Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var? - TƏHLİL
26-04-2024 [12:03]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib. Səfər bir çox baxımdan diqqət çəkir.
Əvvəlcə qeyd etmək lazımdır ki, ölkə başçısı Almaniyaya Füzuli şəhərindən gəlib. Yəni Prezident ilk dəfədir, işğaldan azad edilmiş Qarabağdan hansısa bir ölkəyə səfər edir. Təbii ki, bu məqam diqqət çəksə də, verilən əsas mesaj başqadır.
İşağaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli yenidənqurma və bərpa prosesi gedir. Artıq əraziyə xarici ölkə başçıları, rəsmilər, ekspertlər, media nümayəndələri səfər edir. Misal üçün sonuncu dəfə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Ağdam, Füzuli şəhərlərində olub.
Əliyev məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz olduğunun, bu ərazilərə investisiya cəlb edilə biləcəyinin mesajını verir. Rəsmi Bakının onsuz da işğaldan azad edilən ərazilərə investisiya, xarici şirkətlərin cəlb edilməsinə dair iqtisadi konsepsiyası var. Lakin bununla belə, ölkənin birinci şəxsinin xarici ölkəyə səfərini bu ərazidən etməsi təhlükəsizlik baxımdan ən böyük qarant hesab edilə bilər.
Rəsmi Bakı işğaldan azad edilən əraziləri “yaşıl enerji zonasına” çevirmək istəyir. Bu istiqamətdə ardıcıl işlər görülür. Bununla belə, xarici investisiya və şirkətlərin cəlbinə ehtiyac var. Bu mənada ölkə başçısının Almaniya səfərinin əsas məqsədlərindən biri bu istiqamətdə ola bilər.
Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də Berlinlə Bakı arasında iqtisadi əlaqələrin genişlənəcəyi mesajını vermişdi. Həmin görüşdə Almaniyanın aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxil idi.
Bu şirkətlərin Azərbaycana gəlməsi də məhz ölkə başçısının son illərdə qurduğu təmasların nəticəsi idi. Belə ki, dövlət başçısı son illərdə xüsusilə alman iş adamları ilə bir araya gəlir və onların ölkəmizə investisiya və iqtisadi layihələr cəlbi istiqamətdə çalışırdı. Misal üçün Münhen görüşü buna misal ola bilər. Mümkündür ki, ölkə başçısı Almaniyaya səfəri zamanı da burada alman iş adamları ilə bir araya gəlsin.
Prezident “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir. Yəni Əliyev həm də qarşıdan gələn COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi Almaniyadadır. Mümkündür ki, səfər zamanı COP29 üçün istiqamətlər müəyyən ediləcək.
Təbii ki, səfərin siyasi tərəfləri də var. Bakı Fransadan fərqli olaraq Almaniyanın Ermənistan-Azərbaycan danışıqlar prosesinə verdiyi töhfədən, habelə yanaşmasından məmnundur. Bu mənada Berlinlə mövcud sülh gündəliyi, əldə edilən razılıqlar, habelə Cənubi Qafqazda sülhdən sonra iqtisadi layihələrlə bağlı müzakirələr aparılacaq.
Turan Rzayev
MİA.AZ
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq