Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-05-2024 [00:08]
Qoç - yaşamınızda yeni mövzu və məqsəd yaranır. Qarşınıza real, konkret hədəf qoyun, qüvvələrinizi və imkanlarınızı nəzərdən keçirin. Maddi və maliyyə məsələləri aktual olacaq. Yaxın günlərlə bağlı maliyyə imkanlarınızı təhlil edin. İtkilərə yol verməməyin, stabilliyi qorumağın vasitələrini fikirləşin. Böyük maliyyə sərfiyyatı və qüvvə itkisini tələb etməyən işlər barədə düşünün. Ailə üzvləri və önəm verdiyiniz insanları sevindirməyə çalışın. Hədiyyə, birgə keçirilmiş vaxt xoş sürpriz ola bilər.
Səfərə yollanmaq olar. Ünsiyyət və əyləncəni seçin.
Buğa - özünüzü əmin hiss etmək üçün yaşam və fəaliyyət arelanızı qaydaya salın. Kiçik təmir və yır-yığışla məşğul olun, əşyaları yerbəyir edin, hissləri sakitləşdirin.
İdeyalar arasında ən yaxşısını seçərək onu reallaşdırmağa başlayın. Tələsmədən, ahəstə şəkildə irəliləyin.
Önəm verdiyiniz nüfuzlu insanla əlaqələri qorumaq üçün çalışın. Gərəkli saydığınız əlaqələri möhkəmləndirin. Mühafizəkar davranış, təmkinli mövqelər, inadkar və əzmli iş planların gerçəkləşməsi istiqamətində əhəmiyyətli irəliləyişə nail olmağa imkan verəcək.
Tələsməyin, olaylar tədricən yaşanır.
Tərəfdaş və ya şərikin dəstəyini alın.
Əkizlər - səhər saatlarından etibarən hadisələr sürətlənəcək, emosiyalar intensivləşəcək. Duruma hazır olun, zəif və süst davranmayın.
Əvvəllər özünü doğrultmamış metod və sxemləri unudun. Kimsəyə nə isə borclu qalmayın. Borc varsa, qaytarmağa çalışın.
Sizinlə danışığı gözləyən insana zəng edin. Yaxın ətrafınızdakı insanların yardım istəklərini cavabsız qoymayın.
Günün ikinci yarısında səhhətin qayğısına qalın.
Axşam saatlarına yaxın önəmli məsələ qəfil həllini tapacaq.
Tanışlıq çərçivələrini genişləndirin.
Xərçəng - kollektiv, həmfikirlər qrupu, dostların ümumi maraqlarını mütləq şəkildə nəzərə alın. Fantaziya və xülyalardan ayrılın, ətrafınıza diqqətlə baxın.
Hissiyatınız və intuisiyanız sizə düzgün istiqamət seçməyə imkan verəcək.
Hadisələrin yaxın gələcəkdəki inkişaf məcrasını qismən də olsa, təxminləməyə cəhd göstərin.
Günün ikinci yarısındakı görüş və danışıqlar təsadüfi deyil.
Ümumi planlar məcrasında münasibətlərin yenilənməsi üçün yaxşı vaxtdır.
Axşam saatlarında səhhətinizə fikir verin. Ev işləri ilə aktiv məşğul olun. Dostlarla görüş, təmiz havada gəzintidə fayda var.
Şir - təmkinlə, aramla davranın, düşünülməmiş addımlar atmayın. Yaranmış imkanlar və ələ düşən şanslardan dərhal yararlanın.
İlk növbədə, nə ilə məşğul olmağın müəyyənləşdirilməsi ilə bağlı problem yarana bilər. Bir müddət sonra bəhrəsini görəcəyiniz işlə məşğul olmaq mümkündür.
İnformasiya axtarışı, dostlarla görüş və yazışma üçün əlverişli gündür. Emosiyalarınızı saxlamayın, sərt nəzarət rejimi tətbiq etməyin.
Özünüzü ifrat dərəcə yormayın. Orqanizmin müdafiə imkanları zəifləyib.
İnfeksiyaya yoluxmaq riski var.
Qız - perspektivlərinizi səbatlı etmək və genişləndirmək üçün nələr etməyin gərəkdiyini düşünün. Ambisioz, uzaq perspektivə hesablanmış planlar qurmaq olar.
Hələ sınanmamış, naməlum istiqamətə yönələ bilərsiniz. Yaşam və işinizə yaradıcı yanaşın.
Çalışdığınız işlə bağlı yeni informasiya alacaqsınız. İş yoldaşları və həmkarlarla münasibətlərin yenilənməyə ehtiyacı var.
Uzaq səfər barədə düşünmək, görüləsi iş barədə məlumatlar əldə etmək üçün əlverişli zamandır.
Nə istədiyinizi dəqiq müəyyənləşdirin.
Tərəzi - yarımçıq qalmış işləri mütləq şəkildə tamamlayın. Münasibətlərdəki anlaşılmazlıqlar, yerinə yetirilməmiş öhdəliklər, unudulmuş vədlər bumeranq kimi geri qayıdacaqlar.
Problemlərin yaranmasnın qarşısını almaq üçün yaranmış sədləri aradan qaldırın. Əvvəllər başlamağa cürət etmədiyiniz işi reallaşdırmaq üçün əlverişli vaxtdır. Təmir və ya tikinti işlərində əvvəldən yığılıb qalmış probelmləri həll etmək gərəkdir.
Hansısa layihəni təkmilləşdirmək istəsəniz, bəzi məqamlar yenidən nəzərdən keçirilərək təhlil olunmalıdır.
Şəxsi münasibətlər zəminində təmkinli və soyuqqanlı davranışa ehtiyac var.
Ümumi məsələ müzakirə edilməlidir. Qarşı tərəfə təzyiq göstərmədən təşəbbüslə çıxış edin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.
Əqrəb - yeni planlar və layihələr üçün əlverişli gündür. Tərəfdaş və ya şəriklə müzakirələr aparmaq, yaşama yeni enerjini cəlb etmək olar.
Şəriklə münasibətlərə xüsusi fikir verin, iş yoldaşlarınızla təmaslara sərinlik gətirməyin.
Qarşılıqlı fəaliyyətin köhnəlmiş sxemlərini unudun. Sizi artıq təmin etməyən konstruksiyadan qurtulmaq vaxtıdır.
Şəxsi münasibətlər müstəvisində riskli yeniliklərə can atmayın.
Zərərli vərdiş, bezdirici və usandırıcı insanlardan qurtulun, yaşam arealını qaydaya salın.
Axşam saatları istirahət, dəvət aldığınız məkana yollanmaq və əyləncəyə qatılmaq üçün əlverişlidir.
Oxatan - aktiv və qətiyyətli olun. Önəmli ideyaların reallaşdırılması, işgüzar həyatla bağlı məsələlərin həlli üçün yaxşı vaxtdır.
Tələsməyin, başladığınız işləri keyfiyyətlə və aramla yerinə yetirin. Reklam tədbirləri, təqdimatlar, toplantılara qatılmaq olar. Layihə və ya planınızın reallaşması üçün gərəkli insanı arayın, faydalı əlaqələr yaradın.
Perspektivi düşünün.
Sevdiyiniz insanla olan münasibətlər indi ruhi və mənəvi səbatlılığınız üçün çox önəmlidir. Ümumi istək və tələbatları qulaqardına vurmayın.
Təşəbbüskar olun.
Oğlaq - çoxdan bəri reallaşdırmaq istədiyiniz məqsədə çatmaq üçün az qalıb. Yetər ki, aktiv, inadkar, əzmli və istəkli olasınız. İstək və iddialarınızı reallıq çərçivəsinə salın. Onların arasında gerçəkləşmək ehtimalı daha çox olanını seçərək işə başlayın.
Tərəfdaş və ya iş yoldaşlarından birinin yardımına ehtiyacınız var. Danışın, sövdələşin, müzakirələr aparın, xidmət və informasiya mübadiləsi edin.
Günün ikinci yarısında yeni işə başlamayın.
Şəxsi münasibətlər müstəvisində yarımçıq qalmış məqamları unutmayın. Bəzi münasibətlərə yenidən baxmaq, köhnə sxemləri dəyişmək gərəkdir. Perspektivlər və uşaqlar barədə düşünün.
Ailənin azyaşlı üzvlərinin və ya üzvünün maraqları, tələbatı və problemi indi ön plandadır.
Dolça - çalışdığınız və ya fəaliyyət göstərməyə hazırlaşdığınız arealı tədqiq edin. Əsas maraqlarınızın olduğu yeri müəyyənləşdirin.
Yeni məqsəd və ya hədəf bəlirləmək olar. Son günlərdə planlarınız ciddi transformasiyalara uğrayıblar. Günün ikinci yarısında diqqətinizi yeni insan, nəsnə və ya ünsür cəlb edəcək.
Planlaşdırma və hadisələrin digər iştirakçıları ilə perspektivlərin müzakirəsi üçün əlverişli vaxtdır. Özünüzü sinirləndirməyin, narahat olmayın, təlaşa düşməyin.
Baş verənləri dramatikləşdirməyə dəyməz. Enerji axını güclənəcək. Bilavasitə iştirakınızı tələb edən işlərdə aktiv olun.
Balıqlar - yeni emosiyalar və hisslər günüdür. Təmkinli olun, yenikliklər və xəbərlərə aramlı münasibət bəsləyin. Yeni layihə və ya işə başlamağa tələsməyin.
İdeyanı iş yoldaşları və ya tərəfdaşla, şəriklə müzakirə edərək kimin nə ilə məşğul olacağını müəyyənləşdirin.
Maddi məsələlər ön plana çıxacaq. Şəxsi münasibətlər müstəvisində belə, yaşamın kölgələri hiss olunacaq. Səxavətli və ya qənaətli davranışınız olayların məcrasını dəyişə bilər. Nizamsızlığın yarandığı yaşam arealını qaydaya salın. Daxili düzəni normallaşdırmaq üçün emosiyalarınıza hakim olun.
Milli.Az
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib