Deputat Ülvi Quliyevin qudası ilə bağlı sensasiyalı ittiham var - Məhkəmə işi
17-05-2024 [09:39]
Dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə və digər cinayətlərdə ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının sədr müavini 64 yaşlı Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Raya Nəcəfovanın cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılır.
İttihama görə, cinayət işi üzrə Aynur Niftəliyeva, Natəvan Allahverdiyeva, Arzu Fəttahova, Əmin Hacıməmmədov, Ceyran İsayeva, Tural Yusifov, Gülər Musayeva, Sevinc Qayıbova, Pərvanə Nəcəfova, Lətafət Qurbanova və Vəli Səfərov zərərçəkmiş qismində tanınıblar.
İstintaq sənədlərində qeyd olunub ki, Raya Nəcəfova zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər dövlət qurumlarına işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.
Qeyd edək ki, Raya Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçidir. Onun barəsində olan cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.
İstintaq orqanı tərəfindən Raya Nəcəfovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək) və 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Raya Nəcəfova özünü təqsirli bilməyib. O, heç kimdən işə düzəltmək adı ilə pul almadığını deyib.
Zərərçəkən Aynur Niftəliyeva bildirib ki, ona ya Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, ya da Elmlər Akademiyasında yüksəkmaaşlı iş vədi verilib. Onun sözlərinə görə, bu işin alınması üçün ondan 42 500 manat alınıb.
Raya Nəcəfova isə deyib ki, bu yalandır, Aynur Niftəliyevadan cəmi 13 min manat sələmlə pul götürüb və bunu da sonradan artıqlaması ilə qaytarıb.
Digər zərərçəkmiş Sevinc Qayıbova bildirib ki, Raya Nəcəfovaya şəxsən Elmlər Akademiyasının binasındakı kabinetində pul verib. O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetindən kimya müəllimliyi ixtisası üzrə məzun olub. Qeyd edib ki, ona Müdafiə Sənayesi Nazirliyi, yaxud da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin olunacağı deyilib.
Zərərçəkmişin sözlərinə görə, işə düzəlməsi üçün Raya Nəcəfovaya 12 min manat verib:
“8 min manatı onun kartına göndərmişəm, 4 mini isə kabinetində özünə vermişəm. Dedi ki, 40 günə iş əmri veriləcək. Bir müddət sonra özünü Xanlar müəllim kimi təqdim edən bir nəfər zəng etdi ki, Müdafiə Sənayesi Nazirliyi alınmır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə düzəldəcək. Mən də onunla razılaşdım. Vaxt keçdikcə, aldadıldığıma əmin oldum və prokurorluğa şikayət etdim”.
Raya Nəcəfova isə deyib ki, Sevinc Qayıbovanın aldadılmasında onun yox, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş Xanlar Nəsirov tanışları vasitəsilə Sevinc Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Xanlar Nəsirova çatıb.
Raya Nəcəfova digər zərərçəkmişlərin aldanmasında da başqa adamların günahı olduğunu bildirib.
Məhkəmədə zərərçəkmişlərdən bir neçəsi Raya Nəcəfova ilə barışmadığını vurğulayıb və onun həbs edilərək cəzalandırılmasını tələb ediblər.
Növbəti proses mayın 30-da davam edəcək.
Qeyd edək ki, Raya Nəcəfova Milli Məclisin deputatı Ülvi Quliyevin qudasıdır./Teleqraf.com
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib