Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
18-04-2024 [11:59]
“Rusiya daxil olduğu məkanı tərk etmir” tezisi Azərbaycan nümunəsində ortadan qaldırıldıqdan sonra yeni tezis gündəmə gətirilib: “Rusiya hərbçilərinin Qarabağı vaxtından əvvəl tərk etməsi Bakının Kreml qarşısında hansısa şifahi öhdəliyi sayəsində mümkün olub”. Şifahi öhdəlik kimi Rusiyanın istəyi ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olacağı göstərilib".
Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, rəsmi Bakının bu təşkilata üzv olmasının şərti bəllidir: Ermənistan Azərbaycanla sülh sazişi imzalamalıdır: "Bu saziş imzalanandan sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə oluna bilər. Ermənistan xaric, bu təşkilatdakı üzv dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və hər biri ilə sıx iqtisadi əlaqələrı mövcuddur. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü isə mümkün deyil. Azərbaycan hərbi bloklara qoşulmur və bu səbəbdən Qoşulmayanlar Hərəkatının üzvü olub. Bu məntiqi Kreml də qəbul edib".
Elxan Şahinoğlu qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməyə başlaması radikal müxalifətlə mübarizədə Ermənistanın baş naziri Nikol Paşinyanın əlini gücləndirəcək:
"Radikal müxalifət Paşinyanın Rusiyanın ziddinə ABŞ və Avropa İttifaqı ilə daha çox yaxınlaşmasını tənqid edir, bunun Ermənistan üçün faydalı olmayacağını bildirirlər. Radikal müxalifət Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinə və Qarabağda separatizmə son qoyulmasına rəğmən, İrəvanın Kremllə ittifaqdan uzaqlaşmasının əleyhinədir. Rusiya Qarabağı tərk etməyə başladıqdan sonra isə Paşinyan deyəcək ki, “Rusiya ermənilərin təhlükəsizlik təminatçısı rolundan birdəfəlik imtina edib”. Bu durum Paşinyanı Azərbaycanla məsələlərin həllinə həvəsləndirməlidir. Rusiya Cənubi Qafqazdan tədricən gedir, ABŞ və Avropa İttifaqı isə Ermənistana görə Azərbaycanla və Türkiyə ilə qarşıdurmaya getməyəcək. Bunu Paşinyan da anlamamış deyil, Ermənistanın yeganə alternativi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır".
Samir Musayev
MİA.AZ
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq