqda da ola bilər. Qeyd etmək istəmədiyim başqa ehtimallar da ola bilər. Əgər Müsavatın indiki siyasi kursu demokratiyanın və siyasi sistemin inkişafına töhfə verəcəksə, alqışlayırıq.
– Qüdrət bəy, İran Prezidentinin faciəvi şəkildə ölümü İranda köklü dəyişikliklərə yol aça bilərmi?
– Allah rəhmət eləsin. Köklü dəyişikliklər üçün cəmiyyət, insanlar dəyişməlidir ki, bu siyasi sistemin dəyişməsinə yol açsın. Seçkilərin nəticələri və aparılan islahatlar cəmiyyətdə baş vermiş dəyişikliklərin hüquq müstəvisində rəsmiləşdirilməsidir. Görünən odur ki, İranda çoxluq böyük dəyişiklikləri dəstəkləməyə hazır deyil. Doğrusunu Allah bilir. Xeyirlisi Allahdan… Gözləyək. Biz İranın dinc inkişaf yolunun tərəfdarıyıq.
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib