Mətbuat katibi: "Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq"

img

15-04-2024 [10:01]


Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq.

Mia.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, xalq yazıçısının durumu yaxşıdır.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 21.05.2024

MİQ və problemlər...