Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama

img

17-04-2024 [10:00]


MHP sədri Dövlət Baxçalı İranın İsrailə hücumuna maraqlı şərh verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiya üzvləri ilə keçirilən toplantıda çıxış edən MHP sədri Dövlət Baxçalı Yaxın Şərqdəki durumdan söz açıb.

O, bölgədə sülh və əmin-amanlığın təminini vacib sayaraq, Dəməşqdəki səfirliyinbombalanmasını və İranın İsrailə cavab olaraq PUA və raket hücumunu şou adlandırıb: "Sanki iki ölkə tərəfindən teatr tamaşası göstərilir. Sülh hər kəsin xeyrinədir. İsrailin Qəzzada törətdiyi soyqırım cinayətinə dözmək və səbir göstərmək mümkün deyil. Netanyahu bir qatildir və istefa verməlidir".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 21.05.2024

MİQ və problemlər...